TGViewer
Channel Public Channel
Kritike

Kritike

@kritike

Subscribers
46
Photos
121
Videos
1
Links
9
Recent Posts 20 shown
Post #428 177
Yüksəkdəki Bayraq

Son günlərdə Rafael Hüseynov'dan Firidun İbrahimi haqqında "Ölümü Öldürən Ölməz" başlıqlı bir yazı oxudum. Bu yazını oxuyurkən, nədənsə tüklərim biz-biz oldu.
Hüseynov yazısının bir bölümündə, sanki Firidun İbrahimi'ni son görən insanlardan biri olan Əsgər Tacəhmədi'dən, Firidun'un edam sonrası gördüyünü son ləhzələr üzrə eşitdiyi sözləri də qələmə almışdır.
Guya ki, Əsgər Tacəhmədi uşaqkən, 1947-ci ilin May ayının 23-də səhər tezdən məktəbə gedərkən, Firidun İbrahimi'nin dar ağacından asıldığı səhnəsinin şahidi olmuşdur: hələ alaqaranlıq imiş, Gülüstan bağından keçirmiş, gendən görübmüş ki, ayın ışığı düşdükcə yuxarıda nəsə parıldayır. Yaxınlaşanda, baxıb görübmüş ki, ayyaqqabıdır, yaxşıca silinib təmizləndiyi ucundan ayın ışığı düşdükcə parıldayır. Uşaq yaşlarında olan Əsgər Tacəhmədi başını qaldıranda, o müdhiş, sarsıdıcı mənzərənin şahidi olubmuş: Görübmüş ki, Firidun'dur, asılmış...
Əsgər Tacəhmədi bu sözləri 54 il üstündən keçəndən sonra, 2001 ili Yanvar ayının 25-də, Fransa'da, Strasburq'da Avropa şurasına həqiqi üzv kimi qəbul edilən Azərbaycan'ın bayrağının qaldırıldığı mərasimdə, qəhərlənərək, səsi titrəyə-titrəyə dilə gətiribmiş. O Hüseynov'a deyibmiş ki, beynində həkk olan o səhnə yaşadığı bütün illər ərzində gözünün önündən getmir; Firidun İbrahimi'nin dar ağacından asılmış gövdəsi ona sadəcə dar ağacından sallanan bir insan gövdəsi kimi deyil, yüksəkdəki Azərbaycan bayrağı kimi gəlir.

Necə də nisgilli, nəcə də şərəfli bir bayraq imiş o yüksəkdəki bayraq...

#TürkcəYaz

@Kritike
Post #427 36
Əliəşrəf Dərvişiyan'ın hazırladığı "Yadman-i Səməd" kitabının ilk səhifələrində Səməd Behrəngi'nin həyatı üzrə 5 səhifədə xülasə olunan bir təqvim verilmişdir. Bu təqvimdə Behrəngi'nin çap etdirdiyi "parə-parə" adlı kitab üzrə verilən məlumatda ciddi bir diqqətsizlik marağımı cəlb etdi.

Bildiyimiz kimi, "parə-parə" kitabı birbaşa Quzey və ya Güney Azərbaycan'da Azərbaycan Türkcəsində şeir söyləyən şairlərin şeirlərindən, eləcə də Koroğlu dastanından şeir nümunələrindən, həmçinin Təbriz'də xalq arasında söylənən bayatılardan oluşan bir toplu olmuşdur. Bunlar bütünlüklə Azərbaycan ədəbiyyatına aid nümunələrdir. Behrəngi də kitaba yazdığı ön söz'də "mən başardıqca əlləşmişəm ki sahlı-sullu bir kitab Azərbaycan dilində olan şeirlərdən doğruldam"-deyə, bu kitabın bütünlüklə Azərbaycan ədəbiyyatının şeir nümunələrini ehtiva etdiyini vurğulamışdır. Maraqlısı budur ki, Behrəngi, kitaba yazdığı ön söz'ün Farscasını da kitabda çap etdirmişdir; yəni, Azərbaycan Türkcəsini bilməyən hər bir Farsca bilən oxucu da bu kitabın Azərbaycan ədəbiyyatına aid olduğunu, kitabın ilk səhifələrindən belə, dərhal anlaya bilir.
Amma bütün bunlara baxmayaraq, təqvim "parə-parə"ni "Türk dilində Türk şairlərdən və Koroğlu kitabından bəzi şeirlər və Azərbaycan bayatılarından bir məcmuə" olaraq tanıtdırır. Burada "Türk şairlər" sözləri oxucunun fikrini tamamı ilə "Türkiyə şairləri"nə yönəldir. Bu yönü oxucunun fikrində daha da qüvvətləndirən, həmin təqvimin bir neçə sətir sonra, Behrəngi'nin tərcümə etdiyi "xərabkar" adlı kitabı üzrə, "bir neçə Türk yazıçıdan hekayələr"-deyə, tanıtdırmasıdır. Bildiyimiz kimi, bu hekayələr bir neçə Türkiyə yazıçılarının hekayələridir.

Tənzimləyicinin bu səviyyədə bir diqqətsizliklə bu təqvimi tənzimləməsi onun verdiyi məlumat üzrə sədaqət və səmimiliyini şübhə altına alır. Bu məlumat istər-istəməz Behrəngi'nin düşüncə dairəsində Azərbaycan milli məfkurəsinin əhəmiyyətini gizləməkdə rol oynayır. Bu isə, Behrəngi gerçəkliyini olduğu kimi təqdim etmədə ciddi bir axsaqlıqdır.

#TürkcəYaz

@Kritike
Post #426 40
İtirilmiş Milli Hökumətin Sorağında

1945-46 illərində Mircəfər Pişəvərinin rəhbərliyi altında təşkil tapan Azərbaycan milli hökumətinin inqilabçı hərəkətlərindən biri də Jandarmeri təşkilatını bütünlüklə ləğv etmək olmuşdur. Bu iş, demokratik bir quruluşun təməlini qoymaq üzrə böyük bir addım kimi sayılmalıdır. Niyə ki, Jandarmeri təşkilatı ictimai asayişi təmin etməkdənsə, şəhərlərdə mütərəqqi ünsürləri, kəndlərdə isə qəddar ərbablıq sisteminin qorunması uğrunda kəndliləri, olmazın basqı və təzyiqlərə məruz qoymuşdur.

Bu barədə Mircəfər Pişəvəri "firqə və dövlətin əsas məsələləri haqqında mərkəzi komitənin ümumi iclası"nda belə çıxış etmişdir:
"Qanuni bir məmləkətdə daxili əmniyyət qeyri-nizami bir təşkilat olan daxilə vizarətinə tapşırılar. Dər vaqe jandarm və ya nəzmiyyə məmurları ədliyyənin intizamat məmurları sayılar. Bizdə isə bunun əksinə olaraq jandarm müstəqil bir nizami təşkilat olmaq üzrə vizarəti-cəngə tabe tutulur ya müstəqimən diktatorların iradəsiylə məmləkəti qarət etmək üçün onun fasid niyyətini mövqeyi-icrayə qoyardı.
Biz artıq bu təşkilatı bir dəfəlik öldürüb elə dəfn etməliyik ki bir daha xortlayıb ayağa dura bilməsin. Onun yerində isə daxilə vizarətinin şöbəsi olan nəzmiyyə təşkilatı qurulur, gərək şəhərlərdə olduğu kimi kəndlərin əmniyyəti də onun öhdəsinə mühəvvəl edilsin"*.

*Azərbaycan Qəzeti; İkinci Dövr; Nö. 110; 1946.01.27

#TürkcəYaz

@Kritike
Post #425 61
Azərbaycan Demokrat Firqəsinin Milli Hökumət uğrunda ortaya qoyduğu tarixi təcrübəni bütün cəhətləri ilə diqqətlə gözdən keçirib xalqımızın yaddaşına daşımaq xalqımızda milli demokratik siyasi bir quruluş üçün həvəs doğura bilər.

#TürkcəYaz

@Kritike
Post #424 74
Dünyanın hər yeri olursa olsun, siyasi təxəyyül gücü insanların müəyyən cəmiyyətlər forumunda oluşdurduqları siyasi-ictimai fəaliyyətlərinin halal nəticəsidir.

#TürkcəYaz

@Kritike
Post #423 55
Olduqca tragikomik bir vəziyyətdir. Tək bir şəxsin hakimiyyət quruluşunun bir parçası olduğunun pisliyini açıq gözlə görən insanlar bu dönə başlarını Pəhləvi'lərin qaramasına verdirməyə meyil göstərirlər.

Bu niyə belə olmuş?

Hakim dairələrin dışarısında oluşmuş ümumi sahələrin birbaşa silinib-süpürüldüyü bir şəraitdə boya-başa çatan insanların siyasi təxəyyül gücü boşa çıxır. Belə bir şəraitin insanları röya görmür, mürgüləyirlər.

#TürkcəYaz

@Kritike
Post #422 44
Təəssüflə, İranda bir bugünədək geniş xəlqi bir gövdə sahibi olan demokratik alternativin yarana bilmədiyi ucundan ümum xalq arasında keçmiş Pəhləvi rejiminə doğru nostaljik bir meyil doğmuş. Bu indi nostaljik bir şəkildə üzə çıxan geniş ümumi meyil vaxtında Pəhləvi rejiminin mövcud varisi sayılan bilən Rza Pəhləvi'nin siyasi yüksəlişinin gerçək ictimai təməlinə çevrilə bilər.

#TürkcəYaz

@Kritike
Post #421 54
Əlcəzairli-Fransalı rejissor Tony Gatlif'in "Gadjo Dilo"* adlı filminin son səhnəsində, Stéphane yazdığı kasetlərin lentlərini didələyib, kasetləri sındırıb basdıraraq, onların üzərində İsidor'un əzizlərinin qəbri üstündə necə yas saxladığını xatırladan dans aktını təkrarlayır. Stéphane'ın bu aktı onun tutduğu və ya tutdurulduğu öncəki yabançı mövqeyinə qarşı bir üsyan aktı olaraq dəyərləndirilə bilər. Stéphane, daha öncə bir səhnədə qaraçıların arasında dolanaraq, yaşlıların verdiyi xalq yaradıcılığı nümunələrini kasetə yazır. Burada, Stéphane'ın qaraçıların dünyasına yaxlaşma tərzi, kökü etibari ilə, ekzotik bir tərzdir. Son səhnədə, yazılmış kaset lentlərinin Stéphane'ın əli ilə didələndiyi bu yaxlaşma tərzinin rəddi və danılmasıdır. Başqa bir səhnədə, İsidor'u öz yoldaşının qəbri üstündə dans etməklə yas saxladığında görürük; burada Stéphane aralı durmuş, bir iştirakçı kimi deyil də, bir tamaşaçı olaraq. Son səhnədə bu belə deyil. Artıq Stéphane özü İsidor'un yas aktının ifaçısı olur. Hadisələrin gedişində Stéphane'ın tamaşaçı fiquru asta-asta bir iştirakçı fiquruna çevrilir.

Stéphane'ın tamaşaçı fiquru əslində bizi bəlləyir. Onun fiqurunu dəyişməsi bizi öz tamaşaçı mövqeyimizə qarşı qoyaraq tənqidə tutur. İştə, filmə baxdıqdan sonra bilər-bilməz hiss edə biləcəyimiz gizli utancın səbəbi isə budur elə bəlkə.


* Bilindiyi kimi, Romlarda Roma ruhuna (dəyərlərinə, ənənələrinə və...) yiyələnmiş olmayan kiməsə "gadjo" deyilir. "Gadjo" Romlardan daha aşağı bir ictimai mövqeyə malikdir. Belədirsə, filmin adı, "gadjo dilo", bir paradoks daşıyır. Filmdə, Stéphane qaraçılar arasında bir "gadjo" sayıla bilir də, sayıla bilmir də. Stéphane bir tərəfdən qaraçıların mədəniyyətinə özgədir, digər tərəfdən isə, qaraçılardan daha üstün bir ictimai mövqedə dayanır. Ola bilsin ki, "axmaq" mənasını verən "dilo" kəlməsi elə bu səbəbdən filmin adında yerləşmiş olsun. Beləliklə, filmin adı, "gadjo dilo", Stéphane'ın axmaqlıq üzərindən bir "gadjo" kimi dəyərləndirildiyinə işarə etmiş ola bilir.

#TürkcəYaz

@Kritike
Post #420 52
Məhəmmədhüseyn Mübəyyin, Həsən Əlizad Pərvin'ə şifahi tarix proyekti əsasında verdiyi müsahibədə, Pəhləvi dövründə orta məktəbin son ilini keçirdiyi zaman Təbrizdə çap olunan "Qələbə" adlı qəzetdə Səttarxan üzrə yazılmış bir yazını Türkcəyə çevirdiyi üçün yaxalandığını deyir.

O zamandan aşağı-yuxarı artıq 80 il keçmişdir. Eksternal (=üzdə olan, zahiri) hakim güc münasibətləri üzərindən Farsca yazmağa sövq etdirilən insanlar indi artıq internal (=mənimsənilmiş, batini) güc münasibətləri üzərindən Farsca yazırlar. Görünür ki, yüz il ərzində güc münasibətləri bizim sadəcə dışarımızda deyil, içərimizdə belə özünə məxsus yer almış.

#TürkcəYaz

@Kritike
Post #419 71
"Ağıllan, ah kədərim, və daha sakin ol".

Charles Baudelaire

@Kritike
Post #418 167
Kitabların səsləndirilmiş formu ilə maraqlanmıram.
Kitabların bu formu səs sahibinin özünün kitabın mətnindən verdiyi səs ritmini dinləyicilərə zorla tətbiq edir.
Kitabı kitab edən bir də səhifələri, sətirləri, sözləri arasında azadlıqla dolaşıb gəzişən, xəyal düşərgələrində düşən oxucusudur; özünü səsləndirilmiş kitabın səs sahibinin istiqamətləndirdiyi səs qatarının sürətinə tapşıran seyrçi, yazıçıdan daha ziyadə, səs sahibi ilə əlaqədə bulunur əlbəttə ki.

#TürkcəYaz

@Kritike
Post #415 94
Guya ki, Fernando Pessoa'nın ölümdən öncə dilinə gətirdiyi son sözləri bunlar olmuş:
"Gözlüyümü verin!"

Pessoa'nın gözləri yaxıngörən imiş.

#TürkcəYaz

@Kritike
Post #414 114
Rza Bəraheni'nin "Azadə xanım və yazıçısı" romanında yazıçının (Dr. Şərifi'nin) obrazı Bəraheni'nin özünə oxşayır (Romandakı yazıçının oğlunun adı da Bəraheni'nin öz oğlu kimi Ərsəlan'dır). Romanın ortalarında maraqlı bir məqam var: Burada yazıçının Alzheimer xəstəliyinə tutulmuş anasının itdiyi və uşaqlarının nigarançılıqla onu axtardıqları danışılır (Yazıçı yazdığımda Bəraheni'ni deyil, romandakı yazıçı obrazını nəzərdə tuturam). Yazıçı onun anasını tanıyanların, anasının yaddaşının gücü və bu yaddaşın yazıçıya miras qaldığını söylədiklərini düşünürkən, bu gücün yaxşılıqları ilə yanaşı pisliklərinin də miras qala biləcəyini düşünür. Bu pislik nədir? Romanda yazıldığı kimi "bundan sonra daima özünü güdüb gözləyəcəksən ki, nəyi unudacaqsan". Deməli, yazıçı anasının yaddaş gücü ilə bərabər Alzheimer xəstəliyinin də miras qala biləcəyini düşünür.

Mən Bəraheni'nin anasının Alzheimer xəstəliyinin olub-olmadığını bilmirəm; ancaq Bəraheni'nin özünün ömrünün sonlarında Alzheimer xəstəliyinə tutulmuş olduğu hamımıza məlumdur.
Görəsən Bəraheni öz yaddaşını birgün itirəcəyini öncədən hiss edibmi imiş?

#TürkcəYaz

@Kritike
Post #413 155
İran'da yaşayan xalqların dil azadlığını açıqca siyasi proqramları sırasında yerləşdirən ilk siyasi təşkilat "İranlıların "Ədalət" {adlı} Sosial-Demokrat (İctimaiyün-Ammiyun) Firqəsi" olmuşdur. Bu təşkilatın 22 maddədən ibarət olan məramnaməsinin 4 maddəsi aydınca xalqların milli azadlıqlarına həsr edilmişdir. Bu maddələr eyni ilə bunlardan ibarətdir:

"8.ci maddə: Bilatəfriq-i cins və məzhəb-din və millət əfrad-i əhl-i vətən müsavatla yaşamalıdırlar.
9.cu maddə: Vətən əfradı hər millət olursa olsun, öz ana dilində təlim-tərbiyə və təhsil etmək haqqına malikdir.
10.cu maddə: Mitinqlərdə, ictimalarda hər millət əfradı öz dilində məqsədini söyləməyə və fikrini bəyan etməyə haqlıdır.
11.ci maddə: Əfrad-i məmləkət öz xüsusiyyət-i milliyyəsini təmin və tərəqqi etdirmək haqqına malikdir".


Yuxarıdakı maddələrdə iki başqa maraqlı nüktə də var:

I. Göründüyü kimi, məramnamənin yazanlarının görüşündə millət dini bir anlayış kimi deyil (8.ci maddədə, dini kimlik milli kimlikdən ayırd edilmişdir), dilə əsaslanmış bir anlayış kimi ortaya qoyulur (9-cu və 10-cu maddə).

II. Məramnamənin 8-ci maddəsi qadınlarla kişilərin, müxtəlif dinlərə və millətlərə mənsub olan vətəndaşların bərabər vətəndaşlar kimi bərabər yaşamaq haqqına sahib olmalı olduqlarını bildirir.


Artırma I: Məramnamədə başqa maraqlı bir maddə onun son maddəsidir:

22-ci maddə: Ölüm cəzası ləğv edilir.


Artırma II: "İranlıların "Ədalət" {adlı} Sosial-Demokrat (İctimaiyün-Ammiyun) Firqəsi"nin məramnaməsi ilk olaraq Bakı'da "Məktəb"in elektrik mətbəəsində (hansı ildə?) iki dildə (Türkcə və Farsca) nəşr edilmişdir (Məramnamənin Türkcə versiyonu Farsca versiyonu ilə müqayisədə daha təfsilatlıdır).

#TürkcəYaz

@Kritike
Post #412 144
Sayğısızca saya çevrildilər.

#TəbəsMədənçiləri

@Kritike
Post #411 111
"Kim Kimin Yanında Dayanmış"

İran'da ictimai şəbəkələrdə yayılan bir videoda İran polis məmurları Əfqanıstanlı bir yeniyetməni yaxalamağa çalışırkən, məmurlardan biri dizini yeniyetmənin boynuna basaraq ona sədəmə tuxundurur.

İran kimi ölkələrdə qeyri-qanuni mühacirlərin qorunması üçün heç bir hüquqi üsul mövcud deyil. Belə bir vəziyyətdə, bu mühacirlər polisin onlara qarşı göstərdiyi zorakılığın qarşısında tamamıyla sığınaqsızdırlar. Mühacirlərə qarşı polis zorakılığının təbii bir qayda şəklinə dönməsinə imkan yaradan əsas səbəb də, mühacirlərin belə sığınaqsız qaldıqlarıdır.

Əslində mühacirlər sadəcə polis qarşısında deyil, bizim qarşımızda belə sığınaqsızdırlar. Bizim mühacirlərə qarşı səssiz qaldığımız, onların səsini eşitmək istəmədiyimiz, onların səsinin çınladılması üçün heç bir cəhd göstərmədiyimiz, onları daha da sığınaqsız edir. Biz bu səssizliyi seçməklə, istər-istəməz bu zorakılıqların qarşısında polisin və dövlətin yanında dayanmışıq.


9 Ağustos 2024


#TürkcəYaz

@Kritike
Post #410 98
Vladimir Mayakovski şair Sergei Yesenin'in intiharı ardından "intihar etmək rahatdır; çətin olan həyatı qurmaqdır" deyibmiş.

Nə demək?! İnsan tragikomik tarixin qurbanıdır.

Mayakovski bu sözdən beş il keçməmiş, tapançanı öz gicgahına dayayaraq, həyatına son qoyur.

#TürkcəYaz

@Kritike
Post #409 109
"Yeniliklərə Mərhəba!"

Daha öncə, #TürkcəYaz hərəkətinin teorik olaraq ortaya qoyulması uğrunda, bəzi bədihi nəzərə gələn məsələlərin açıqlanmasının önəmini, ayrıca bu işin çətinliyini vurğulamışdıq.

Göründüyü kimi, üzərimizdə işləyən hər hansı bir güc bəlli bir bilgi komplektini, bəlli bir diskursu yaratmadan, onları şüuraltımızda yerləşdirmədən, istənilən effektləri pratikimizə sızdıra bilməz. Niyə ki, şüuraltımızda yerləşdirilən hər hansı bir bilgi komplekti -daha doğrusu, hər hansı bir diskurs- bizim şüur dairəmizdə sorğulanmaz, sorğulana bilməz bir gerçək kimi, bəsbəlli, apaçıq, bədihi bir gerçək kimi doğruluq bular. Gerçəkliyi bədihi olan, təbiət kimi işləyən diskurs gözlərdən itərək görünməz olar.

Belə isə, görünməz bədihi gerçəkliyə çevrilən hansısa diskursu görünər qılmaq, varlığımızın formasiyonuna daxil olan bəlli bir güc ilişkisinin tənqidinin təməlidir.

#TürkcəYaz hərəkəti isə, Farscanın hegemonluğunu onun təbiiləşdirilmiş hakim mövqeyini tənqid etməklə oxunar edib görünər qılaraq, laxlatmağı hədəf almışdır. Deməli, #TürkcəYaz hərəkəti, bu şüuraltında qorunan hegemonluğu şüuraltından dışarı çıxarıb şüur səthində yerləşdirərək, qorunaqsız etməyə çalışır.
Bu köklü, radikal hərəkət, dil azadlığı uğrunda apardığımız mübarizədə yeni bir mərhələni muştuluq verir.
Yeniliklərə mərhəba!

#TürkcəYaz

@Kritike
Post #406 117
İştə çayın içilməsi tərcih edilir.
İştə hekayə yalnızlığa gömülür.
İştə varlığın dözülməzliyi hökm edilir.
İştə yoxluğun anlaşılmazlığı sürüklənir.
İştə dözülməzlik...
İştə anlaşılmazlıq...
İştə çay...
İştə varlıq...
İştə tərcih...
İştə yalnızlıq...
İştə yoxluq...
İştə hekayə...
İştə gömülür...
İştə sürüklənir...
İştə hökm edilir...

#SəidMusanijad

@Kritike
Older posts →

About this channel

How can I read @kritike without a Telegram account?
TGViewer shows the public web preview Telegram publishes for Kritike: recent posts, photos, videos and the subscriber count, with no app, login or account.
How many subscribers does Kritike have?
Kritike (@kritike) has 46 subscribers on Telegram, refreshed roughly every 30 minutes.
Does Kritike know I viewed it here?
No. Public channel previews carry no viewer identity, and TGViewer has no accounts or tracking of what you look up.
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →