"Yeniliklərə Mərhəba!"
Daha öncə, #TürkcəYaz hərəkətinin teorik olaraq ortaya qoyulması uğrunda, bəzi bədihi nəzərə gələn məsələlərin açıqlanmasının önəmini, ayrıca bu işin çətinliyini vurğulamışdıq.
Göründüyü kimi, üzərimizdə işləyən hər hansı bir güc bəlli bir bilgi komplektini, bəlli bir diskursu yaratmadan, onları şüuraltımızda yerləşdirmədən, istənilən effektləri pratikimizə sızdıra bilməz. Niyə ki, şüuraltımızda yerləşdirilən hər hansı bir bilgi komplekti -daha doğrusu, hər hansı bir diskurs- bizim şüur dairəmizdə sorğulanmaz, sorğulana bilməz bir gerçək kimi, bəsbəlli, apaçıq, bədihi bir gerçək kimi doğruluq bular. Gerçəkliyi bədihi olan, təbiət kimi işləyən diskurs gözlərdən itərək görünməz olar.
Belə isə, görünməz bədihi gerçəkliyə çevrilən hansısa diskursu görünər qılmaq, varlığımızın formasiyonuna daxil olan bəlli bir güc ilişkisinin tənqidinin təməlidir.
#TürkcəYaz hərəkəti isə, Farscanın hegemonluğunu onun təbiiləşdirilmiş hakim mövqeyini tənqid etməklə oxunar edib görünər qılaraq, laxlatmağı hədəf almışdır. Deməli, #TürkcəYaz hərəkəti, bu şüuraltında qorunan hegemonluğu şüuraltından dışarı çıxarıb şüur səthində yerləşdirərək, qorunaqsız etməyə çalışır.
Bu köklü, radikal hərəkət, dil azadlığı uğrunda apardığımız mübarizədə yeni bir mərhələni muştuluq verir.
Yeniliklərə mərhəba!
#TürkcəYaz
@Kritike
Post #409
109