TGViewer
Kritike Kritike @kritike · 46 subscribers
Post #428 178
Yüksəkdəki Bayraq

Son günlərdə Rafael Hüseynov'dan Firidun İbrahimi haqqında "Ölümü Öldürən Ölməz" başlıqlı bir yazı oxudum. Bu yazını oxuyurkən, nədənsə tüklərim biz-biz oldu.
Hüseynov yazısının bir bölümündə, sanki Firidun İbrahimi'ni son görən insanlardan biri olan Əsgər Tacəhmədi'dən, Firidun'un edam sonrası gördüyünü son ləhzələr üzrə eşitdiyi sözləri də qələmə almışdır.
Guya ki, Əsgər Tacəhmədi uşaqkən, 1947-ci ilin May ayının 23-də səhər tezdən məktəbə gedərkən, Firidun İbrahimi'nin dar ağacından asıldığı səhnəsinin şahidi olmuşdur: hələ alaqaranlıq imiş, Gülüstan bağından keçirmiş, gendən görübmüş ki, ayın ışığı düşdükcə yuxarıda nəsə parıldayır. Yaxınlaşanda, baxıb görübmüş ki, ayyaqqabıdır, yaxşıca silinib təmizləndiyi ucundan ayın ışığı düşdükcə parıldayır. Uşaq yaşlarında olan Əsgər Tacəhmədi başını qaldıranda, o müdhiş, sarsıdıcı mənzərənin şahidi olubmuş: Görübmüş ki, Firidun'dur, asılmış...
Əsgər Tacəhmədi bu sözləri 54 il üstündən keçəndən sonra, 2001 ili Yanvar ayının 25-də, Fransa'da, Strasburq'da Avropa şurasına həqiqi üzv kimi qəbul edilən Azərbaycan'ın bayrağının qaldırıldığı mərasimdə, qəhərlənərək, səsi titrəyə-titrəyə dilə gətiribmiş. O Hüseynov'a deyibmiş ki, beynində həkk olan o səhnə yaşadığı bütün illər ərzində gözünün önündən getmir; Firidun İbrahimi'nin dar ağacından asılmış gövdəsi ona sadəcə dar ağacından sallanan bir insan gövdəsi kimi deyil, yüksəkdəki Azərbaycan bayrağı kimi gəlir.

Necə də nisgilli, nəcə də şərəfli bir bayraq imiş o yüksəkdəki bayraq...

#TürkcəYaz

@Kritike
More from @kritike
  1. Aug 12, 2026Əliəşrəf Dərvişiyan'ın hazırladığı "Yadman-i Səməd" kitabının ilk səhifələrində Səməd Behr…
  2. Jul 18, 2026İtirilmiş Milli Hökumətin Sorağında 1945-46 illərində Mircəfər Pişəvərinin rəhbərliyi altı…
  3. Feb 2, 2026Azərbaycan Demokrat Firqəsinin Milli Hökumət uğrunda ortaya qoyduğu tarixi təcrübəni bütün…
  4. Dec 31, 2025Dünyanın hər yeri olursa olsun, siyasi təxəyyül gücü insanların müəyyən cəmiyyətlər forumu…
  5. Dec 30, 2025Olduqca tragikomik bir vəziyyətdir. Tək bir şəxsin hakimiyyət quruluşunun bir parçası oldu…
  6. Dec 24, 2025Təəssüflə, İranda bir bugünədək geniş xəlqi bir gövdə sahibi olan demokratik alternativin…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →