TGViewer
Kritike Kritike @kritike · 46 subscribers
Post #421 54
Əlcəzairli-Fransalı rejissor Tony Gatlif'in "Gadjo Dilo"* adlı filminin son səhnəsində, Stéphane yazdığı kasetlərin lentlərini didələyib, kasetləri sındırıb basdıraraq, onların üzərində İsidor'un əzizlərinin qəbri üstündə necə yas saxladığını xatırladan dans aktını təkrarlayır. Stéphane'ın bu aktı onun tutduğu və ya tutdurulduğu öncəki yabançı mövqeyinə qarşı bir üsyan aktı olaraq dəyərləndirilə bilər. Stéphane, daha öncə bir səhnədə qaraçıların arasında dolanaraq, yaşlıların verdiyi xalq yaradıcılığı nümunələrini kasetə yazır. Burada, Stéphane'ın qaraçıların dünyasına yaxlaşma tərzi, kökü etibari ilə, ekzotik bir tərzdir. Son səhnədə, yazılmış kaset lentlərinin Stéphane'ın əli ilə didələndiyi bu yaxlaşma tərzinin rəddi və danılmasıdır. Başqa bir səhnədə, İsidor'u öz yoldaşının qəbri üstündə dans etməklə yas saxladığında görürük; burada Stéphane aralı durmuş, bir iştirakçı kimi deyil də, bir tamaşaçı olaraq. Son səhnədə bu belə deyil. Artıq Stéphane özü İsidor'un yas aktının ifaçısı olur. Hadisələrin gedişində Stéphane'ın tamaşaçı fiquru asta-asta bir iştirakçı fiquruna çevrilir.

Stéphane'ın tamaşaçı fiquru əslində bizi bəlləyir. Onun fiqurunu dəyişməsi bizi öz tamaşaçı mövqeyimizə qarşı qoyaraq tənqidə tutur. İştə, filmə baxdıqdan sonra bilər-bilməz hiss edə biləcəyimiz gizli utancın səbəbi isə budur elə bəlkə.


* Bilindiyi kimi, Romlarda Roma ruhuna (dəyərlərinə, ənənələrinə və...) yiyələnmiş olmayan kiməsə "gadjo" deyilir. "Gadjo" Romlardan daha aşağı bir ictimai mövqeyə malikdir. Belədirsə, filmin adı, "gadjo dilo", bir paradoks daşıyır. Filmdə, Stéphane qaraçılar arasında bir "gadjo" sayıla bilir də, sayıla bilmir də. Stéphane bir tərəfdən qaraçıların mədəniyyətinə özgədir, digər tərəfdən isə, qaraçılardan daha üstün bir ictimai mövqedə dayanır. Ola bilsin ki, "axmaq" mənasını verən "dilo" kəlməsi elə bu səbəbdən filmin adında yerləşmiş olsun. Beləliklə, filmin adı, "gadjo dilo", Stéphane'ın axmaqlıq üzərindən bir "gadjo" kimi dəyərləndirildiyinə işarə etmiş ola bilir.

#TürkcəYaz

@Kritike
More from @kritike
  1. Sep 9, 2026Yüksəkdəki Bayraq Son günlərdə Rafael Hüseynov'dan Firidun İbrahimi haqqında "Ölümü Öldürə…
  2. Aug 12, 2026Əliəşrəf Dərvişiyan'ın hazırladığı "Yadman-i Səməd" kitabının ilk səhifələrində Səməd Behr…
  3. Jul 18, 2026İtirilmiş Milli Hökumətin Sorağında 1945-46 illərində Mircəfər Pişəvərinin rəhbərliyi altı…
  4. Feb 2, 2026Azərbaycan Demokrat Firqəsinin Milli Hökumət uğrunda ortaya qoyduğu tarixi təcrübəni bütün…
  5. Dec 31, 2025Dünyanın hər yeri olursa olsun, siyasi təxəyyül gücü insanların müəyyən cəmiyyətlər forumu…
  6. Dec 30, 2025Olduqca tragikomik bir vəziyyətdir. Tək bir şəxsin hakimiyyət quruluşunun bir parçası oldu…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →