"Biz Damğalarla Yaşayırıq"
Fatimə Dadaşzadə'nin yeni il bayramı dəblərindən olan yumurta boyama dəbinin anılması münasibətiylə Təbrizdə tərtib edilmiş festivalda dekorativ yumurtalar üzrə çəkdiyi "Biz Damğalarla Yaşayırıq" ünvanlı rəsmləri, bəlli bir baxımdan, Türklüyün apaçıq ifadəsidir.
Bu dekorativ yumurtalar üzrə çəkilmiş rəsmlər Türk kimliyini eyni bir şəkildə Təbrizin yaddaşına həkk etmişdir.
Rəsmlər Türkdilli sosial şəbəkələr və başqa mediaların marağını qazandığı üzündən Farsçı şovinistlərin hürküşməsindən uzaq qala bilməmişdir.
Yəqin ki, belə-belə hürküşmələrin sosial şəbəkələrdə çınlamasında təhlükəsizlik qüvvələrinin göstərişlərini icra edənlərin rolunu görməzdən gəlmək olmaz.
Hər halda, bu hürküşmələr sosial şəbəkələrdə genişlənincə, bələdiyyə məsulları, özlərinin və ya başqa üstün orqanların iradəsiylə, Dadaşzadə'nin rəsmlərini üzərində daşıyan dekorativ yumurtaları camaatın gözlərinin qabağından qaldırmışlar.
Bəllidir ki, Dadaşzadə öz sənətkarlığıyla özünəməxsus damğasını kollektiv yaddaşımıza basmağı bacarmışdır. Onun yaradıcılığı öz sınırlarını addayaraq, sosial çevrəmizi əhatə edə bilmişdir. Dadaşzadə'nin çəkdiyi rəsmlərinin ünvanı hər şeyi açıqlayır:
İran'da Türk kimlik üzrə formalaşmış hərəkatını davam etdirən bu hərəkatın simbolik sahədə belə reproduksiyonuyla mümkün ola bilir.
Bu hərəkat gerçəkdən də damğalarla yaşayır.
#TürkcəYaz
@Kritike