TGViewer
Kritike Kritike @kritike · 46 subscribers
Post #399 219
"Sansora Uğrayan Sansor"

Kağızlardan küsən sözlər şüarlara dönüşüb, duvarlarda qabarır. Duvarlarda qabaran şüarlar saymazcasına yoldan ötən insanların gözlərinə zillənib, saymazlığı mümkünsüzləşdirərək, bayağılaşdırılmış həyatın simlərini boşaldır.

Göründüyü kimi, iqtidar münasibətləri həyatın bütün sahələrini bayağılaşdırmadan həyata keçirilə bilmir. Bu üzdən, duvarları yıxacaq ölçüdə güclü olmayan iqtidar, şüarları duvarlardan qaldırmağa çalışır. Şüarlar qaralanır.
Qaralamaq iqtidarın gülünc üzünü açığa çıxarır. Şüarların üzərinə yaxılan qaralar, iqtidarın bütün insanların anlaya biləcəyi şüarına dönüşüb, yenidən həyatın bayağılaşdırılmasına qarşı çıxır: Duvarlar artıq gündə gördüyümüz duvarlar deyil, çılpaq sansoru insanların gözünə soxan tablolardır.

Bildiyimiz kimi, iqtidar özünü gündəlik həyatda əritmədən, özünü görünməz qılıb təbiət kimi sərgiləmədən, artıq sürəkli qala bilməz. Deməli, iqtidar sansor şüarını duvarların tablosunda sərgiləyirsə, gövşək bir vəziyyətdədir. İqtidarın gözündə, bu məsələ aradan qaldırılmalıdır.

İştə, qaralanmış duvarların yenidən başqa boyalarla boyanmasının səbəbi də budur: Sansor özü sansora uğramalıdır.

#TürkcəYaz

@Kritike
More from @kritike
  1. Sep 9, 2026Yüksəkdəki Bayraq Son günlərdə Rafael Hüseynov'dan Firidun İbrahimi haqqında "Ölümü Öldürə…
  2. Aug 12, 2026Əliəşrəf Dərvişiyan'ın hazırladığı "Yadman-i Səməd" kitabının ilk səhifələrində Səməd Behr…
  3. Jul 18, 2026İtirilmiş Milli Hökumətin Sorağında 1945-46 illərində Mircəfər Pişəvərinin rəhbərliyi altı…
  4. Feb 2, 2026Azərbaycan Demokrat Firqəsinin Milli Hökumət uğrunda ortaya qoyduğu tarixi təcrübəni bütün…
  5. Dec 31, 2025Dünyanın hər yeri olursa olsun, siyasi təxəyyül gücü insanların müəyyən cəmiyyətlər forumu…
  6. Dec 30, 2025Olduqca tragikomik bir vəziyyətdir. Tək bir şəxsin hakimiyyət quruluşunun bir parçası oldu…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →