"Güney Azərbaycan'da Yeni Siyasi Subyektin Doğuşu"
#TürkcəYaz , modern milli fəallığı simbollaşdıran avanqard bir hərəkətdir. Bu avanqard hərəkət Güney Azərbaycanın siyasi atmosferində yeni bir siyasi nəsili müəyyənləşdirir. #TürkcəYaz siyasi literaturumuzda yeni çağın muştuluqçusudur.
Bilindiyi kimi, siyasi nəsillər arasındakı qırıqlıq yaş üzərində deyil, siyasi görüş üzərində gerçəkləşir. #TürkcəYaz hərəkətinə gəlincə, bu hərəkətdə iştirak edən hər kəs, yaşıyla deyil, gerçəkləşdirdiyi yeniliklə, öz göbəkbağını bütün keçmiş siyasi nəsillərdən qoparmaqla, yeni siyasi nəsili oluşdurmuş.
Belə bir kontekstdə, Farsca yazmaq artıq əskiliyi simboluna çevrilmiş.
Bugün, Farsca yazmağa ayaq dirəyən hər kəsi, yaşından və göstərdiyi fəaliyyətlərinin nə olduğundan asılı olmayaraq, bilər-bilməz irəli apardığı dil siyasəti üzərindən keçmiş siyasi nəsillərə aid bilməliyik. Farsca yazmaq artıq əskimiş siyasi nəsillərin çürümüş görüşlərindən başqa heç bir şey deyil. Əskimiş yolları artıq tarixə tapşırmağın vaxtı gəlmiş.
#TürkcəYaz demək, keçmişə güvənib, gələcəyə addımlamaq deyil, keçmişi devirərək, gələcəyi oluşdurmaq deməkdir.
#TürkcəYaz
@Kritike
Post #401
99