İran'da yaşayan xalqların dil azadlığını açıqca siyasi proqramları sırasında yerləşdirən ilk siyasi təşkilat "İranlıların "Ədalət" {adlı} Sosial-Demokrat (İctimaiyün-Ammiyun) Firqəsi" olmuşdur. Bu təşkilatın 22 maddədən ibarət olan məramnaməsinin 4 maddəsi aydınca xalqların milli azadlıqlarına həsr edilmişdir. Bu maddələr eyni ilə bunlardan ibarətdir:
"8.ci maddə: Bilatəfriq-i cins və məzhəb-din və millət əfrad-i əhl-i vətən müsavatla yaşamalıdırlar.
9.cu maddə: Vətən əfradı hər millət olursa olsun, öz ana dilində təlim-tərbiyə və təhsil etmək haqqına malikdir.
10.cu maddə: Mitinqlərdə, ictimalarda hər millət əfradı öz dilində məqsədini söyləməyə və fikrini bəyan etməyə haqlıdır.
11.ci maddə: Əfrad-i məmləkət öz xüsusiyyət-i milliyyəsini təmin və tərəqqi etdirmək haqqına malikdir".
Yuxarıdakı maddələrdə iki başqa maraqlı nüktə də var:
I. Göründüyü kimi, məramnamənin yazanlarının görüşündə millət dini bir anlayış kimi deyil (8.ci maddədə, dini kimlik milli kimlikdən ayırd edilmişdir), dilə əsaslanmış bir anlayış kimi ortaya qoyulur (9-cu və 10-cu maddə).
II. Məramnamənin 8-ci maddəsi qadınlarla kişilərin, müxtəlif dinlərə və millətlərə mənsub olan vətəndaşların bərabər vətəndaşlar kimi bərabər yaşamaq haqqına sahib olmalı olduqlarını bildirir.
Artırma I: Məramnamədə başqa maraqlı bir maddə onun son maddəsidir:
22-ci maddə: Ölüm cəzası ləğv edilir.
Artırma II: "İranlıların "Ədalət" {adlı} Sosial-Demokrat (İctimaiyün-Ammiyun) Firqəsi"nin məramnaməsi ilk olaraq Bakı'da "Məktəb"in elektrik mətbəəsində (hansı ildə?) iki dildə (Türkcə və Farsca) nəşr edilmişdir (Məramnamənin Türkcə versiyonu Farsca versiyonu ilə müqayisədə daha təfsilatlıdır).
#TürkcəYaz
@Kritike
Post #413
155