TGViewer
Channel Public Channel
Hacı Tale Bağırzadə

Hacı Tale Bağırzadə

@tale_bagirzade

Allahın salamı olsun haqq əhlinə

Bu kanal Hacı Tale Bağırzadəyə məxsus rəsmi kanaldı
Bu kanalda Hacının barəsində fikirlər,xatirələr,Hacının şəkilləri,Video və səsli moizləri və məktubları paylaşılacaq.
Hətta Hacıya sualı olan sualını ünvanlaya bilər.
Subscribers
1.14K
Photos
114
Videos
107
Links
228
Recent Posts 20 shown
Post #804 599
Hacı Tale Bağırzadə İlham Əliyevə anlaşma təklif etdi

Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
  • ❤ 5
Post #803 2.25K
🚫Tale Bağırzadə İlham Əliyevə anlaşma təklif etdi

İlahiyyatçı Tale Bağırzadə həbsxanadan İlham Əliyevə anlaşma təklifi ünvanlayıb. Media vasitəsilə yayılan mətndə deyilir:

“Rəhman və Rəhim Allahın adı ilə.

Cənab Əliyev! Hər kəsdən daha çox sizə məlumdur ki, illərdir zülmlə işləyən hakimiyyətinizə qarşı haqlı olaraq ciddi tənqidlər səsləndirir, qeyri-sağlam idarəçiliyinizlə əsla barışmırıq. Əlbəttə, bunun ağır bədəllərini ödəməkdən də tam razıyıq və heç bir şikayətimiz də yoxdur.

Lakin son zamanlar Azərbaycanımızda baş verən bəzi xoşagəlməz hadisələri nəzərə aldıqda, düşündük ki, uzun illərdən sonra sizinlə bir məsələ üzərində anlaşa və razılığa gələ bilərik. Sözsüz ki, bu razılaşma dəyərli və qeyrətli xalqımızı da sevindirib, şad edəcəkdir.

Odur ki, cənab Əliyev, mənim sizə təklif edəcəyim anlaşma mətni bundan ibarətdir:

1. Mənim 20 il həbs cəzamı dəyişdirib ömürlük həbslə əvəz edirsiniz.

2. Birbaşa sizin sifarişiniz əsasında məhkəmə qarşısına çıxarılan iki azyaşlı övladıma məhkəmənin əli ilə ən ağır və ən sərt cəzanı kəsirsiniz. Onu da deyim ki, hələ onlardan başqa iki azyaşlı övladım da var. İstəsəniz, onları da anlaşma mətninə əlavə edə bilərik. Və sizi tam arxayın edirəm ki, bizə qarşı yönələcək ən sərt və ən ağır cəzalardan heç bir şikayətimiz olmayacaqdır.

Bunun müqabilində isə sizdən istəyimiz və tələbimiz bundan ibarətdir ki, heç bir cinayət törətmədən, sırf ciddi araşdırmaları və aktiv fəaliyyətlərinə görə qəzəbinizə tuş gələrək şərləyib həbs etdirdiyiniz cəsur jurnalist və hicablı xanımları həbsxanadan azad edəsiniz.

Cənab Əliyev! Əgər bizim bu təklifimizlə razılaşıb Azərbaycanın dəyərli məhbus xanımlarını həbsxanalardan azad etsəniz, şəxsən özüm sizə ayrıca təşəkkür məktubu da yazacağam. Əks təqdirdə isə sizi və hakimiyyətinizi Uca Allahın tədbirinə və Azərbaycan xalqının qeyrətinə tapşırıram.

Vəssalam.

Tale Bağırzadə
12 saylı cəzaçəkmə müəssisəsi
23.09.2026


Abunə olun🇦🇿 t.me/Tale_Bagirzade
  • 💔 16
  • ❤ 4
  • 😢 4
  • 💋 1
Post #802 6.93K
🚩Hacı Tale Bağırzadənin Şəhid Rəhbərə son vida mesajı

Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
  • 😢 24
  • ❤ 9
  • 💔 5
  • 😎 1
Post #801 1.92K
Bizim üçün zülmün qarşısında dayanmaq, zülmlə mübarizə aparmaq böyük fəxrdir. Biz bu məktəbi Hüseyn ibn Əlidən öyrənmişik. Nə qədər ki, məlun İsrail dövlətinin səfirliyi Azərbaycandadır, biz yenə də mübarizəmizi aparacağıq. O vaxta qədər ki, bu dövlətin səfirliyi Azərbaycandan rədd olub getsin.

Hacı Tale Bağırzadə

Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
  • ❤ 23
  • 👍 6
  • 🤬 1
Post #800 1.98K
Liderimizin növbəti doğum günündə Allahdan ona bərəkətli ömür diləyirik

İnsanı ucaldan, bəzən isə ölümsüzləşdirən amil onun hədəfinin nə qədər böyük, doğru və dəyərli olmasıdır. Bununla yanaşı, bu həqiqəti bütün varlığı ilə görmək, dərk etmək və onun uğrunda yorulmadan mübarizə aparmaq tarixin dahilərini və qəhrəmanlarını insanlığa tanıdan əsas xüsusiyyətlərdəndir. Məhz bu iki amil – ali və haqq bir hədəf seçmək, eləcə də həmin hədəf uğrunda yorulmadan mübarizə aparmaq – adlarını tarixə yazdıran şəxsiyyətlərin ortaq cəhətidir.
Yaşadığımız Məhərrəm günləri bu həqiqətin ən parlaq nümunəsidir. İmam Hüseyn (ə) böyük hədəfi, misilsiz fədakarlığı və yorulmaz mübarizəsi ilə əbədiyyətə qovuşaraq insanlıq məktəbini inşa etdi.
Bu məktəbi özünə yol seçən, Aşura məktəbindən mənəvi güc alaraq mübarizə meydanında əzmlə fəaliyyət göstərən dəyərli insanlar sırasında özünəməxsus yeri olan hörmətli ruhani Hacı Tale Bağırzadənin bu gün doğum günüdür.
O, 43-cü yaşını, həbsxana divarları arasında keçirdiyi 16-cı doğum gününü qeyd edir. Hacı Tale Bağırzadəyə özünün də tez-tez etdiyi dualardakı kimi, Allahın razı olduğu bütün gözəllikləri və fəzilətləri arzulayır, ona İlahi razılıqla dolu aram bir qəlb, möhkəm iradə və bərəkətli ömür diləyirik.

Müsəlman Birliyi Hərəkatı

Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
  • ❤ 22
  • 👍 1
  • 👏 1
Post #799 3.38K
Azadlıqda olsaydım, yəqin ki, bu günün Kərbəla meydanı olan inanclı xanımların məhkəmə salonlarında onların yanında yer alardım” – Hacı Tale Bağırzadə

İlahiyyatçı Hacı Tale Bağırzadə ötən il Ərbəin günü (İmam Hüseynin (ə) şəhadətinin qırxıncı günü) saxlanılan altı inanclı xanımın məhkəmə proseslərinin başlanması ilə bağlı paylaşım edib. O, məhkəmələrin məhz Məhərrəm ayının ilk günlərinə təsadüf etməsini hakimiyyətin İslama qarşı kin və nifrətinin növbəti təzahürü kimi qiymətləndirib.

Hacı Tale Bağırzadə bildirib:

“Bu sistemin İslama qarşı apardığı mübarizə ilk deyil. Məhərrəm ayında o, bir daha haqq və batil cəbhələrini, Yezid və Hüseyn (ə) təfəkkürünü qarşı-qarşıya qoydu. Kərbəlanın əməli mübarizə meydanını xatırladan bu günlərdə hakimiyyət, məhkəmə salonlarında günahsız xanımları cəzalandırmağa çalışmaqla öz həqiqi mahiyyətini növbəti dəfə nümayiş etdirmiş oldu.

Mənə görə, bu günün Kərbəlası inanclı xanımların məhkəmə salonlarında apardıqları mübarizədir. Əgər mən azadlıqda olsaydım, heç bir şübhə etmədən onlarla eyni sırada dayanmağı, haqqın yanında və zülmün qarşısında olmağı seçərdim.”

Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
  • ❤ 16
  • 👍 1
  • 👏 1
Post #798 1.85K
🚩MAHİ MƏHƏRRƏM BAŞLADI

İlahi eşqə sədaqətin təcəssümü olan ümumbəşəri dəyər – Məhərrəm ayının başlanğıcındayıq. Kərbəla səhrasında doğularaq insanlıq səmasını nurlandıran bu azadlıq hərəkatı təkcə matəm, hüzn və acının deyil, eyni zamanda həqiqətin, ədalətin və müqəddəs mübarizənin məktəbi kimi zamanın fövqündə dayanır.

Heç də təsadüfi deyil ki, Məhərrəm ayının və Aşura gününün yaxınlaşması ilə bu ali dəyərlərə qarşı olan qüvvələrin narahatlığı daha aydın görünür. Eyni zamanda, həqiqi aşiqlərin eşq karvanında Hüseyni duruş və Hüseyni məram Kərbəlanın ölməz ruhunu yaşatmaqda davam edir.

Hər bir Hüseyn (ə) aşiqinə bu müqəddəs yolda hidayət çırağının nuru, nicat gəmisinin səadəti nəsib olsun. Uca Allahdan diləyimiz budur ki, Məhərrəm ayının mənəvi feyz və bərəkəti içində bizləri daim haqq yoluna bağlı, İmam Hüseynin (ə) məktəbinə sadiq qərar versin.

Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
  • ❤ 8
  • 💔 3
  • 🙏 2
Post #797 5.57K
🚫Minlərlə peyğəmbərin missiyası Hz. Muhəmmədin (s) risaləti ilə kamala çataraq yekunlaşdı. Növbəti mərhələdə isə zaman və məkan sərhədlərini aşan bu İlahi hökmlərin sistemləşdirilməsi və həyata keçirilməsi dayanırdı. Qurani-Kərim dinin kamilləşdiyini elan etməklə peyğəmbərliyə son nöqtəni qoydu və bəşəriyyəti İmamət və Vilayət bayrağı altında vahid rəhbərliyə yönəldərək nemətin tamamlanması ilə yeni bir mərhələyə dəvət etdi.

Bu gün Qədir-Xum səhrasında İlahi əmrin icra olunduğu, İmamətin təyin edildiyi mübarək gündür. Bu əlamətdar bayram münasibətilə dünya müsəlmanlarını və dəyərli Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, Uca Allahdan bu mübarək bayramı növbəti illərdə dövrün İmamının (ə.f) zühur sevinci ilə qeyd etməyi nəsib etməsini diləyirik.

Qədir-Xum bayramınız mübarək olsun!

Hacı Tale Bağırzadə

Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
  • ❤ 17
  • 👍 1
  • 👏 1
  • 💯 1
Post #796 3.06K
🚫Hacı Tale Bağırzadə həbsxanadan Hacı Əbülfəz Bünyadovu ad günü münasibətilə təbrik edib


Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
  • ❤ 20
  • 🥰 2
  • 💯 2
Post #795 4.21K
🚫Həbsxanalara sığmayan mətin iradə...

Məqsəd və iradə insan varlığının əsas qayəsini təşkil edən ən mühüm amillərdəndir. Məqsədin həqiqəti insanın nümayiş etdirdiyi iradə və əzmkarlıqla öz təsdiqini tapır, onun həyatında ölümsüz iz qoyur. Tarix boyu zamanın fövqündə dayanan şəxsiyyətlərin əbədiliyi də məhz böyük hədəfləri, sarsılmaz iradələri və mətinlikləri sayəsində gerçəkləşmişdir.

Şübhəsiz ki, ən böyük uğurlar İlahi razılığa və insanlığa xidmət amalına söykənir. Həyat da məhz bu iki ali prinsip uğrunda çalışan insanlara mənəvi ucalıq bəxş edir və onları zaman keçsə belə dəyərli simalara çevirir.

Bu gün də belə insanların mövcudluğu danılmaz həqiqətdir. Onların missiyası cəmiyyətə motivasiya verir, insanları ruhlandırır və zaman keçdikcə həmin şəxsiyyətləri daha geniş şəkildə tanıdır, sevdirir.

Belə insanlardan biri də həyatının böyük hissəsini mübarizə və mücadilə, digər hissəsini isə elm və mərifət yolunda keçirən Hacı Tale Bağırzadədir. Dostları onun polad iradəsinə heyranlıq duyur, düşmənləri isə sarsılmaz ruhunu etiraf etməyə məcbur qalırlar. O isə bütün varlığı ilə yalnız İlahi vəzifə və insanlığın nicatı uğrunda dözüm və mübarizə nümayiş etdirir.

Təəssüf ki, cəmiyyətin çox az hissəsi onu həqiqi mənada tanıyır. Hakimiyyətin illərlə apardığı qarayaxma siyasəti nəticəsində Hacı Tale Bağırzadə 20 il müddətinə azadlıqdan məhrum edilib.

İllər onun gəncliyini, cəmiyyətə verə biləcəyi saysız faydaları və azadlıqda qazana biləcəyi böyük uğurları əlindən aldı. O, valideynlərinə xidmət səadətini, övladlarına ata sevgisini, yaxınları ilə ünsiyyət gözəlliyini dəmir barmaqlıqlar arasında yaşamağa məhkum edildi.

Lakin bütün bunlara baxmayaraq, Tale Bağırzadə özünü hər zaman haqqın yanında, zülmün qarşısında görən bir insan olaraq qaldı. Ömrünün hər günü tarixə yeni bir səhifə yazır. Onun həyatı təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də həqiqi insanlıq missiyasının nümunəsi kimi böyük mesajlar daşıyır.

Son həbsindən keçən 11 illik məhbəs həyatı onun ruhunu daha da mətinləşdirib, vüqarını daha da ucaldıb. Cismini dəmir barmaqlıqlar arasında saxlamaq mümkün olsa da, Tale Bağırzadənin ruhu bütün haqsızlıqlardan, zülmdən və məhdudiyyətlərdən daha uca və sərhədsizdir.

Kiçik bir kamerada, kitablar arasında yaşayan bu böyük ürək, məqsədə gedən yolun sarsılmaz iradə və mətinlikdən keçdiyini bir daha göstərir. O, keçmişin örnəklərini bu gün yaşadan və insanlıq adına ölümsüz nümunəyə çevrilən simalardandır.

Tarix bir gün mütləq ona layiq olduğu dəyəri verəcək. Buna şübhə yoxdur.

P.S. Bu bayram günləri ərəfəsində başda Tale Bağırzadə olmaqla bütün dəyərli, şücaətli, dəyanətli və mübariz insanları təbrik edir, Allahdan onlara cismi və mənəvi azadlıq diləyirik.


Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
  • ❤ 17
  • 🫡 1
Post #794 2.21K
🚫Tale Bağırzadə Əli Kərimliyə başsağlığı ünvanladı.

Tale Bağırzadə həbsxanadan AXCP sədri Əli Kərimliyə başsağlığı ünvanlayıb.
İlahiyyatçı, Əli bəyin atasının dünyasını dəyişməsi ilə bağlı üzüntüsünü ifadə edib.
““Hər bir kəs (canlı) ölümü dadacaqdır...” Ali İmran surəsi, 185-ci ayə.

Ölüm insan həyatının nəhayətidir və hər bir insan yaradılışdan ölümü dadacaq bir həqiqətə doğru addımlamaqdadır. Bəşər dünyaya intahan olunmaq, içindəki həqiqəti ortaya qoymaq üçün gəlir, yaşayır və dünyasını dəyişir.

Həbsxana həyatı və burada əzizlərin itkisi ilə bağlı alınan acı xəbərlərin insanda necə təsirlər yaratmasını təsəvvür etmək çətin deyil. Xüsusi olaraq bu valideyn – ata kimi əziz bir insanın olması və bütün bunları dəmir barmaqlıqlar arasından duymaq həqiqətdə acını daha da artırır.

Biz Əli bəyin atasının vəfatı ilə bağlı kədərini bölüşür, Allahdan ona və ailəsinə səbr, mərhuma isə rəhmət diləyirik. Allah rəhmət eləsin.”


Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
  • ❤ 15
  • 🙏 3
Post #793 2.55K
Nə qədər ki müqavimət övladları ölməyib...

Hacı Tale Bağırzadə

Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
  • ❤ 28
Post #792 797
Hacı Tale Bağırzadə Tale Bağırzadə: “İlham Əliyev Azərbaycan xalqından üzr istəməlidir” Hacı Tale Bağırzadə Prezident İlham Əliyevin Donald Tramp haqqında “ o, bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşür” fikirinə etirazını bildirərək bu ifadələr üçün…
🚫Bir qrup ruhanidən Prezident İlham Əliyevə çağırış: “Trampla eyniləşdirmə xalqımıza təhqirdir – üzr istəyin”

Bir qrup hörmətli ruhani Hacı Tale Bağırzadənin haqlı və cəsarətli bəyanatına dəstək olaraq Prezident İlham Əliyevə açıq və prinsipial çağırış edib.

Ruhanilər bəyanatlarında vurğulayıblar ki, Azərbaycan xalqı min illik mədəni irsə, dərin əxlaqi və mənəvi köklərə, saf ailə dəyərlərinə malikdir. Bu dəyərlər xalqımızın mənəviyyatının əsasını təşkil edir və heç bir halda mübahisə mövzusu ola bilməz.

Lakin Prezident İlham Əliyevin Donald Tramp haqqında “o, bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşür” kimi açıqlaması xalqımızın bu müqəddəs dəyərlərinə ciddi hörmətsizlikdir. Çünki Trampın adı ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi “Epşteyn faylları”nda yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar və zorakılıq ittihamları ilə hallanır. “Epşteyn adası”nda baş verən qaranlıq əməllərlə əlaqədar bu ittihamlar pedofiliya və əxlaqi pozğunluqla bağlıdır – bu cür davranışlar isə Azərbaycan xalqının ailə və mənəvi dəyərləri ilə heç bir şəkildə uzlaşmır.

Ruhanilər qeyd ediblər: “Xalqımızın əxlaqi saflığını, ailə müqəddəsliyini və mədəni dəyərlərini belə bir şəxslə eyniləşdirmək qəbuledilməz təhqirdir. Bu müqayisə xalqımıza qarşı açıq hörmətsizlikdir. İlham Əliyev bu səhvini dərk etməli, xalqımızın mənəviyyatına toxunan bu ifadələrə görə dərhal üzr istəməlidir.”

Bu çağırış, xalqımızın mənəvi dəyərlərinin qorunması və dövlət rəhbərinin xalqa hörmət prinsipinin bərpası baxımından böyük əhəmiyyət kəsb edir. Hacı Tale Bağırzadənin etirazına qoşulan ruhanilər ümid edirlər ki, Prezident bu məsələyə ciddi yanaşacaq və Azərbaycan xalqından üzr istəyərək mənəvi haqq-hesabı yerinə yetirəcək.


Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
  • ❤ 31
Post #791 6.97K
Tale Bağırzadə: “İlham Əliyev Azərbaycan xalqından üzr istəməlidir”

Hacı Tale Bağırzadə Prezident İlham Əliyevin Donald Tramp haqqında “ o, bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşür” fikirinə etirazını bildirərək bu ifadələr üçün İlham Əliyevin Azərbaycan xalqından üzr istəməli olduğunu bildirib.

“Trampın diktator, soyğunçu, istismarçı və müxtəlif ölkələrin ərazilərinə təcavüz edən bir qatil olması ilə yanaşı bir pozğun, əyyaş və azyaşlılara qarşı cinsi zorakılıq göstərən bir varlıqdır. Belə bir şəxsin ailə, fundamental dəyərlərə malik olması və onun bu dəyərləri Azərbaycan xalqına nisbət verməsi bu xalqa qarşı hörmətsizlikdir. Ola bilər İlham Əliyevin söylədikləri onun ailə dəyərlərlərinə uyğundur. Amma qətiyyətlə bu Azərbaycan xalqı ilə müqayisə oluna bilməz. Buna görə də İlham Əliyev belə bir müqayisə üçün Azərbaycan xaqından üzr istəməlidir.”

Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi “Epşteyn faylları”na aid 3 milyondan çox səhifəni dərc edib. Onların arasında 2 min videoyazı və 180 min foto da var. Bu sənədlərdə çoxlu sayda siyasətçi, iş adamı və digər peşə sahiblərinin adları çəkilir ki, bunlardan ABŞ-nin hazırkı prezidenti Donald Trampın Epşteynlə əlaqələri olması diqqətçəkəndir. Onun adı yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar, təcavüz, zorakılıq əməlləri törətmədə hallanır.


Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
  • ❤ 21
  • 💯 8
  • 🔥 3
Post #790 6.93K
“Qəlbimiz İran xalqı ilə döyünür” Hacı Tale Bağırzadə

İlahiyyatçı Hacı Tale Bağırzadə Amerika və İsrailin təcazüvünə rəşadətli müqavmət göstərən İran və xalqına ünvanlı paylaşım edib. Həbsxanadan ünvanlanan
paylaşımda, İran xalqının mətin mübarizəsi ilə yanaşı Azərbaycan xalqının da bu müharibədə mövqeyi əks edilib.
MBH sədri imperialist qüvvələri sarsıdan qardaş İran xalqına dəstəyini belə ifadə edib:
“Əliyev hakimiyyətindən fərqli olaraq Azərbaycanın inanclı xalqının qəlbi İranın mübariz xalqı ilə döyünür və onların bu haqq savaşda Allahın yardımı ilə qələbə çalacaqları mütləqdir.”

Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
  • ❤ 31
  • 🙏 3
Post #788 1.65K
🚩Ramazan ayının son günü ilə vidalaşarkən onunla əhd-peyman bağlayıb sədaqətlə yolunu gözləyəcəyimizə,onun hidayət dolu xatirələrini il boyu unutmayaraq həyatımızın mərkəzində qərarlaşdıracağımıza söz verək.
Əlvida ey Allahın gözəl ayı

Hacı Tale Bağırzadə

https://t.me/Tale_Bagirzade
  • ❤ 27
  • 🙏 2
Post #787 8.51K
🚫İranda yeni Ali Dini Liderin seçilməsi Trampa tərsinə vurulan şapalaq oldu.

İranda şəhid rəhbər Ayətullah Seyyid Əli Xameneidən sonra seçiləcək şəxsin kimliyi hər kəsin diqqət mərkəzində və dünyanın xüsusi izlədiyi hadisələrdən idi. Yeni lider İranın gərgin müharibə apardığı hadisələrin, imperialist qüvvələrin təzyiq və hərbi müdaxiləsi fonunda seçilməsi bu məsələnin əhəmiyyətini daha da artırırdı.

Trampın “namizəd” olaraq dəyərləndirəcək şəxsin seçim razılığı fonunda İran tam qətiyyətlə xalqın ruhunu Xamenei xəttində davamlı bir müstəvidə saxladı. Ölkədə Ali Dini Lider İmam Xameneinin oğlu Müctəba Xamenei rəhbər seçildi.

Xalq bütün bu gərginliklərə baxmayaraq öz müqəddəratını, gələcəyini, siyasi və mübarizə ruhunu Xamenei məktəbinə etibar edərək, Ali Dini Lider Müctəba Xamenei ilə İranın gələcəyini qurmaq qərarını verdi.

İslam dünyası, qardaş İran xalqını Müctəba Xameneinin seçimi münasibəti ilə təbrik edir, düşmənlərin qorxulu röyası olan Xameneilər ailəsinin bu dəyərli nümayəndəsinin ümmətin, bəşəriyyətin nicatında İlahi yardım və uğurla haqqı bərqərar etməsini Mütəal Allahdan diləyirik.

Qədəmləriniz mübarək!

Hacı Tale Bağırzadə

https://t.me/Tale_Bagirzade
  • ❤ 23
  • 🙏 4
Post #786 11.2K
🚫Ali məqamlı rəhbərin şəhadəti ilə əlaqədar,Müsəlman Birliyi Hərəkatının sədri Hacı Tale Bağırzadənin zindandan göz yaşları ilə göndərdiyi səs yazısı


https://t.me/Tale_Bagirzade
  • 💔 31
  • 😢 10
  • ❤ 3
Post #785 2.94K
📍 Əzizlər Hacı Taleh Bağırzadənin pdf kitabı var 3 AZN-dir pdfi. İstəyən olsa yaza bilər. Bu pullar Qəzzaya yardım üçün ayrılacaq.

@Allahi_unutma ⬅️ bura yazın.

☪️ @haqqagel
📚 @ilahi_kitablar
  • ❤ 22
Older posts →

About this channel

How can I read @tale_bagirzade without a Telegram account?
TGViewer shows the public web preview Telegram publishes for Hacı Tale Bağırzadə: recent posts, photos, videos and the subscriber count, with no app, login or account.
How many subscribers does Hacı Tale Bağırzadə have?
Hacı Tale Bağırzadə (@tale_bagirzade) has 1.14K subscribers on Telegram, refreshed roughly every 30 minutes.
Does Hacı Tale Bağırzadə know I viewed it here?
No. Public channel previews carry no viewer identity, and TGViewer has no accounts or tracking of what you look up.
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →