TGViewer
Hacı Tale Bağırzadə Hacı Tale Bağırzadə @tale_bagirzade · 1.13K subscribers
Post #794 2.28K
🚫Tale Bağırzadə Əli Kərimliyə başsağlığı ünvanladı.

Tale Bağırzadə həbsxanadan AXCP sədri Əli Kərimliyə başsağlığı ünvanlayıb.
İlahiyyatçı, Əli bəyin atasının dünyasını dəyişməsi ilə bağlı üzüntüsünü ifadə edib.
““Hər bir kəs (canlı) ölümü dadacaqdır...” Ali İmran surəsi, 185-ci ayə.

Ölüm insan həyatının nəhayətidir və hər bir insan yaradılışdan ölümü dadacaq bir həqiqətə doğru addımlamaqdadır. Bəşər dünyaya intahan olunmaq, içindəki həqiqəti ortaya qoymaq üçün gəlir, yaşayır və dünyasını dəyişir.

Həbsxana həyatı və burada əzizlərin itkisi ilə bağlı alınan acı xəbərlərin insanda necə təsirlər yaratmasını təsəvvür etmək çətin deyil. Xüsusi olaraq bu valideyn – ata kimi əziz bir insanın olması və bütün bunları dəmir barmaqlıqlar arasından duymaq həqiqətdə acını daha da artırır.

Biz Əli bəyin atasının vəfatı ilə bağlı kədərini bölüşür, Allahdan ona və ailəsinə səbr, mərhuma isə rəhmət diləyirik. Allah rəhmət eləsin.”


Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
  • ❤ 15
  • 🙏 3
More from @tale_bagirzade
  1. Oct 9, 2026Allahın salamı olsun siz əzizlərə. Hacının adından paylaşılan bu xəbər yalan xəbərdir. Abu…
  2. Oct 8, 2026🚩Hicab qadağası həll edilməlidir! Hacı Tale Bağırzadə #Tələbələrə_haqsızlığa_son #Hicaba_…
  3. Oct 5, 2026🚩Biz əgər Fironların qarşısında dura bilmiriksə... Hacı Tale Bağırzadə Abunə olun 🇦🇿 t.…
  4. Oct 3, 2026🚩Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək Hacı Tale Bağırzadə Abunə olun🇦🇿 t.me/T…
  5. Oct 1, 2026🚩Tale Bağırzadə Əvəz Zeynallının vəfatı ilə bağlı başsağlığı ünvanladı Azərbaycan xalqı Ə…
  6. Sep 30, 2026🚩Dirilər içərisində ölüdürlər... Hacı Tale Bağırzadə Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →