TGViewer
Hacı Tale Bağırzadə Hacı Tale Bağırzadə @tale_bagirzade · 1.14K subscribers
Post #800 2.03K
Liderimizin növbəti doğum günündə Allahdan ona bərəkətli ömür diləyirik

İnsanı ucaldan, bəzən isə ölümsüzləşdirən amil onun hədəfinin nə qədər böyük, doğru və dəyərli olmasıdır. Bununla yanaşı, bu həqiqəti bütün varlığı ilə görmək, dərk etmək və onun uğrunda yorulmadan mübarizə aparmaq tarixin dahilərini və qəhrəmanlarını insanlığa tanıdan əsas xüsusiyyətlərdəndir. Məhz bu iki amil – ali və haqq bir hədəf seçmək, eləcə də həmin hədəf uğrunda yorulmadan mübarizə aparmaq – adlarını tarixə yazdıran şəxsiyyətlərin ortaq cəhətidir.
Yaşadığımız Məhərrəm günləri bu həqiqətin ən parlaq nümunəsidir. İmam Hüseyn (ə) böyük hədəfi, misilsiz fədakarlığı və yorulmaz mübarizəsi ilə əbədiyyətə qovuşaraq insanlıq məktəbini inşa etdi.
Bu məktəbi özünə yol seçən, Aşura məktəbindən mənəvi güc alaraq mübarizə meydanında əzmlə fəaliyyət göstərən dəyərli insanlar sırasında özünəməxsus yeri olan hörmətli ruhani Hacı Tale Bağırzadənin bu gün doğum günüdür.
O, 43-cü yaşını, həbsxana divarları arasında keçirdiyi 16-cı doğum gününü qeyd edir. Hacı Tale Bağırzadəyə özünün də tez-tez etdiyi dualardakı kimi, Allahın razı olduğu bütün gözəllikləri və fəzilətləri arzulayır, ona İlahi razılıqla dolu aram bir qəlb, möhkəm iradə və bərəkətli ömür diləyirik.

Müsəlman Birliyi Hərəkatı

Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
  • ❤ 22
  • 👍 1
  • 👏 1
More from @tale_bagirzade
  1. Sep 30, 2026🚩Dirilər içərisində ölüdürlər... Hacı Tale Bağırzadə Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
  2. Sep 28, 2026🚫Tale Bağırzadə Abgül Süleymanovun həbsini pislədi Növbəti dəfə hicabın qadağan edilməsin…
  3. Sep 25, 2026Hacı Tale Bağırzadə İlham Əliyevə anlaşma təklif etdi Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
  4. Sep 24, 2026🚫Tale Bağırzadə İlham Əliyevə anlaşma təklif etdi İlahiyyatçı Tale Bağırzadə həbsxanadan…
  5. Jul 5, 2026🚩Hacı Tale Bağırzadənin Şəhid Rəhbərə son vida mesajı Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
  6. Jun 30, 2026Bizim üçün zülmün qarşısında dayanmaq, zülmlə mübarizə aparmaq böyük fəxrdir. Biz bu məktə…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →