TGViewer
Hacı Tale Bağırzadə Hacı Tale Bağırzadə @tale_bagirzade · 1.14K subscribers
Post #792 807
Hacı Tale Bağırzadə Tale Bağırzadə: “İlham Əliyev Azərbaycan xalqından üzr istəməlidir” Hacı Tale Bağırzadə Prezident İlham Əliyevin Donald Tramp haqqında “ o, bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşür” fikirinə etirazını bildirərək bu ifadələr üçün…
🚫Bir qrup ruhanidən Prezident İlham Əliyevə çağırış: “Trampla eyniləşdirmə xalqımıza təhqirdir – üzr istəyin”

Bir qrup hörmətli ruhani Hacı Tale Bağırzadənin haqlı və cəsarətli bəyanatına dəstək olaraq Prezident İlham Əliyevə açıq və prinsipial çağırış edib.

Ruhanilər bəyanatlarında vurğulayıblar ki, Azərbaycan xalqı min illik mədəni irsə, dərin əxlaqi və mənəvi köklərə, saf ailə dəyərlərinə malikdir. Bu dəyərlər xalqımızın mənəviyyatının əsasını təşkil edir və heç bir halda mübahisə mövzusu ola bilməz.

Lakin Prezident İlham Əliyevin Donald Tramp haqqında “o, bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşür” kimi açıqlaması xalqımızın bu müqəddəs dəyərlərinə ciddi hörmətsizlikdir. Çünki Trampın adı ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi “Epşteyn faylları”nda yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar və zorakılıq ittihamları ilə hallanır. “Epşteyn adası”nda baş verən qaranlıq əməllərlə əlaqədar bu ittihamlar pedofiliya və əxlaqi pozğunluqla bağlıdır – bu cür davranışlar isə Azərbaycan xalqının ailə və mənəvi dəyərləri ilə heç bir şəkildə uzlaşmır.

Ruhanilər qeyd ediblər: “Xalqımızın əxlaqi saflığını, ailə müqəddəsliyini və mədəni dəyərlərini belə bir şəxslə eyniləşdirmək qəbuledilməz təhqirdir. Bu müqayisə xalqımıza qarşı açıq hörmətsizlikdir. İlham Əliyev bu səhvini dərk etməli, xalqımızın mənəviyyatına toxunan bu ifadələrə görə dərhal üzr istəməlidir.”

Bu çağırış, xalqımızın mənəvi dəyərlərinin qorunması və dövlət rəhbərinin xalqa hörmət prinsipinin bərpası baxımından böyük əhəmiyyət kəsb edir. Hacı Tale Bağırzadənin etirazına qoşulan ruhanilər ümid edirlər ki, Prezident bu məsələyə ciddi yanaşacaq və Azərbaycan xalqından üzr istəyərək mənəvi haqq-hesabı yerinə yetirəcək.


Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
  • ❤ 31
More from @tale_bagirzade
  1. Sep 28, 2026🚫Tale Bağırzadə Abgül Süleymanovun həbsini pislədi Növbəti dəfə hicabın qadağan edilməsin…
  2. Sep 25, 2026Hacı Tale Bağırzadə İlham Əliyevə anlaşma təklif etdi Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
  3. Sep 24, 2026🚫Tale Bağırzadə İlham Əliyevə anlaşma təklif etdi İlahiyyatçı Tale Bağırzadə həbsxanadan…
  4. Jul 5, 2026🚩Hacı Tale Bağırzadənin Şəhid Rəhbərə son vida mesajı Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
  5. Jun 30, 2026Bizim üçün zülmün qarşısında dayanmaq, zülmlə mübarizə aparmaq böyük fəxrdir. Biz bu məktə…
  6. Jun 23, 2026Liderimizin növbəti doğum günündə Allahdan ona bərəkətli ömür diləyirik İnsanı ucaldan, bə…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →