TGViewer
Hacı Tale Bağırzadə Hacı Tale Bağırzadə @tale_bagirzade · 1.14K subscribers
Post #799 3.4K
Azadlıqda olsaydım, yəqin ki, bu günün Kərbəla meydanı olan inanclı xanımların məhkəmə salonlarında onların yanında yer alardım” – Hacı Tale Bağırzadə

İlahiyyatçı Hacı Tale Bağırzadə ötən il Ərbəin günü (İmam Hüseynin (ə) şəhadətinin qırxıncı günü) saxlanılan altı inanclı xanımın məhkəmə proseslərinin başlanması ilə bağlı paylaşım edib. O, məhkəmələrin məhz Məhərrəm ayının ilk günlərinə təsadüf etməsini hakimiyyətin İslama qarşı kin və nifrətinin növbəti təzahürü kimi qiymətləndirib.

Hacı Tale Bağırzadə bildirib:

“Bu sistemin İslama qarşı apardığı mübarizə ilk deyil. Məhərrəm ayında o, bir daha haqq və batil cəbhələrini, Yezid və Hüseyn (ə) təfəkkürünü qarşı-qarşıya qoydu. Kərbəlanın əməli mübarizə meydanını xatırladan bu günlərdə hakimiyyət, məhkəmə salonlarında günahsız xanımları cəzalandırmağa çalışmaqla öz həqiqi mahiyyətini növbəti dəfə nümayiş etdirmiş oldu.

Mənə görə, bu günün Kərbəlası inanclı xanımların məhkəmə salonlarında apardıqları mübarizədir. Əgər mən azadlıqda olsaydım, heç bir şübhə etmədən onlarla eyni sırada dayanmağı, haqqın yanında və zülmün qarşısında olmağı seçərdim.”

Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
  • ❤ 16
  • 👍 1
  • 👏 1
More from @tale_bagirzade
  1. Sep 28, 2026🚫Tale Bağırzadə Abgül Süleymanovun həbsini pislədi Növbəti dəfə hicabın qadağan edilməsin…
  2. Sep 25, 2026Hacı Tale Bağırzadə İlham Əliyevə anlaşma təklif etdi Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
  3. Sep 24, 2026🚫Tale Bağırzadə İlham Əliyevə anlaşma təklif etdi İlahiyyatçı Tale Bağırzadə həbsxanadan…
  4. Jul 5, 2026🚩Hacı Tale Bağırzadənin Şəhid Rəhbərə son vida mesajı Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
  5. Jun 30, 2026Bizim üçün zülmün qarşısında dayanmaq, zülmlə mübarizə aparmaq böyük fəxrdir. Biz bu məktə…
  6. Jun 23, 2026Liderimizin növbəti doğum günündə Allahdan ona bərəkətli ömür diləyirik İnsanı ucaldan, bə…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →