🚩MAHİ MƏHƏRRƏM BAŞLADI
İlahi eşqə sədaqətin təcəssümü olan ümumbəşəri dəyər – Məhərrəm ayının başlanğıcındayıq. Kərbəla səhrasında doğularaq insanlıq səmasını nurlandıran bu azadlıq hərəkatı təkcə matəm, hüzn və acının deyil, eyni zamanda həqiqətin, ədalətin və müqəddəs mübarizənin məktəbi kimi zamanın fövqündə dayanır.
Heç də təsadüfi deyil ki, Məhərrəm ayının və Aşura gününün yaxınlaşması ilə bu ali dəyərlərə qarşı olan qüvvələrin narahatlığı daha aydın görünür. Eyni zamanda, həqiqi aşiqlərin eşq karvanında Hüseyni duruş və Hüseyni məram Kərbəlanın ölməz ruhunu yaşatmaqda davam edir.
Hər bir Hüseyn (ə) aşiqinə bu müqəddəs yolda hidayət çırağının nuru, nicat gəmisinin səadəti nəsib olsun. Uca Allahdan diləyimiz budur ki, Məhərrəm ayının mənəvi feyz və bərəkəti içində bizləri daim haqq yoluna bağlı, İmam Hüseynin (ə) məktəbinə sadiq qərar versin.
Abunə olun 🇦🇿 t.me/Tale_Bagirzade
Post #798
1.87K

- ❤ 8
- 💔 3
- 🙏 2