Bu ulu söz xəzinəsi Hacı Nasir Türkanlının mənəviyyat dolu, təsirli ifasında yenidən canlanaraq dinləyicinin qəlbinə dərin bir sakitlik və ruhi ucalıq bəxş edir, bizi milli-mənəvi köklərimizlə və zəngin tariximizlə bağlayır.
Din Məhəmməd dinidir səllə əla sahib vüqar.
Kövsərin suyin verən şahım Əlidir şəhsüvar.
Həm səxidir, həm səxadır, kainatın eynidir,
Kimsə nə bilür, anın sirrin bilür pərvərdigar.
Dedilər kim, bu cəhanın nuri kimdir, kim оla?
Mir Həsəndir, şah Hüseynin ali оldu yadigar.
Daş yarıldı, çıxdı Düldül yəhərü yügən ilə,
Ey münafiq, yоla gəlgil, eyləmə şahdan kənar.
Xanda varsan, ey Xətayi, sən bu ləfzi söyləgil;
“La fəta illa Əli, la seyfa illa Zülfiqar”.