TGViewer
Milli-Kimlik Milli-Kimlik @millikimlik · 645 subscribers
Post #1937 136
‼️ Dünən Qızılbaşla savaş, bu gün ittifaq: Atatürkün Qızılbaşlardan kömək istəməsi

⌛️ Müasir dövrdə qızılbaşlıq

Qızılbaşlığın dövrümüzə qədər gəlib çıxdığını, bu təriqətin yaşadığını anlamaq üçün çox maraqlı bir faktı göstərmək istəyirik.

Türkiyədə milli azadlıq hərəkatının başlanğıcında 1919-cu il dekabr ayının 18-də Atatürk Ərzurum və Sivas konqreslərindən sonra Sivasdan Ankaraya yola düşür, ertəsi gün o Qaysəriyə gəlir və Hacı Bəktaşi Vəli pirinə getməyi qərara alır. Çünki Qızılbaş və Bəktaşilərin Orta Anadoluda nüfuzu çox böyük idi.

Dekabr ayının 23-24-də Atatürk qızılbaşların Çələbici Cəmaləddin əfəndi və Hacı Bəktaşi Vəli pirinin Dədə vəzifəsini yerinə yetirən Salih Niyazi Baba ilə görüşmüşdür. Bu görüşün nəticəsində Qızılbaşlar milli mübarizədə müştərək hərəkət edəcəklərinə söz vermişdilər.

1920-ci il aprel ayının 23-də Böyük Millət Məclisi açıldığında Çələbi Cəmaləddin əfəndi Qırşexirdən millət vəkili seçilmiş və eyni zamanda Məclisin sədr müavini olmuşdur.

İstinad: “Qızılbaşlıq haqqında”, elmi red. Oqtay Əfəndiyev

#qızılbaşlar
  • ❤ 7
More from @millikimlik
  1. Oct 9, 2026‼️ 📝 Şah İsmayıl Xətainin əbədi irsi əsrlər keçməsinə baxmayaraq yaşayır, onun hikmət dol…
  2. Oct 8, 2026‼️‼️ ➡️ Qüdsdə Səfəvi şeyxinin türbəsi?! Məscidül-Əqsanın yanında Azərbaycan tarixinin itm…
  3. Oct 8, 2026photo post
  4. Oct 7, 2026‼️ 🇦🇿 Qarabağ Azərbaycan İslam ordusu? “Azərbaycan ordusu” mənasında istifadə olunan ifa…
  5. Oct 7, 2026photo post
  6. Oct 6, 2026🔰 Səfəvi dövlətinin 400 il əvvəlki görüntüləri — Adam Olearinin kitabında
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →