TGViewer
Milli-Kimlik Milli-Kimlik @millikimlik · 646 subscribers
Post #1940 68
‼️ 🇦🇿 Qarabağ Azərbaycan İslam ordusu?

“Azərbaycan ordusu” mənasında istifadə olunan ifadə “əsagiri-Azərbaycan” idi. XX əsrə aid rəsmi sənədlərdə isə “Qarabağ Azərbaycan İslam Ordusu” ifadəsinə rast gəlinir. Həmin ifadə ilk dəfə 21 oktyabr 1918-ci ilə aid sənəddə - Osmanlı Xariciyyə Nəzarətinin təzkərəsində işlədilmişdir.

Burada Batumi müqaviləsindən sonra ermənilərin ... Qarabağ və Naxçıvan ərazilərində həyata keçirdikləri qətliama “Qarabağ Azərbaycan İslam Ordusu”nun mane olduğu bildirilir və aşağıdakı ifadələr qeyd olunur:

“Ermənilərin hər cür pis əməlinin və yox etmə siyasətinin lideri olan Andranik adındakı komandir indiyə qədər yüz minlərlə qan axıtdı, evlər dağıtdı və hələ də Qarabağ ətrafında bu siyasətə davam edir. “Qarabağ Azərbaycan İslam Ordusu”ndan göndərilmiş olan dəstə bu yox etmə siyasətinə mane olur.

Bu dəstənin qabağından ermənilər və Andranik qaçdığına görə o ərazidə müvəqqəti, nisbi səssizlik yaranmışdır. Ermənilər sırf siyasi məqsədlərini həyata keçirmək məqsədilə bunun əksini iddia edib yalan söyləyirlər”.

📘 Zülfiyyə Vəliyeva Önlen, "Osmanlı sənədlərində Azərbaycan
toponim və etnonimləri"


#axc
  • ❤ 4
More from @millikimlik
  1. Oct 7, 2026photo post
  2. Oct 6, 2026🔰 Səfəvi dövlətinin 400 il əvvəlki görüntüləri — Adam Olearinin kitabında
  3. Oct 5, 2026‼️ Dünən Qızılbaşla savaş, bu gün ittifaq: Atatürkün Qızılbaşlardan kömək istəməsi ⌛️ Müas…
  4. Oct 5, 2026photo post
  5. Oct 3, 2026‼️⏳ Osmanlı dövlətinin Kürdəmirdən olan azərbaycanlı sədrəzəmi XIX əsrdə Azərbaycanda yeni…
  6. Oct 3, 2026photo post
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →