TGViewer
Channel Public Channel
Milli-Kimlik

Milli-Kimlik

@millikimlik

Azərbaycan xalqının Millikimlik tarixi və bu aspektdə gələcəyə baxış problemlərini işıqlandıran portal. Saytımız: millikimlik.az
Subscribers
646
Photos
965
Videos
238
Links
262
Recent Posts 20 shown
Post #1940 74
‼️ 🇦🇿 Qarabağ Azərbaycan İslam ordusu?

“Azərbaycan ordusu” mənasında istifadə olunan ifadə “əsagiri-Azərbaycan” idi. XX əsrə aid rəsmi sənədlərdə isə “Qarabağ Azərbaycan İslam Ordusu” ifadəsinə rast gəlinir. Həmin ifadə ilk dəfə 21 oktyabr 1918-ci ilə aid sənəddə - Osmanlı Xariciyyə Nəzarətinin təzkərəsində işlədilmişdir.

Burada Batumi müqaviləsindən sonra ermənilərin ... Qarabağ və Naxçıvan ərazilərində həyata keçirdikləri qətliama “Qarabağ Azərbaycan İslam Ordusu”nun mane olduğu bildirilir və aşağıdakı ifadələr qeyd olunur:

“Ermənilərin hər cür pis əməlinin və yox etmə siyasətinin lideri olan Andranik adındakı komandir indiyə qədər yüz minlərlə qan axıtdı, evlər dağıtdı və hələ də Qarabağ ətrafında bu siyasətə davam edir. “Qarabağ Azərbaycan İslam Ordusu”ndan göndərilmiş olan dəstə bu yox etmə siyasətinə mane olur.

Bu dəstənin qabağından ermənilər və Andranik qaçdığına görə o ərazidə müvəqqəti, nisbi səssizlik yaranmışdır. Ermənilər sırf siyasi məqsədlərini həyata keçirmək məqsədilə bunun əksini iddia edib yalan söyləyirlər”.

📘 Zülfiyyə Vəliyeva Önlen, "Osmanlı sənədlərində Azərbaycan
toponim və etnonimləri"


#axc
  • ❤ 4
Post #1938 98
🔰 Səfəvi dövlətinin 400 il əvvəlki görüntüləri — Adam Olearinin kitabında
  • ❤ 4
Post #1937 115
‼️ Dünən Qızılbaşla savaş, bu gün ittifaq: Atatürkün Qızılbaşlardan kömək istəməsi

⌛️ Müasir dövrdə qızılbaşlıq

Qızılbaşlığın dövrümüzə qədər gəlib çıxdığını, bu təriqətin yaşadığını anlamaq üçün çox maraqlı bir faktı göstərmək istəyirik.

Türkiyədə milli azadlıq hərəkatının başlanğıcında 1919-cu il dekabr ayının 18-də Atatürk Ərzurum və Sivas konqreslərindən sonra Sivasdan Ankaraya yola düşür, ertəsi gün o Qaysəriyə gəlir və Hacı Bəktaşi Vəli pirinə getməyi qərara alır. Çünki Qızılbaş və Bəktaşilərin Orta Anadoluda nüfuzu çox böyük idi.

Dekabr ayının 23-24-də Atatürk qızılbaşların Çələbici Cəmaləddin əfəndi və Hacı Bəktaşi Vəli pirinin Dədə vəzifəsini yerinə yetirən Salih Niyazi Baba ilə görüşmüşdür. Bu görüşün nəticəsində Qızılbaşlar milli mübarizədə müştərək hərəkət edəcəklərinə söz vermişdilər.

1920-ci il aprel ayının 23-də Böyük Millət Məclisi açıldığında Çələbi Cəmaləddin əfəndi Qırşexirdən millət vəkili seçilmiş və eyni zamanda Məclisin sədr müavini olmuşdur.

İstinad: “Qızılbaşlıq haqqında”, elmi red. Oqtay Əfəndiyev

#qızılbaşlar
  • ❤ 6
Post #1935 153
‼️⏳ Osmanlı dövlətinin Kürdəmirdən olan azərbaycanlı sədrəzəmi

XIX əsrdə Azərbaycanda yenidən güclənən Nəqşibəndilik hərəkatının tanınmış simalarından İsmayıl Siracəddin Şirvaninin oğlu Şirvanzadə Mehmet Rüşdi Paşa Osmanlı dövlətinin ən yüksək vəzifələrinə qədər yüksəlmişdi. İsmayıl Şirvani isə Kürdəmirdə doğulmuşdu.

Mehmet Rüşdi Paşa əvvəlcə Suriyada fəaliyyət göstərdi, daha sonra Şam valisi, daha sonra isə birləşdirilmiş Suriya vilayətinin ilk valilərindən biri oldu. Ardınca Osmanlı hökumətində maliyyə, daxili işlər, ədliyyə və dini işlər kimi mühüm vəzifələr tutdu.

⚔️ 1873-cü ildə isə Osmanlı imperiyasının sədrəzəmi oldu.

Onun siyasi fəaliyyəti kifayət qədər mübahisəli idi. 1873-cü ildə Misir valisi İsmayıl Paşaya geniş muxtariyyət verilməsi ilə bağlı fərmanın hazırlanmasında iştirak etdi. Bəzi tarixçilər onun bu prosesdə hədiyyə və rüşvət aldığı barədə iddialar irəli sürüblər.

Daha maraqlısı isə Qacar dövləti ilə bağlıdır. Şirvanzadə Mehmet Rüşdi Paşanın Osmanlı-Qacar anlaşmasının bəzi maddələrini Qacarların xeyrinə dəyişdirdiyi də iddia edilir.

Lakin onun siyasi karyerasının ən qalmaqallı səhifəsi Sultan Əbdüləzizlə bağlı idi.

İddialara görə, Mehmet Rüşdi Paşa Mithat Paşa, Mehmet Sadık Paşa və Hüseyn Avni Paşa kimi nüfuzlu şəxslərlə birlikdə Sultan Əbdüləzizi devirmək planında iştirak etmişdi. Nəticədə 1874-cü il fevralın 15-də sədrəzəmlikdən uzaqlaşdırıldı.

Daha sonra Hələb və Hicaz valiliyinə göndərildi. Hicaza gedərkən Taifdə xəstələnərək vəfat etdi və burada dəfn olundu.

Amma onun haqqında bütün mənbələr mənfi fikir bildirmir. Osmanlı dövrünün məşhur “Sicill-i Osmani” əsərində Şirvanzadə Mehmet Rüşdi Paşa belə təsvir edilir:

“Alim, fazil, həlim xasiyyətli, ağıllı, mərd, istiqanlı və mülayim...”
  • 👍 4
Post #1933 146
‼️ 🎶 Osmanlı saray musiqisinin kökləri Azərbaycandadı

Çox az adam bilir ki, Osmanlı sarayında səslənən o möhtəşəm klasik musiqi əslində harada formalaşıb və kimlərin irsidir!

Teymurilər dövrünün böyük ustadı: Əbdülqadir Məraği


Əbdülqadir Mərağinin oğlu Əbdüləziz və digər görkəmli musiqiçilər İstanbul sarayına cəlb olundular!

Onun nəslindən gələn Mahmud Marağayi isə Sultan Süleyman Qanuni sarayında musiqiçi olmuşdur.
  • 👍 1
Post #1932 146
‼️ “Osmanlının Oğuzun Kayı boyundan olması tamamilə nağıldır”

Müasir Türkiyədə "Tarixçilərin Şeyxi/Ustadı ve Qütbü" unvanı almış dünyaca məşhur Türk tarixci alim, Prof. Dr. Xəlil İnalcıkdan Osman oğullarının mənşəyi ilə əlaqədar sensasion bəyanat.
  • ❤ 4
Post #1931 133
‼️ Təbriz şəhər şurasının İranın milli televiziyasına sərt etirazı: Bizim dilimiz Türkdür

Təbriz şəhər şurasının sədri Rəsul Bərgi İranın milli televiziyasını Azərbaycan və Təbriz sakinlərinin dilini fars dili kimi təqdim etdiyinə görə sərt tənqid edib.

O bildirib:

“Siz Azərbaycan və Təbriz sakinlərinin dilini fars dili kimi təqdim edirsiniz. Mənim anam və atam əsla fars deyillər. Mənim övladlarım türkcə danışırlar.”
  • ❤ 6
Post #1930 119
‼️ Hörmüzdən Maldivlərə: Azərbaycanın orta əsrlərdəki beynəlxalq ticarət valyutası

Pul dedikdə ağlımıza adətən dairəvi sikkələr gəlir. Amma XVI–XVIII əsrlərdə Hind okeanı və Ərəb dənizi boyunca dövr edən lari heç də adi sikkəyə bənzəmirdi. O, saç sancağına, bəzi bölgələrdə isə balıq qarmağına oxşayan əyri gümüş çubuq formasında idi.

Adını Qızılbaş dövlətinin Lar şəhərindən alan lari yalnız yerli pul deyildi. Ərəbistan, Hindistan, Şri-Lanka və Maldiv adalarının limanlarında beynəlxalq ticarətdə geniş istifadə olunurdu. Buna görə onu haqlı olaraq “dənizlərin pul vahidi” adlandırmaq olar.

➡️ Larilərin beynəlxalq ticarətdə istifadə edilməsinin səbəbi olduqca maraqlıdır.

Əvvəla, müxtəlif ölkələrin tacirlərinə hər limanda başqa valyutanı dəyişmək və hesablamaq ehtiyacını azaldırdı. Digər tərəfdən, larinin hazırlanması adi sikkələrdən daha sadə və ucuz idi: gümüş məftili əymək və üzərinə nişan vurmaq kifayət edirdi.

Lari həm də gümüşün keyfiyyəti və beynəlxalq səviyyədə dəyərinin qəbul olunması sayəsində, tacirlər üçün etibarlı ödəniş vasitəsinə çevrilmişdi. Larilər çox vaxt dəstələr halında bağlanır və çəki ilə alınıb-satılırdı. XVI əsrdə 5 lari 1 qızıl əşrəfiyə dəyişdirilə bilirdi.

Lari müxtəlif bölgələrdə fərqli formada hazırlanırdı. Şri-Lankada balıq qarmağı formasında zərb edilir və Portuqaliya sikkələri ilə yanaşı istifadə olunurdu. Maldivlərdə isə kauri qabıqları ilə birlikdə dövriyyədə idi.

💬 XIX əsrin ortalarında yaşamış yazıçı François Pyrard de Laval belə yazırdı:

“Ən yaxşı gümüş Hörmüz vasitəsilə Persiyadan uzun sikkələr şəklində gətirilir. Bunlara larin deyilir. Hindistanın sənətkarları bu gümüşü çox yüksək qiymətləndirir və ondan böyük fayda əldə edirlər, çünki bu, işləmək üçün çox təmiz, saf və yumşaq gümüşdür.”
Ser Con Şarden isə larinin Qucaratdakı Xambat limanında və Malabar sahilində əsas pul vasitələrindən biri olduğunu qeyd etmişdi.

➡️ Bəs sonra nə oldu?

XVIII əsrdən etibarən lari tədricən dövriyyədən yoxa çıxdı. Bunun dəqiq səbəbləri barədə araşdırmalar məhduddur. Ehtimallardan biri Avropalı tacirlərin öz pul sistemlərini bölgəyə daha geniş şəkildə gətirməsidir.

Beləcə, əsrlər boyu Səfəvi dövlətindən Hindistana, Ərəbistandan Maldivlərə qədər uzanan ticarət yollarında dolaşan bu qəribə formalı gümüş pul tarixə qarışdı.

İstinad: livehistoryindia.com/story/art-history/larin-the-currency-of-the-seas

#pul #səfəvilər
PeepulTree Live History India Larin: The Currency of the Seas Story of the Larin, one of the most the unique currencies ever minted in India, shaped like a hairpin or a fishhook
  • 👍 4
  • ❤ 1
Post #1928 118
✊ Cənnət məkan Şah Abbas Bahadur Xan Səfəvi
  • ❤ 5
  • 👎 3
  • 🥴 1
Post #1927 118
İlk dəfə: Şah İsmayılın Larisi

P.S. Bu pul növü gözlədiyimdən daha maraqlı çıxdı. Ardı olacaq..

‼️ Şah İsmayıl dövründə Lari adlanan bir növ pul kəsdirmişdi. Bu pul qalın metal məftildən hazırlanırdı; ortası yastılaşdırılırdı ki, üzərinə pulun dəyərini göstərən yazı və işarələr həkk edilə bilsin.

Səfəvi dövlətində ümumən hər cür mis və ya tunc sikkə “pul” adlandırılırdı, eyni zamanda Qazıbəyi ismində xüsusi bir mis sikkəsi də var; qırx Qazıbəyi bir Abbasa bərabərdir. Böyük məbləğləri ödəyərkən və ya verərkən qızılbaşlar Tümən ilə hesablayırlar; bir Tüman əlli Abbasa bərabərdir.

Mis pulların üzərindəki adi nişanlar arasında maral, ceyran, keçi, satir, balıq, ilan və bu kimi fiqurlar olur.

İsfahanda Kasbekilərin üzərində şir, Şamaxıda şeytan, Kaşanda xoruz, Gilandа isə balıq təsviri vardı.

➡️ Şəkildəki Larinin üzərindəkilər:

Ön tərəf yazı: Əbu əl-Müzəffər Şah İsmayıl

Əks tərəf yazı: “Allahdan başqa ilah yoxdur, Məhəmməd Allahın elçisidir, Əli Allahın vəlisidir.”


📜 İstinad: en.numista.com/74608, Adam Olearius, "Voyages très-curieux & très renommez faits en Moscovie, Tartarie, et Perse", səh.771

#səfəvilər #pul
Numista Larin - Isma'il I Safavi, Iran Detailed information about the coin Larin, Isma'il I Safavi, Iran, with pictures and collection and swap management : mintage, descriptions, metal, weight, size, value and other numismatic data
  • ❤ 2
Post #1925 158
‼️🚩 Bir zamanlar burada Trabzon qoşunlarını məğlub edən, Səfəviləri siyasi gücə çevirən Şeyx Cüneydin məzarı yerləşib.

#səfəvilər #şeyx_cüneyd
  • ❤ 6
Post #1924 170
🇦🇿‼️ 6 il əvvəl bu igidlər Qarabağı yağı ermənilərdən təmizlədilər. Allah rəhmət eləsin, qazilərimizə şəfa versin.

Unutmayaq, unutdurmayaq o şərəfli günləri kimə borclu oldugumuzu
  • ❤ 8
  • 🫡 4
  • 🕊 1
Post #1923 190
‼️Suriyanın Hələb vilayətində yaşayan türkman qardaşlarımızdan Azərbaycan əsgərinə və xalqına mesaj var

CBC kanalının müxbiri Ruslan Süleymanovun Suriyadakı çəkilişlərindən. Tam versiyası (rus dilində) şərhdə 👇
  • ❤ 6
Post #1922 179
‼️ Əmir Teymur Azərbaycan haqqında: Mən Nəsimini məhz buna görə sevdim

"Fatehlərin Divanı" filmindən maraqlı bir parça
  • ❤ 6
Post #1921 198
‼️❌ Bolşeviklərin Azərbaycan Papağı ilə mübarizəsi

Sözə bax ee: "Papaq gəzdirən başdan heç bir yenilik gözləmək olmaz"

P.S. Bu yerdə, İlkin Elsevərlinin "Əli və Nino" romanında folklor nümunələri" məqaləsində də belə bir hissə maraq doğurur:

💬 "Əli xan xan Şirvanşir Ninonun atası Kipiani ilə görüşəndə Şərq mədəniyyətini göz önünə gətirir. Məsələn, "Papağımı ona verdim, baxmayaraq ki, Şərqin gözəl adətinə görə, qonaq papağını çıxartmamalıdır. Amma Avropadakı adətlərdən xəbərim var idi".

Müəllif burada yenə də Əli xanın dilindən Şərq və Qərb, yəni Avropa mədəniyyətini qarşılaşdırır. Şərq mədəniyyətinə görə, kişinin başı açıq, yəni papaqsız oturması o qədər də yaxşı xüsusiyyət deyil. Amma Avropa mədəniyyətində isə kişilərin və ya qadınların başı açıq gəzməyi xoş qarşılanır."
  • ❤ 5
Older posts →

About this channel

How can I read @millikimlik without a Telegram account?
TGViewer shows the public web preview Telegram publishes for Milli-Kimlik: recent posts, photos, videos and the subscriber count, with no app, login or account.
How many subscribers does Milli-Kimlik have?
Milli-Kimlik (@millikimlik) has 646 subscribers on Telegram, refreshed roughly every 30 minutes.
Does Milli-Kimlik know I viewed it here?
No. Public channel previews carry no viewer identity, and TGViewer has no accounts or tracking of what you look up.
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →