‼️❌ Bolşeviklərin Azərbaycan Papağı ilə mübarizəsi
Sözə bax ee: "Papaq gəzdirən başdan heç bir yenilik gözləmək olmaz"
P.S. Bu yerdə, İlkin Elsevərlinin "Əli və Nino" romanında folklor nümunələri" məqaləsində də belə bir hissə maraq doğurur:
💬 "Əli xan xan Şirvanşir Ninonun atası Kipiani ilə görüşəndə Şərq mədəniyyətini göz önünə gətirir. Məsələn, "Papağımı ona verdim, baxmayaraq ki, Şərqin gözəl adətinə görə, qonaq papağını çıxartmamalıdır. Amma Avropadakı adətlərdən xəbərim var idi".
Müəllif burada yenə də Əli xanın dilindən Şərq və Qərb, yəni Avropa mədəniyyətini qarşılaşdırır. Şərq mədəniyyətinə görə, kişinin başı açıq, yəni papaqsız oturması o qədər də yaxşı xüsusiyyət deyil. Amma Avropa mədəniyyətində isə kişilərin və ya qadınların başı açıq gəzməyi xoş qarşılanır."
Post #1921
198