‼️‼️ ➡️ Qüdsdə Səfəvi şeyxinin türbəsi?! Məscidül-Əqsanın yanında Azərbaycan tarixinin itmiş izi üzə çıxdı
Bəlkə də çoxlarının bilmədiyi, amma tarixi mənbələrdə izi açıq şəkildə görünən mühüm bir fakt: Qüdsdə, Məscidül-Əqsanın şərq divarının yaxınlığında Səfəvi şeyxi Şeyx Xacə Əli Ərdəbilinin türbəsi yerləşir.
Şeyx Xacə Əli Səfəvi 1427-ci ildə Ərdəbildən Həcc ziyarətinə yola çıxıb, Anadolu və Şamdan keçərək Qüdsə gəlib və burada vəfat edib. O, Bab əl-Rəhma qəbiristanlığında, Məscidül-Əqsanın yaxınlığında dəfn olunub. Orta əsr Qüds tarixçisi Mücərrədin əl-Üleymi onun dəfnindən, böyük günbəzli məzarından və müridlərinin ziyarət üçün buraya gəlməsindən bəhs edir.
Daha maraqlısı isə budur: türbənin üzərindəki daş kitabə Şeyx Əlaəddin ibn Əbu əl-Həsən Əli əl-Ərdəbilinin burada dəfn edildiyini və türbənin sonradan Osmanlı dövründə yenidən bərpa edildiyini bildirir.
Bu gün isə əsrlər boyu tariximizi yaşadan həmin abidə baxımsız vəziyyətdədir və yox olmaq təhlükəsi ilə üz-üzədir.
Qüdsdəki bu türbə sadəcə dini abidə deyil — Səfəvi irsinin və Azərbaycan tarixinin Yaxın Şərqdəki izlərindən biridir.
Müəllif: Araşdırmaçı, yazar Vahid İbayev
P.S. Tam məqalə şərhdə 👇
Post #1942
48
- ❤ 2