TGViewer
Milli-Kimlik Milli-Kimlik @millikimlik · 646 subscribers
Post #1930 121
‼️ Hörmüzdən Maldivlərə: Azərbaycanın orta əsrlərdəki beynəlxalq ticarət valyutası

Pul dedikdə ağlımıza adətən dairəvi sikkələr gəlir. Amma XVI–XVIII əsrlərdə Hind okeanı və Ərəb dənizi boyunca dövr edən lari heç də adi sikkəyə bənzəmirdi. O, saç sancağına, bəzi bölgələrdə isə balıq qarmağına oxşayan əyri gümüş çubuq formasında idi.

Adını Qızılbaş dövlətinin Lar şəhərindən alan lari yalnız yerli pul deyildi. Ərəbistan, Hindistan, Şri-Lanka və Maldiv adalarının limanlarında beynəlxalq ticarətdə geniş istifadə olunurdu. Buna görə onu haqlı olaraq “dənizlərin pul vahidi” adlandırmaq olar.

➡️ Larilərin beynəlxalq ticarətdə istifadə edilməsinin səbəbi olduqca maraqlıdır.

Əvvəla, müxtəlif ölkələrin tacirlərinə hər limanda başqa valyutanı dəyişmək və hesablamaq ehtiyacını azaldırdı. Digər tərəfdən, larinin hazırlanması adi sikkələrdən daha sadə və ucuz idi: gümüş məftili əymək və üzərinə nişan vurmaq kifayət edirdi.

Lari həm də gümüşün keyfiyyəti və beynəlxalq səviyyədə dəyərinin qəbul olunması sayəsində, tacirlər üçün etibarlı ödəniş vasitəsinə çevrilmişdi. Larilər çox vaxt dəstələr halında bağlanır və çəki ilə alınıb-satılırdı. XVI əsrdə 5 lari 1 qızıl əşrəfiyə dəyişdirilə bilirdi.

Lari müxtəlif bölgələrdə fərqli formada hazırlanırdı. Şri-Lankada balıq qarmağı formasında zərb edilir və Portuqaliya sikkələri ilə yanaşı istifadə olunurdu. Maldivlərdə isə kauri qabıqları ilə birlikdə dövriyyədə idi.

💬 XIX əsrin ortalarında yaşamış yazıçı François Pyrard de Laval belə yazırdı:

“Ən yaxşı gümüş Hörmüz vasitəsilə Persiyadan uzun sikkələr şəklində gətirilir. Bunlara larin deyilir. Hindistanın sənətkarları bu gümüşü çox yüksək qiymətləndirir və ondan böyük fayda əldə edirlər, çünki bu, işləmək üçün çox təmiz, saf və yumşaq gümüşdür.”
Ser Con Şarden isə larinin Qucaratdakı Xambat limanında və Malabar sahilində əsas pul vasitələrindən biri olduğunu qeyd etmişdi.

➡️ Bəs sonra nə oldu?

XVIII əsrdən etibarən lari tədricən dövriyyədən yoxa çıxdı. Bunun dəqiq səbəbləri barədə araşdırmalar məhduddur. Ehtimallardan biri Avropalı tacirlərin öz pul sistemlərini bölgəyə daha geniş şəkildə gətirməsidir.

Beləcə, əsrlər boyu Səfəvi dövlətindən Hindistana, Ərəbistandan Maldivlərə qədər uzanan ticarət yollarında dolaşan bu qəribə formalı gümüş pul tarixə qarışdı.

İstinad: livehistoryindia.com/story/art-history/larin-the-currency-of-the-seas

#pul #səfəvilər
PeepulTree Live History India Larin: The Currency of the Seas Story of the Larin, one of the most the unique currencies ever minted in India, shaped like a hairpin or a fishhook
  • 👍 4
  • ❤ 1
More from @millikimlik
  1. Oct 8, 2026‼️‼️ ➡️ Qüdsdə Səfəvi şeyxinin türbəsi?! Məscidül-Əqsanın yanında Azərbaycan tarixinin itm…
  2. Oct 8, 2026photo post
  3. Oct 7, 2026‼️ 🇦🇿 Qarabağ Azərbaycan İslam ordusu? “Azərbaycan ordusu” mənasında istifadə olunan ifa…
  4. Oct 7, 2026photo post
  5. Oct 6, 2026🔰 Səfəvi dövlətinin 400 il əvvəlki görüntüləri — Adam Olearinin kitabında
  6. Oct 5, 2026‼️ Dünən Qızılbaşla savaş, bu gün ittifaq: Atatürkün Qızılbaşlardan kömək istəməsi ⌛️ Müas…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →