TGViewer
Channel Public Channel
Məclisi-Üns Ədəbi Birliyi

Məclisi-Üns Ədəbi Birliyi

@meclisiuns

Ədəbiyyat əhlinin dostluq məkanı
Subscribers
8.49K
Photos
445
Videos
250
Links
568
Recent Posts 20 shown
Post #2059 65
Razıyam iffətin üçün tikələnsin bədənim
Verərəm canımı qurban ola çadran kəfənim
Başının örpəyi başımda papağımdı mənim
Şərəfimsən başımın tacı başı bağlı qızım
Qurban ollam gözünün yaşına yaşmaqlı qızım

https://t.me/meclisiuns
  • ❤ 4
  • 🥰 2
  • 👍 1
Post #2058 107
Bir dəfə demirsən ki, ziyandır şərab olmaz
Hər dəfə deyirsən qadağandır hicab olmaz

https://t.me/meclisiuns
  • ❤ 4
  • 👍 1
  • 🥰 1
Post #2057 122
Güvənmə hökmünə nə də gücünə
Səndən də qüdrətlilər gəlib gediblər
İlah deyib, şah deyib kim ki, özünə
Zülm edib cahanda ölüb gediblər...

https://t.me/meclisiuns
  • 👍 6
  • ❤ 2
  • 🥰 1
Post #2055 153
Hicaba azadlıq...

Sovetlər dönəmi,həmin zamanlar,
Sapı özümüzdən olan baltalar
Bu batil rejimlə verib əl-ələ,
Canlara saldılar qorxu,vəlvələ.
Bir zaman çadraya əl atdı onlar,
Şanlı dinimizə qarşı durdular.
"Yenilik" adıyla açıb çadranı,
Hədəfə aldılar dini,imanı.
Bizlərə qoyulan o qadağalar,
O qanlı döyüşlər,repressiyalar,
Əsarət içində xalqı tutaraq,
Qoymadı hürr ola aça əl-ayaq...
Nəhayət dağıldı Lenin dövləti,
O Sovet şurası,rus hökuməti.
Yetmiş il sonra xalq gülüb sevindi,
Rahat nəfəs aldı,danışdı dindi.
Baxıb gələcəyə böyük ümidlə,
Mərhəba! Söylədi obaya,elə.
Azadıq,amma ki,ey alicənab,
Başı bəlalıdır nədən bu hicab?
Yenə də qəribdir Zəhra hicabı,
Yenə də çəkirik bu iztirabı.
Gözü yaşlıdılar ana-bacılar,
Yenə də xalq çəkir ağrı-acılar.
Kəsilib hər yerdən,əli-ayağı,
Neyləsin o məsum bir qız uşağı?
Riayət eyləyib qanun,ədəbə,
Hicabla istəyir gəlsin məktəbə.
Bunun cavabını varmıdır verən?
Neyləyib təhsilə hicablı görən?
Bəlkə anlamıram,bəlkə görmürəm?
Bəlkə yuxudayam, heçnə bilmirəm?
Bunları söyləyən bir şair deyil,
Müzəffər xalqımın sözüdür bu,bil.
Danışır sizinlə ana naləsi,
Hicablı, iffətli qadının səsi.
Danışır sizinlə hicablı bir qız,
Bir imdad diləyir,qalıbdı yalqız.
Bir şəhid,bir qazi qızı danışır,
Böylə haqsızlığa heç də barışmır.
Gözünə girməyir bir an da yuxu,
Gözü yaşlı-yaşlı çağırır,ya Hu....🥲

İ.Aqil.
https://t.me/meclisiuns
  • ❤ 4
  • 👍 1
  • 🥰 1
Post #2051 198
Elvin Mürvətoğlu-hicabdır ali hürriyyət

#Tələbələrə_haqsızlığa_son
#Hicaba_azadlıq
#İffətli_qadınlara_azadlıq
#azyaşlıların_həbsinə_son
#Ruhanilərə_azadlıq

Abonə ol 🌐 https://t.me/Qeleminusyani

https://t.me/meclisiuns
  • ❤ 1
  • 👍 1
  • 🥰 1
  • 👏 1
Post #2050 281
HİCAB

Vay yasaqlanmış okullarda bu gün heyrət Hicâb!
Çünki çox qeyrətsizə âğır gəlir qeyrət Hicâb!

Kök salıbdır zâlımın zülmi bəşərdə mâləsəf
Türlü-türlü gördü haqsızlıq, bəlâ, şiddət Hicâb

Biz şüâri-Zeynəbi vird eyliyək hər gûşədə
Həzrəti Haqdan əmanətdir bizə ümmət, Hicâb

Bîhicâb olmaq zəmânı keçdi sən də örtünüb,
Gör nə qədr bəxş edir îmânə süs, zînət Hicâb

Ey deyən mən Həzrəti-Zəhrâyə âşiq bir kəsəm
Onda ver izni sənə versin gözəl sûrət Hicâb

Gəl kor etmə qəlbini, kordan həyâ eylib Xanım
Sən də təslîm ol ki lütf etsin sənə cənnət Hicâb

Rəbbimin izniylə qâlibdir Ümid, dîni-Əlî (ə)
Etməyib heç bir hükümdârə bu gün bey'ət Hicâb

Müəllif: Ümid Münib

https://t.me/meclisiuns
  • ❤ 4
  • 🥰 2
  • 🔥 1
Post #2049 209
Yaxşı ki, şiə hədislərində Şeyx Kuleyni var,
Yaxşı ki, İran var, inqilab edən Xomeyni var,
Hər günün öz Yezidi, hər günün öz Hüseyni var,
Kərbəla yolunu gedir qafilə sakit-sakit...

Aydın Xırdalanlı

Allah rəhmət eləsin

https://t.me/meclisiuns
  • ❤ 13
  • 👍 3
  • 🥰 1
Post #2048 221
Seyyid Əzimin qəbri Şamaxının Şaxəndan qəbristanında yerləşir. Baş daşı üzərində iki bənd şeir var. Biri farsca, biri azəricə.

Azəricə bu misralar yazılıb;

Movtu-cismani ilə sanma mənim ölməyimi,
Seyyidəm, ölmərəm aləmdə səsim var mənim.

Yəni cismimim ölməsi ilə məni ölmüş hesab etmə. Seyyidəm, ölmərəm, aləmə səs salmışam...

Farsca isə bu misralar yazılıb;

‎سیدا مقصد خود خواه ز ایوان نجف
هیچ خواهنده از این در نرود بیمقصود

[Seyyida məqsəde xod xah ze eyvane nəcəf
Hiç xahənde əz in dər nə rəvəd bi məqsud]

Seyyid, diləyini Nəcəf dərgahından dilə.
Heç bir dilək diləyən bu qapıdan əliboş getməz...

Qeyd; Nəcəf dərgahı Həzrəti Əmiril-mu'minin İmam Əlinin (ə.s) dəfn olunduğu yerdir.

https://t.me/meclisiuns
  • ❤ 5
  • 👍 1
  • 🥰 1
Post #2045 186
Qanun belədir, ay yerinə gün gecə gəlməz,
(Ə)gər zuri-Əli olmasa, millət gücə gəlməz.
(Ə)gər cəzbeyi eşq olsa, gətirrəm necə gəlməz?!
(Ə)gər cəzbeyi eşq olmasa, gəlsə, vecə gəlməz..

Mənası;

Qanun budur ki, günəş gecə gəlmədiyi kimi
İmam Əlidən güc almayan millət də gücə gəlməz, yəni qalib olmaz.
Günəşi eşq cazibəsi ilə gecəyə gətirərəm,
Amma əgər eşqin cazibəsi olmasa, günəş gecə də doğsa, faydasızdır...

https://t.me/meclisiuns
  • ❤ 4
  • 👍 1
  • 🥰 1
Post #2044 238
Older posts →

About this channel

How can I read @meclisiuns without a Telegram account?
TGViewer shows the public web preview Telegram publishes for Məclisi-Üns Ədəbi Birliyi: recent posts, photos, videos and the subscriber count, with no app, login or account.
How many subscribers does Məclisi-Üns Ədəbi Birliyi have?
Məclisi-Üns Ədəbi Birliyi (@meclisiuns) has 8.49K subscribers on Telegram, refreshed roughly every 30 minutes.
Does Məclisi-Üns Ədəbi Birliyi know I viewed it here?
No. Public channel previews carry no viewer identity, and TGViewer has no accounts or tracking of what you look up.
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →