Seyyid Əzimin qəbri Şamaxının Şaxəndan qəbristanında yerləşir. Baş daşı üzərində iki bənd şeir var. Biri farsca, biri azəricə.
Azəricə bu misralar yazılıb;
Movtu-cismani ilə sanma mənim ölməyimi,
Seyyidəm, ölmərəm aləmdə səsim var mənim.
Yəni cismimim ölməsi ilə məni ölmüş hesab etmə. Seyyidəm, ölmərəm, aləmə səs salmışam...
Farsca isə bu misralar yazılıb;
سیدا مقصد خود خواه ز ایوان نجف
هیچ خواهنده از این در نرود بیمقصود
[Seyyida məqsəde xod xah ze eyvane nəcəf
Hiç xahənde əz in dər nə rəvəd bi məqsud]
Seyyid, diləyini Nəcəf dərgahından dilə.
Heç bir dilək diləyən bu qapıdan əliboş getməz...
Qeyd; Nəcəf dərgahı Həzrəti Əmiril-mu'minin İmam Əlinin (ə.s) dəfn olunduğu yerdir.
https://t.me/meclisiuns
Post #2048
223

- ❤ 5
- 👍 1
- 🥰 1