TGViewer
Məclisi-Üns Ədəbi Birliyi Məclisi-Üns Ədəbi Birliyi @meclisiuns · 8.49K subscribers
Post #2055 155
Hicaba azadlıq...

Sovetlər dönəmi,həmin zamanlar,
Sapı özümüzdən olan baltalar
Bu batil rejimlə verib əl-ələ,
Canlara saldılar qorxu,vəlvələ.
Bir zaman çadraya əl atdı onlar,
Şanlı dinimizə qarşı durdular.
"Yenilik" adıyla açıb çadranı,
Hədəfə aldılar dini,imanı.
Bizlərə qoyulan o qadağalar,
O qanlı döyüşlər,repressiyalar,
Əsarət içində xalqı tutaraq,
Qoymadı hürr ola aça əl-ayaq...
Nəhayət dağıldı Lenin dövləti,
O Sovet şurası,rus hökuməti.
Yetmiş il sonra xalq gülüb sevindi,
Rahat nəfəs aldı,danışdı dindi.
Baxıb gələcəyə böyük ümidlə,
Mərhəba! Söylədi obaya,elə.
Azadıq,amma ki,ey alicənab,
Başı bəlalıdır nədən bu hicab?
Yenə də qəribdir Zəhra hicabı,
Yenə də çəkirik bu iztirabı.
Gözü yaşlıdılar ana-bacılar,
Yenə də xalq çəkir ağrı-acılar.
Kəsilib hər yerdən,əli-ayağı,
Neyləsin o məsum bir qız uşağı?
Riayət eyləyib qanun,ədəbə,
Hicabla istəyir gəlsin məktəbə.
Bunun cavabını varmıdır verən?
Neyləyib təhsilə hicablı görən?
Bəlkə anlamıram,bəlkə görmürəm?
Bəlkə yuxudayam, heçnə bilmirəm?
Bunları söyləyən bir şair deyil,
Müzəffər xalqımın sözüdür bu,bil.
Danışır sizinlə ana naləsi,
Hicablı, iffətli qadının səsi.
Danışır sizinlə hicablı bir qız,
Bir imdad diləyir,qalıbdı yalqız.
Bir şəhid,bir qazi qızı danışır,
Böylə haqsızlığa heç də barışmır.
Gözünə girməyir bir an da yuxu,
Gözü yaşlı-yaşlı çağırır,ya Hu....🥲

İ.Aqil.
https://t.me/meclisiuns
  • ❤ 4
  • 👍 1
  • 🥰 1
More from @meclisiuns
  1. Oct 17, 2026Adamda birazca kişilik olar... https://t.me/miraga_dadas
  2. Oct 16, 2026Razıyam iffətin üçün tikələnsin bədənim Verərəm canımı qurban ola çadran kəfənim Başının ö…
  3. Oct 15, 2026Bir dəfə demirsən ki, ziyandır şərab olmaz Hər dəfə deyirsən qadağandır hicab olmaz https:…
  4. Oct 14, 2026Güvənmə hökmünə nə də gücünə Səndən də qüdrətlilər gəlib gediblər İlah deyib, şah deyib ki…
  5. Oct 12, 2026https://t.me/meclisiuns
  6. Oct 12, 2026Hicab marşı https://t.me/seyyid_ali_1
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →