📝Hicab haqqında gözəl şeir
Məktəbli qızım, hüsnünə ziynətdi hicabın,
Rəbbin sözünə sözsüz itaətdi hicabın.
Bir adicə parçaydı əzəl dərzi əlində,
İndiysə başında bir əsalətdi hicabın.
Layiqmi geyinmək, gözəlim, özgə dəbiylə?
Öz kimliyinə, ruhuna hörmətdi hicabın.
Gül bayrağımız rəng alıb islam baharından,
Yurdun sevən insanə fəxarətdi hicabın!
Qul zövqü bəzər Kə'bəni örtüklə, əzizim,
Haqqın sənə bəxş etdiyi xəl'ətdi hicabın.
Can pərdələnər cism ilə, dürdanə sədəflə,
Qiymətliliyindən bir əlamətdi hicabın.
Tə'n əhli batan söz desə incinmə, gülüzlüm,
Bilmir o həyasız nə zərafətdi hicabın.
Rəhmət Qızının mə'nəvi mirası sənindir,
Gör kimdən əmanətdi, nə ne'mətdi hicabın?!
Nurunla, qanadsız mələk, addımla sabaha,
Bil, Lütfiyə ilham verən ismətdi hicabın!
📚Müəllif: Həsən Lütfi
Abonə ol 🌐 https://t.me/Qeleminusyani