Bir-birimizlə çatda söhbət edə bilərik: https://t.me/turansohbeti
Əks əlaqə: əməkdaşlıq və digər təkliflərinizə görə bizim botla əlaqə saxlaya bilərsiniz @Turanekspress_bot
Post #55387
33
ABŞ-da gözlədiyimiz günlər gəlir (https://www.facebook.com/asif.shafaggatov.3/posts/4460073424308734).
ABŞ hazırkı enerji böhranının ən böyük qurbanlarından birinə çevrilir. ABŞ İran müharibəsi başlayandan indiyədək benzin qiymətinin ən çox artdığı (49%) ölkələrdən biridir. Ondan yüksək artım (51%) Pakistan, İran, Suriya, Myanma və Norveç kimi yalnız bir neçə ölkədə (xəritəyə baxın) müşahidə olunur (https://www.axios.com/2026/09/19/iran-war-global-pain-fuel-prices).
ABŞ-ın əsas pərakəndə satış şəbəkələri motor yağının alınmasına məhdudiyyətlər tətbiq etməyə başlayıb. Son aylarda ABŞ bazarında onun qiyməti ikiqat artıb, çünki NEZ-lər motor yağının satışını dayandırır və daha sərfəli benzin və dizel istehsalına keçirlər (https://www.jalopnik.com/2256151/costco-rationing-oil-doubling-price-as-supply-dwindles/).
Dizel yanacağı sahəsində vəziyyət daha da pisdir. ABŞ-da dizel qiyməti onun 250 illik tarixinin rekord səviyyəsinə çatıb. Yaxın Şərq neftinin kəsildiyi bir vaxtda Kanadanın dizel çıxımı çox olan ağır neftinin ABŞ-a ixracını azaltması vəziyyəti daha da gərginləşdirib.
Dizelin bahalaşması ABŞ-da yüklərin ən populyar daşımaları olan avtomobil daşımalarını kəskin bahalaşdırıb. Buna görə də yüklər kütləvi şəkildə avtonəqliyyatdan d/y nəqliyyatına keçirilir. Lakin burada da başqa bir problem ortaya çıxır: Amerikada dəmir yolu nəqliyyatı çətin vəziyyətdədir – onillərdir bu sahəyə investisiya qoyulmur. Onun avtonəqliyyatı tamamilə əvəz etməsi mümkün deyil (https://www.reuters.com/business/energy/union-pacific-says-high-diesel-prices-shifting-freight-trucks-rail-2026-09-16/).
Eyni zamanda aviaşirkətlər kerosin qiymətlərinin 20 illik maksimuma çatması səbəbindən daha az gəlirli marşrutları ləğv edirlər. Belə getsə, daha bir neçə aviaşirkət müflis olacaq.
Bu arada isə ABŞ-ın strateji neft ehtiyatları, demək olar ki, tükənib. Yarıboş anbarlardan neftin çıxarılmasında artıq problemlər yaranır. Strateji neft ehtiyatı 280 milyon barrelə düşüb və daha aşağı səviyyəyə enmək çətinləşir (https://www.facebook.com/asif.shafaggatov.3/posts/4482178255431584).
3-4 gün sonra Trampı Çin lideri ilə çətin danışıqlar gözləyir. Çin neft idxalını 30% azaltmaqla neft bazarlarını sabitləşdirməyə müvəffəq oldu (https://abcnews.com/amp/US/wireStory/oil-prices-high-worse-trump-chinas-xi-136580397). Lakin çinlilər istənilən vaxt neft idxalını yenidən artıra bilərlər. Bu görüşə tərəflərin hansı "silahlarla" gəldiyi barədə ayrıca yazacam deyə hələlik bununla kifayətlənirəm.
Bir sözlə, Tramp və komandası Konqresə aralıq seçkilər ərəfəsində husilərin, İranın və Çinin hərəkətlərindən tamamilə asılı vəziyyətdədir. Faktiki olaraq Tramp kəndiri boğazına keçirib və verib onların əlinə. 🙂
#AsifŞəfəqqətov
#AvrasiyaHərəkatı
@Turan_ekspressi
Facebook Asif Şəfəqqətov Dizel yanacağı ilə bağlı vəziyyət
Fars körfəzi ölkələrinin neftlərinin çox hissəsi çoxkükürdlü “turş neft”dən (kükürdün 0,5%-dən çox olduğu, eləcə də hidrogen sulfid və karbon qazı olan xam neft) –... ABŞ hazırkı enerji böhranının ən böyük qurbanlarından birinə çevrilir. ABŞ İran müharibəsi başlayandan indiyədək benzin qiymətinin ən çox artdığı (49%) ölkələrdən biridir. Ondan yüksək artım (51%) Pakistan, İran, Suriya, Myanma və Norveç kimi yalnız bir neçə ölkədə (xəritəyə baxın) müşahidə olunur (https://www.axios.com/2026/09/19/iran-war-global-pain-fuel-prices).