Yalnız 19 sentyabr günü ərzində Avropada gözlənilən müharibə və böhran təbliğatı barədə:
🇬🇧 Britaniyada əhalini cəmiyyətin psixoloji cəhətdən yenidən qurulmasına və potensial münaqişəyə hazır olmağa çağırdılar.
🇫🇷 Fransanın prezidenti Emanuel Makron fransızları böhran qarşısında birləşməyə çağırdı.
🇵🇱 Polşanın baş naziri Donald Tusk qarşıda gözlənilən çətin həftələr və aylar barədə xəbərdarlıq etdi.
🇫🇮 Finlandiyanın prezidenti Aleksandr Stabb Rusiya dronlarının artan aktivliyinə istinad edərək, əhalinin psixoloji cəhətdən ciddi bir şeyə hazırlaşmalı olduğunu bildirdi.
🇳🇱 Niderlandın baş naziri Rob Yetten mediaya açıqlamasında bildirdi ki, Niderlanda qarşı Rusiyanın hibrid hücumları artıb.
🇩🇪 Berlin hakimiyyəti yerli seçkilər günündə Rusiyanın mümkün müdaxiləsinə hazırlaşır.
🇩🇪 Almaniya Bundesveri, dövlət aparatını və iqtisadiyyatını potensial genişmiqyaslı münaqişəyə hazır edir.
🇨🇭 İsveçrə hökuməti təhlükəsizlik vəziyyətinin pisləşməsilə əlaqədar üç məqsəd müəyyən edib: dayanıqlılığı gücləndirmək, mühafizəni təkmilləşdirmək və müdafiə imkanlarını artırmaq.
🇨🇿 Çexiyanın baş naziri Andrey Babiş Rusiyanın Çexiya Respublikasına qarşı hibrid müharibə apardığını və Çexiya kəşfiyyat orqanlarının Rusiya kəşfiyyat xidmətlərinin artan fəaliyyətindən xəbər verdiyini bildirdi.
🇱🇹 Litva hökumətin sərəncamına əsasən mülki əhalisinin kütləvi şəkildə təxliyəsi üzrə planlar hazırlayır. Bəzi nəşrlər hətta yazmışdı ki, kütləvi təxliyə labüddür.
Bunlar hələ yalnız 1 gün ərzində rast gəldiyim xəbərlərdir. Təbliğat isə illərlə fasiləsiz rejimdə aparılır. Məqsədli şəkildə "Ruslar gəlir!!!" xofu yaradılır.
Bircə şeyi başa düşmürəm:
Axı 5 ildir elə bu Avropa Rusiyanın çökdüyündən, məhv olduğundan danışır – bəs bu çökmüş Rusiya Avropaya necə hücum edəcək və məhv olmuş Rusiyadan Avropa niyə qorxur?!
#AvrasiyaHərəkatı
@Turan_ekspressi
Post #55383
35
Turan Ekspress Photo
- 👍 1