❗️Tehranda keçirilən“Can-fəda” hərbi təlimində medianın diqqətini çəkən görüntülərdən biri də bu idi. Burda Rusiya istehsalı ORSIS T-5000 tüfəngləri ilə təchiz edilmiş hərbçilər görünür. Bu tüfənglərdən çox sayda ölkəyə gətirilərək SEPAHın bölmələrinə verilib. Bu silah Rusiyanın istehsal etdiyi ən yeni məhsullardan biridir; 2011-ci ildən etibarən Rusiya ordusunun silahlanmasına daxil edilib. İran qüvvələri də Suriya vətəndaş müharibəsi zamanı bu tüfənglə tanış olub.
Ruslar bu tüfənglərdən müəyyən sayda müttəfiq bölmələrə, o cümlədən Fatimiyyun və Sabirin qüvvələrinə təhvil veriblər və onunla tanışlıq da bundan sonra başlayıb. Keyfiyyətinin yaxşı olması nəzərə alınaraq, görünür, bir neçə partiyası sifariş edilib. Yaxşı avadanlıqdan istifadə etmək hər bir silahlı qüvvənin üstün cəhətlərindən biridir. Bununla yanaşı, digər fərdi təchizat vasitələri də əldə edilməlidir. Hərçənd bəzən insan elə şeylər görür ki, anlayır: tüfəngdən daha vacib olan iradə və cəsarətdir...
#AvrasiyaHərəkatı
@Turan_ekspressi
Post #55373
39

- ❤ 1