TGViewer
Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının Baş Prokurorluğu @prokurorluq · 2.78K subscribers
Post #17130 284
Şuşa rayonunda mina partlayışı baş verib
​
Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verir ki, işğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində 2026-cı il 28 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib.

1979-cu il təvəllüdlü Bakı şəhər sakini Bayramov Bəxtiyar Mirzə oğlunun keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə idarə etdiyi avtomobil tank əleyhinə minaya düşüb. Hadisə zamanı Bayramov Bəxtiyar müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluq, DİN və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!
  • ❤ 1
More from @prokurorluq
  1. Oct 13, 2026photo post
  2. Oct 13, 2026Hakim vəzifələrinə təyin olunmuş prokurorluq əməkdaşları ilə görüş keçirilib Hakimlik vəzi…
  3. Oct 12, 2026photo post
  4. Oct 12, 2026Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib Cari ilin 8-9 oktyabr…
  5. Oct 12, 2026Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanı mərhə…
  6. Oct 12, 2026Hərbi xidmətə çağırış sahəsində qanun pozuntularına qarşı tədbirlərə dair Baş Prokurorluqd…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →