TGViewer
Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının Baş Prokurorluğu @prokurorluq · 2.78K subscribers
Post #17291 255
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanı mərhələsində müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

Baş Prokurorluq tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birgə 09 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq elan edilmiş sayca 28-ci müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilmiş və imtahanın nəticələri Baş Prokurorluğun (www.genprosecutor.gov.az) rəsmi internet səhifəsində yerləşdirilmişdir.

Həmin test imtahanında müvəffəqiyyət qazanmış 137 namizəd 20 oktyabr 2026-cı il tarixədə Baş Prokurorluğun https://hr.genprosecutor.gov.az/ internet səhifəsi vasitəsilə özünün şəxsi kabinetinə daxil olub aşağıda qeyd olunan sənədlərin əslini “PDF” faylı formasında skan edilmiş vəziyyətdə həmin sənədlərin adlarına uyğun müvafiq bölmələrə yükləməlidirlər.

- əmək kitabçasının qeydlər aparılmış səhifələrinin notariat qaydasında və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti (hazırda işləyən və ya əvvəllər işləmiş namizədlər);

- yaşadığı ünvan üzrə poliklinikadan sağlamlıq barədə (Forma № 086), ruhi-əsəb və narkoloji dispanserlərdə qeydiyyatda olub-olmaması barədə arayışlar;

- yaşadığı ünvan və ailə tərkibi haqqında arayış;

- yaşadığı ünvan üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi (yaxud da möhlət hüququ verilməsi və ya çağırışdan azad olunması) barədə arayış (oğlanlar);

- hərbi biletin qeydlər aparılmış səhifələrinin notariat qaydasında təsdiq edilmiş surəti (oğlanlar);

Əlavə suallarla bağlı 437-28-56, 361-00-76, 361-00-77, 361-00-78, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
  • 👍 1
More from @prokurorluq
  1. Oct 12, 2026photo post
  2. Oct 12, 2026Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib Cari ilin 8-9 oktyabr…
  3. Oct 12, 2026Hərbi xidmətə çağırış sahəsində qanun pozuntularına qarşı tədbirlərə dair Baş Prokurorluqd…
  4. Oct 10, 2026Baş Prokurorluğun Mətbuat xidməti 03.10.2026-cı il tarixdən 10.10.2026-cı il tarixədək ola…
  5. Oct 9, 2026Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanı keçir…
  6. Oct 9, 2026Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanı keçir…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →