Prokurorluq orqanlarında rəqəmsal inkişafın sürətləndirilməsinə həsr edilmiş tədbir keçirilib
“Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı prokurorluq orqanlarında vəzifəli şəxslərin rəqəmsal inkişaf sahəsində səriştələrinin, bilik və bacarıqlarının artırılması məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun müvafiq Sərəncamına əsasən cari ilin oktyabrın 2-də Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilib.
“Rəqəmsal inkişaf və müasir çağırışlar: süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizlik” mövzusu üzrə təlimdə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi Talıb Cəfərovun açılış nitqində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin siyasi kursuna uyğun olaraq prioritet istiqamət kimi ölkəmizdə rəqəmsal inkişafın müəyyən edildiyi, artıq bu sahədə bir çox işlərin görüldüyü və layihələrin icra edildiyi vurğulanıb, dövlət qurumlarının fəaliyyətinin rəqəmsal inkişaf tempinə uyğunlaşdırılmasının vacibliyi, Baş prokuror cənab Kamran Əliyevin göstərişi və dəstəyi ilə prokurorluq orqanlarında tətbiq edilən informasiya və kommunikasiya texnologiyalarının daim təkmilləşdirildiyi, müasir avadanlıq və proqramlarla təchiz edildiyi qeyd olunub.
Dinləyici dairəsi tabe rayon (şəhər) və ərazi hərbi prokurorlardan ibarət olan bu tədbir çərçivəsində Baş Prokurorluğun struktur qurumlarının rəhbər işçiləri Aydın Verdiyev, Akif Məmmədyarov və Qədir Məmmədov “Kibercinayətlərin aşkarlanması və araşdırılmasında süni intellektdən istifadənin üstünlükləri: rəqəmsal sübutların hüquqi qiymətləndirilməsi”, “Açıq internet məkanında və sosial şəbəkələrdə mövcud risklər: informasiya təhlükəsizliyi və hüquqi məsuliyyət məsələləri”, eləcə də digər aktual mövzular üzrə çıxış ediblər.
Təlimin sonunda maraq doğuran suallar müzakirə edilərək dinləyiciləri arasında təcrübə mübadiləsi aparılıb.
Bakı Dövlət Universitetində Prokurorluq İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib
1 oktyabr 2026-cı il tarixində Bakı Dövlət Universitetində Azərbaycan Respublikası prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü və Prokurorluq İşçilərinin Peşə Bayramı Günü münasibətilə 250-yə yaxın tələbənin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə Azərbaycan prokurorluğunun yaranması və inkişaf yolu, hüquq sistemində yeri və əsas fəaliyyət istiqamətləri, prokuror nəzarəti və prosessual rəhbərlik, eləcə də ibtidai istintaqın xüsusiyyətləri barədə çıxışlar edilib.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli “Azərbaycan prokurorluğunun hüquq sistemində yeri və əsas fəaliyyət istiqamətləri”, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Qədir Məmmədov “Prokuror nəzarəti və prosessual rəhbərlik”, Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Xaqani Süleymanlı isə “Azərbaycan Prokurorluğunda ibtidai istintaq” mövzularında çıxış ediblər.
Tədbir zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb, prokurorluq orqanlarının fəaliyyəti və prokuror peşəsinin xüsusiyyətləri ətrafında fikir mübadiləsi aparılıb.
How can I read @prokurorluq without a Telegram account?
TGViewer shows the public web preview Telegram publishes for Azərbaycan Respublikasının Baş Prokurorluğu: recent posts, photos, videos and the subscriber count, with no app, login or account.
How many subscribers does Azərbaycan Respublikasının Baş Prokurorluğu have?
Azərbaycan Respublikasının Baş Prokurorluğu (@prokurorluq) has 2.79K subscribers on Telegram, refreshed roughly every 30 minutes.
Does Azərbaycan Respublikasının Baş Prokurorluğu know I viewed it here?
No. Public channel previews carry no viewer identity, and TGViewer has no accounts or tracking of what you look up.