TGViewer
Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının Baş Prokurorluğu @prokurorluq · 2.79K subscribers
Post #17221 192
Bakı Dövlət Universitetində Prokurorluq İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib

1 oktyabr 2026-cı il tarixində Bakı Dövlət Universitetində Azərbaycan Respublikası prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü və Prokurorluq İşçilərinin Peşə Bayramı Günü münasibətilə 250-yə yaxın tələbənin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan prokurorluğunun yaranması və inkişaf yolu, hüquq sistemində yeri və əsas fəaliyyət istiqamətləri, prokuror nəzarəti və prosessual rəhbərlik, eləcə də ibtidai istintaqın xüsusiyyətləri barədə çıxışlar edilib.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli “Azərbaycan prokurorluğunun hüquq sistemində yeri və əsas fəaliyyət istiqamətləri”, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti Qədir Məmmədov “Prokuror nəzarəti və prosessual rəhbərlik”, Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Xaqani Süleymanlı isə “Azərbaycan Prokurorluğunda ibtidai istintaq” mövzularında çıxış ediblər.

Tədbir zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb, prokurorluq orqanlarının fəaliyyəti və prokuror peşəsinin xüsusiyyətləri ətrafında fikir mübadiləsi aparılıb.
More from @prokurorluq
  1. Oct 5, 20265 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edirik!
  2. Oct 4, 2026#4Oktyabr #CəbrayılŞəhəriGünü🇦🇿
  3. Oct 3, 2026Baş Prokurorluğun Mətbuat xidməti 26.09.2026-cı il tarixdən 03.10.2026-cı il tarixədək ola…
  4. Oct 2, 2026photo post
  5. Oct 2, 2026Prokurorluq orqanlarında rəqəmsal inkişafın sürətləndirilməsinə həsr edilmiş tədbir keçiri…
  6. Oct 2, 2026photo post
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →