TGViewer
Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının Baş Prokurorluğu @prokurorluq · 2.78K subscribers
Post #17299 220
Hakim vəzifələrinə təyin olunmuş prokurorluq əməkdaşları ilə görüş keçirilib

Hakimlik vəzifələrinə seçilmələri ilə əlaqədar keçirilmiş müsabiqədə uğur qazanan 2 nəfər prokurorluq işçisi Azərbaycan Respublikasının Prezidentinin 10 oktyabr 2026-cı il tarixli sərəncamı ilə birinci instansiya məhkəmələrinin hakimləri təyin olunublar.

Sərəncama əsasən Bakı şəhəri Xəzər rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas İslamzadə Vüqar Səyyar oğlu Tovuz Rayon Məhkəməsinin hakimi və Qax rayon prokurorunun köməkçisi I dərəcəli hüquqşünas Əhmədli Səxavət Böyükağa oğlu Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi vəzifələrinə təyin ediliblər.

Bu münasibətlə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun rəhbərliyi ilə 12 oktyabr 2026-cı il tarixdə Baş Prokurorluğun inzibati binasında tədbir keçirilib.

Tədbir zamanı Elçin Məmmədov yeni təyin edilmiş hakimləri təbrik edib prokurorluq orqanlarında göstərdikləri səmərəli fəaliyyəti, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə və insan hüquqlarının müdafiəsi sahəsindəki xidmətlərini yüksək qiymətləndirib. O, Baş prokuror Kamran Əliyev tərəfindən imzalanmış Prokurorluğun Fəxri Fərmanlarını təqdim edərək onlara yeni vəzifələrində uğurlar arzulayıb.

Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb səmimi söhbətlər etmiş və sonda xatirə şəkli çəkdirilib.
  • ❤ 2
More from @prokurorluq
  1. Oct 13, 2026photo post
  2. Oct 12, 2026photo post
  3. Oct 12, 2026Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib Cari ilin 8-9 oktyabr…
  4. Oct 12, 2026Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanı mərhə…
  5. Oct 12, 2026Hərbi xidmətə çağırış sahəsində qanun pozuntularına qarşı tədbirlərə dair Baş Prokurorluqd…
  6. Oct 10, 2026Baş Prokurorluğun Mətbuat xidməti 03.10.2026-cı il tarixdən 10.10.2026-cı il tarixədək ola…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →