📌Ali Rəhbər: Sosial həmrəyliyə zərər vuran hər hansı addımın atılmasının qəti şəkildə qadağan olduğunu elan edirəm🔹İslam İnqilabının Ali Rəhbəri hökumət həftəsi münasibətilə yayımladığı mesajında hökumətin, xüsusilə də səmimi və xalqın qayğısına qalan prezidentin, bütün məhdudiyyətlərə, ABŞ–İsrail düşmənlərinin müxtəlif fitnələrinə, sanksiyaların və mühasirələrin gücləndirilməsinə baxmayaraq həyata keçirdiyi layiqli tədbirləri təqdir edib.
O,
“İranın güc və qüdrətinin izah edilməsinin və ön plana çəkilməsinin”, həmçinin
“ümidsizlik yaradan, milli və ictimai motivasiyanı zəiflədən” çıxışlardan və
“xəyali ikiləşdirmələrdən” çəkinməyin vacibliyini vurğulayıb.
Ali Rəhbər bildirib:
“Qəti şəkildə elan edirəm: sosial həmrəyliyə zərər vuran hər hansı bir işin görülməsi qadağandır.”🔰
Ali Rəhbər: Bəzən düşmənin mənəvi ruh yüksəkliyinə ehtiyacı olduğu bir vaxtda öz zəifliklərimizi səmimi şəkildə ifadə etmək ona böyük kömək göstərmək deməkdir🔸Hər il şəhrivər ayının ilk həftəsi İran İslam Respublikası hökumətinin fəaliyyət və xidmətlərinin təqdim edilməsinə həsr olunur. Bu il Hökumət Həftəsi İslam dünyasında mübarək Rəbiül-əvvəl ayında dünyaya gəlmiş iki əziz şəxsiyyətin mövludu ilə eyni vaxta təsadüf edir.
🔹Mən bu fürsətdən istifadə edərək bütün dövlət qurumlarının fəal əməkdaşlarını və rəhbərlərini, xüsusilə də XIV hökumətin səmimi və xalqın qayğısına qalan prezidentini təbrik edir, onlara təşəkkürümü bildirirəm. Xüsusilə də ABŞ–İsrail düşmənlərinin müxtəlif məhdudiyyət və fitnələrinə, sanksiyaların və mühasirələrin gücləndirilməsinə baxmayaraq,
üçüncü məcburi müharibə dövründə və ondan sonra əhalinin ehtiyac duyduğu malların və müxtəlif xidmətlərin təmin edilməsi, mühüm zərər görmüş sahələrin bərpası və enerji məsələlərinin idarə olunması istiqamətində həyata keçirilən layiqli tədbirləri qeyd etmək lazımdır.
Həmçinin şəhid prezidentlər
Məhəmməd Əli Rəcai və İbrahim Rəisi, şəhid baş nazir
Məhəmməd Cavad Bahünər, eləcə də müxtəlif dövrlərdə hökumətlərdə xidmət etmiş şəhid əməkdaş, rəhbər və nazirlərin xatirəsini yad etmək, onların hər biri üçün Allah dərgahından uca məqam və ilahi mərhəmət diləmək yerinə düşər.
🔸Xalqa və İslam Respublikasının məqsədlərinə xidmət etmək imkanı qorunmalı olan qiymətli nemətdir. Hazırkı dövrdə “daha güclü İran” məqsədinə çatmağın mürəkkəb və həssas şərtlərlə üzləşdiyi bir vaxtda, gecə-gündüz səylə çalışmaq və daim yeni təşəbbüslər göstərməklə yanaşı,
İranın və onun əziz xalqının güc və qüdrətini izah etmək, onu ön plana çıxarmaq bu məqsədə nail olmaq üçün zəruri məsələlərdən biridir.
Zəiflik, çatışmazlıq və problemlərin xüsusi şəkildə təbliğinə ehtiyac yoxdur; bunun əvəzinə həmin problemlərin aradan qaldırılması və həlli üçün plan hazırlamaq və əməli addımlar atmaq lazımdır.
Bəzən düşmənin mənəvi ruh yüksəkliyinə ehtiyacı olduğu bir vaxtda
öz zəifliklərimizi səmimi şəkildə ifadə etmək ona böyük kömək göstərə bilər. Hətta bu, dostların və tərəfdarların narahat olmasına, çaşqınlıq və tərəddüdə düşməsinə səbəb ola bilər.
Əlbəttə, bu cür səmimi fikirləri dinləyənlər yalnız xalqımız və bizim xeyrimizi istəyən insanlar olduqda problem daha az olur. Lakin güc, qüdrət və müsbət məqamlar Qurani-Kərimin
“Rəbbinin nemətini isə danış” (“Və əmmə biniməti Rabbikə fə həddis”) buyuruşuna əsasən,
izah edilməli və ön plana çəkilməlidir.
https://t.me/muctebaxamenei