📌Müəzzəm Rəhbər mövlud bayramı münasibəti ilə mesaj ünvanladı
İnqilab Rəhbəri vəhdət həftəsi münasibətilə vurğulayıblar ki: Hər hansı bir şəxsdən və ya mövqedən edilən təfriqə mahiyyətli hərəkət, düşmənin məqsədlərinə xidmət edir
İslam İnqilabının Ali Rəhbəri buyurublar ki: Hər hansı bir şəxsdən və ya mövqedən edilən təfriqə mahiyyətli hərəkət, düşmənin məqsədləri istiqamətindədir.
Həzrət Ayətullah Seyid Müctəba Hüseyni-Xamenei, vəhdət həftəsi münasibətilə verdikləri mesajda, İslam Peyğəmbəri, Həzrət Məhəmməd Mustafa(s.ə.s)-in və Həzrət İmam Cəfəri-Sadiq(ə)-ın səadətli mövludlarının ildönümü gününü təbrik və belə qeyd ediblər: İdeoloji və dini fərqlər, İslam düşməninin məqsədlərinin mühüm cəhətlərindən hesab olunsa və düşmən ondan istifadəyə çox bel bağlasa da, onunla kifayətlənməyəcək və irqi, mədəni, ictimai, iqtisadi, siyasi və coğrafi fərqləri İranda və digər islami ölkələrdə müsəlmanlar arasında ixtilaf törətmək üzrə bəhanələrə çevirməyə çalışacaq.
Həzrət Ayətullah Seyid Müctəba Xamenei, İslam düşmənləri və bədxahlarının planlarını, İslam Ümmətini zəiflətmək və ona yiyələnmək üçün ixtilafları qabartmaq adlandırıblar.
Cinayətkar Amerikanın simasından aldadıcı fərqlərin düşməsinə işarə edən o həzrət, İslam Ümmətinin birliyini, həmçinin, müxtəlif maddi və mənəvi məsələlərdə sinergiyanı və küfr qarşısında bir-birini müdafiəni zəruri sayıb və islami ölkələrin hökmranlarına xitabən vurğulayıblar ki: Amerikanın cinayətkar hökmranları və saxta sionist rejim,, Şimali Afrika və Qərbi Asiya xalqları da daxil olmaqla, İslam Ümmətinin və islami birliyin and içmiş düşmənləridirlər. Buna görə, öz gerçək düşmənlərinizi tanıyın və onların planları ilə mübarizə aparın.
İnqilab Rəhbəri həmçinin İslam məktəbinin birlikyaradan dərslərinin əziz İranda qəbulediləsi şəkildə həyata keçməsinə işarə ediblər.
O həzrət yenidən xalq təbəqələrinə tövsiyə ediblər ki, öz aralarında hər hansı bir ixtilafın baş verməsinə əsla icazə verməsinlər.
https://t.me/muctebaxamenei
Post #55
205

- ❤ 4
- 👍 1
- 🙏 1
- 💔 1