TGViewer
İMAM SEYYİD MÜCTƏBA XAMENEİ İMAM SEYYİD MÜCTƏBA XAMENEİ @muctebaxamenei · 135 subscribers
Post #61 599
📌İmam Seyyid Müctəba Xamenei ali məqamlı fəqih və şiə məzhəbinin ən qabaqcıl tədqiqatçılarından olan Həzrət Ayətullah əl-Üzma Şübeyrinin (Allah ona rəhmət etsin) vəfatı münasibətilə başsağlığı verib.

Həzrət Ayətullah Seyid Müctəba Xameneinin müraciətinin mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə

Böyük ustad, ali məqamlı fəqih Həzrət Ayətullah əl-Üzma Şübeyrinin (Allah ona rəhmət etsin) vəfatı ilə bağlı kədərli xəbər gəlib çatdı. Bu hörmətli alim ömrünün ilk bir neçə uşaqlıq ili istisna olmaqla, bütün şərəfli ömrünü elm öyrənmək, öyrətmək və tədqiqat aparmaq yolunda keçirib və yaşıdları, eyni dövrün alimləri və ustadları tərəfindən daim tədqiqatçı və dərin düşüncəli bir şəxs kimi qəbul olunub. Onun şəri hökmlərin istinbatı ilə bağlı müxtəlif elmlərə yiyələnməsi incə məqamları və təfərrüatları nəzərə almaqla müşayiət olunurdu. Həmin böyük alimin dərs məclisləri, hətta iştirakçıların sayı bir neçə nəfəri keçmədiyi zaman belə, araşdırma və elmi nöqtələri dəqiqləşdirmə məclisləri kimi tanınırdı və həqiqətən də, belə idi.

Allaha şükürlər olsun ki, son otuz ildən bir qədər artıq müddət ərzində çoxlu sayda insan onun qiymətli vücudundan öz bacarığı və imkanları ölçüsündə bəhrələnmək və öz elmi məclisləri və tədrisləri üçün ondan azuqə götürmək imkanı əldə etdi. Onun hüzuru elm öyrətmək və öyrənmək məclisi idi, hətta dərsdən sonra piyada addımlayaraq şərafətli evinə doğru getdiyi zaman belə. Onun hamılıqla qəbul edilmiş elmi məqamından əlavə, tələbələr və alimlərlə təvazökar və ata qayğısı ilə davranışı da göz qabağında olan və örnək götürüləsi bir xüsusiyyət idi.

Şübhəsiz ki, bu görkəmli şəxsiyyətin vəfatı müasir dövrdə şiə məzhəbinin ən qabaqcıl tədqiqatçıları sırasına elə bir boşluq yaradıb ki, bəlkə də onun doldurulması uzun illər çəkəcək. Mən bu müsibət münasibətilə Mövlamız Həzrət Zəmanın Sahibinə (Allah şərafətli zühurunu tezləşdirsin), elmi hövzələrə, xüsusilə onun tələbələrinə və ardıcıllarına, ən başlıcası isə alim və fəzilətli şəxsiyyətlər yetişdirən möhtərəm ailəsinə başsağlığı verir və Uca Allahın dərgahından həmin böyük şəxs üçün yüksək məqamlar diləyirəm.

Seyid Müctəba Hüseyni Xamenei

22.09.2026

https://t.me/muctebaxamenei
  • 💔 1
More from @muctebaxamenei
  1. Sep 28, 2026إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ ثُمَّ لَمْ يَرْتَابُوا وَج…
  2. Sep 28, 2026📌İmam Seyyid Müctəba Xamenei: Tezliklə Ərəb dənizi də amerikalılardan boşalacaq. O günlər…
  3. Sep 28, 2026📌İmam Müctəba Xamenei: Şam tarixində peyğəmbərlər və onların canişinlərindən sonra Seyyid…
  4. Sep 22, 2026Əziz izləyicilərimiz! Sizin üçün müxtəlif kateqoriyalarda ən maraqlı, möhtəşəm👍 və keyfiy…
  5. Sep 17, 2026📌SALAM❗️... https://youtu.be/Fe7OSJB3lsg?is=mS7z6aQuZJJyDNOR
  6. Sep 14, 2026Milləəəəəət 😍😍☺️bu axşama çooox gözəl kanal tapmışam.Kanaldakı Videolar və paylaşımlar k…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →