TGViewer
Channel Public Channel
44th Ranger Regiment

44th Ranger Regiment

@gssr44

Vətəninə,millətinə sadiq və bağlı olan gənclər alayı. Militarizm məzmunu olan kanal və ya informasiya platforması.
Subscribers
2.51K
Photos
2.9K
Videos
1.5K
Links
111
Recent Posts 20 shown
Post #7672 397
Səudiyyə Ərəbistanı Türkiyədən hərbi dəstək istəyib

Yəməndə husilərin hücumlarının intensivləşməsi fonunda Səudiyyə Ərəbistanı imkanlarını gücləndirmək üçün müttəfiqlərindən yardım istəyir.

Riyadın Türkiyəyə müraciəti isə avqustda imzalanmış “Məkkə Birgə Müdafiə Sazişi” ilə əlaqələndirilir. Rəsmi Ankara texniki və hərbi dəstək göstərməyə hazır olduğunu açıqlayıb.

Həmçinin Türkiyə SQ Baş Qərargah rəisi Ordu Generalı Selçuk Bayraktaroğlu Səudiyyəyə səfər edəcək.

Bu proses Yəmən münaqişəsinin artıq daha geniş regional təhlükəsizlik böhranına çevrildiyini göstərir.

Başlayır…

🌐@GSSR44
  • 👀 8
  • ❤ 6
  • 🤬 3
  • 😁 2
Post #7671 1.32K
ABŞ məxsus transmilli aerokosmik, müdafiə, silah və qabaqcıl texnologiya şirkəti “Lockheed Martin”:

“Gələn hipersonik dövr, sadəcə daha sürətli deyil. Bu, davamlı və manevrli uçuşdur.

Biz bu imkanı yaratmaq üçün texnologiyanı inkişaf etdiririk.”

🌐@GSSR44
  • 👍 8
  • ❤ 1
Post #7670 418

Forwarded from Ormilitarism

Səudiyyə Ərəbistanı Məkkəyə doğru uçan bir dronun qarşısının alındığını açıqladıqdan sonra Kral Salman husiləri “terrorçu milis” adlandıraraq sərt şəkildə pisləyib.

Kral Salman bu hücumu İslamın ən müqəddəs məkanlarına qarşı “iyrənc cinayət” adlandırıb.

Husilər isə Məkkəni hədəfə aldıqları barədə iddianı rədd edirlər.
  • 🔥 3
Post #7669 2.29K
Polşa Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya Silahlı Qüvvələrinə məxsus “Mi-8”helikopteri Polşa hava məkanına daxil olub və Polşa radar qurğuları tərəfindən izlənilib.

Helikopter Rusiyanın Kalininqrad istiqamətindən gəlib və Polşa SQ açıqlamasına görə, bu hadisə Rusiya tərəfindən Polşanın hazırlıq səviyyəsini yoxlamaq üçün edilən bir sıra tədbirlərdən biridir.

🌐@GSSR44
  • 🔥 5
  • 🤬 3
Post #7668 633
Azərbaycanlı və erməni ekspertlərin İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.

“Sülh körpüsü” təşəbbüsü çərçivəsində keçirilməsi planlaşdırılan görüş Azərbaycan tərəfinin istəyi ilə təxirə salınıb.

Bildirilib ki, Azərbaycan hazırkı mərhələdə görüşün keçirilməsini məqsədəuyğun hesab etmir.

🌐@GSSR44
  • 🤔 6
  • 👍 3
Post #7667 787
Dəyişən beynəlxalq təhlükəsizlik mühiti Azərbaycanı birbaşa müharibə tərəfinə çevirməsə də, ölkənin yerləşdiyi geosiyasi məkan yeni risklər yaradır.

Yaxın Şərqdə İran–İsrail qarşıdurmasının genişlənməsi və Rusiya–Ukrayna müharibəsinin uzanması Azərbaycanın ətrafında təhlükəsizlik mühitini mürəkkəbləşdirir.

Azərbaycanın qarşısındakı əsas məsələ yalnız hərbi təhlükəsizliyi deyil, enerji, logistika, kiber məkan və kritik infrastrukturu vahid milli təhlükəsizlik sistemi kimi qorumaqdır.

Azərbaycan Respublikası demək olar ki, bütün istiqamətlərdə fəaliyyətini artırmağa, yeni qlobal reallıqda aktiv fəal addımlar atmaqdadır.

Son olaraq yeni eskalasiyalara və gərginliklərə “səssiz” və daim hazırlıqlı olmalı, boşluqlar yaranan kimi geri addım atmamalı…

Hörmətlə: 🌐@GSSR44
  • ❤ 10
  • 👍 4
Post #7666 647
44th Ranger Regiment Yeni reallığın ən mühüm xüsusiyyəti müharibələrin yalnız cəbhə xəttində aparılmamasıdır. Enerji marşrutları, dəniz kommunikasiyaları, pilotsuz uçuş aparatları, kritik infrastruktur, iqtisadi sanksiyalar, kiberməkan və informasiya mühiti artıq klassik hərbi…
Avropa istiqamətində isə vəziyyət tamam başqa xarakter alır:

Rusiya–Ukrayna müharibəsi artıq yalnız Ukrayna ərazisində gedən müharibə deyil. Son aylarda dronların NATO hava məkanına daxil olması, Baltik dənizində insidentlər, sabotaj və digər hibrid fəaliyyətlər Avropanın təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərir.

NATO son həftələrdə Rusiyanın hava məkanı pozuntuları, dron insidentləri və hibrid fəaliyyətlərinin müttəfiqlərin iradəsini sınağa çəkdiyini açıq şəkildə bildirib.

Burada əsas məsələ Rusiya ilə NATO arasında birbaşa müharibənin başlaması deyil. Əsas məsələ “boz zona”nın genişlənməsidir.

Sabotaj, kiberhücumlar, pilotsuz aparatların hava məkanına daxil olması, kritik infrastruktura təhdidlər, dəniz insidentləri və informasiya əməliyyatları klassik müharibə həddini keçmədən qarşı tərəfə strateji təzyiq göstərməyə imkan verir. Avropa ölkələrinin son həftələrdə bu məsələyə daha ciddi yanaşması da məhz bununla bağlıdır…

Baltikyanı ölkələr üçün problem daha həssasdır. Estoniya, Latviya və Litva coğrafi baxımdan Rusiya və Belarusla birbaşa təmas xəttində yerləşir və Ukrayna müharibəsinin mümkün regional nəticələrini ən ciddi şəkildə hiss edən NATO üzvlərindəndir.

Beləliklə, dünyanın müxtəlif regionlarında baş verən hadisələr bir-birindən tam ayrı deyil və bunların hamısı eyni prosesin müxtəlif təzahürləridir.

Əsas təhlükə yalnız yeni müharibələrin meydana çıxması deyil. Daha ciddi məsələ mövcud münaqişələrin bir-biri ilə əlaqələnərək enerji, iqtisadiyyat, logistika və təhlükəsizlik sistemlərinə zəncirvari təsir göstərməsidir…

Hörmətlə: 🌐@GSSR44
  • 👍 7
  • ❤ 2
Post #7665 669
Yeni reallığın ən mühüm xüsusiyyəti müharibələrin yalnız cəbhə xəttində aparılmamasıdır. Enerji marşrutları, dəniz kommunikasiyaları, pilotsuz uçuş aparatları, kritik infrastruktur, iqtisadi sanksiyalar, kiberməkan və informasiya mühiti artıq klassik hərbi güclə eyni strateji əhəmiyyət daşıyır.

Yaxın Şərq bunun ən aydın nümunəsidir.

ABŞ–İsrail və İran arasında fevraldan başlayan müharibənin nəticələri regionun digər aktorlarına da yayıldı. Hörmüz boğazı ətrafındakı təhlükəsizlik problemi ilə yanaşı, Yəməndə husilərin yeni hücumu Qırmızı dəniz və Babül-Məndəb boğazını yenidən qlobal təhlükəsizlik gündəminin mərkəzinə gətirdi. Sentyabr ayında husilər Yəmənin Qırmızı dəniz sahilində mühüm ərazilər ələ keçirərək Babül-Məndəbə nəzarət imkanlarını genişləndiriblər.

Bu isə yalnız Səudiyyə Ərəbistanı və Yəmən üçün deyil, Asiya–Avropa ticarət xətti və enerji daşımaları üçün də strateji problemdir.

Burada Türkiyənin mövqeyi xüsusi əhəmiyyət daşıyır.

Ankara, Səudiyyə Ərəbistanı və Pakistan arasında avqust ayında imzalanmış müdafiə razılaşması çərçivəsində Səudiyyənin müdafiə ehtiyaclarına dəstək verməyə hazır olduğunu açıqlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın texniki hərbi ehtiyacların qarşılanmasına kömək edə biləcəyini bildirib.

Yaxın Şərqdə yeni təhlükəsizlik koalisiyaları formalaşır və regional dövlətlər artıq təhlükəsizliyi yalnız ABŞ-ın hərbi təminatı üzərindən qurmaq istəmirlər…

Hörmətlə: 🌐@GSSR44
  • 👍 7
  • ❤ 1
Post #7664 690
Dünya artıq sadəcə yeni böhranlarla deyil, yeni güc balansının formalaşması ilə üz-üzədir.

Yaxın Şərqdə qarşıdurmalar genişlənir, Ukrayna cəbhəsində müharibə yeni mərhələyə keçir və ABŞ–Çin rəqabəti iqtisadi sərhədləri aşaraq texnologiya və təhlükəsizlik sahələrinə yayılır. Avropa isə uzun illərdən sonra müdafiə siyasətinə əvvəlkindən daha ciddi yanaşmağa başlayıb.

Bir müddət gözləmə mövqeyini seçdik və susduq. İndi isə qaldığımız yerdən davam edək…

Hörmətlə: 🌐@GSSR44
  • ❤‍🔥 13
  • 👍 6
  • ❤ 5
Post #7663 2.34K
Azərbaycan XİN-nin çağırışından sonra İsrail hökuməti qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı rəsmi prosedurları dondurub.

🌐@GSSR44
  • ❤ 37
  • 🗿 4
  • 👍 3
  • 😁 2
Post #7662 2.27K
Selçuk Bayraktar:

“Azərbaycana səfərimiz çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bizi qəbul etdi. Görüşümüz zamanı Bayraktar Teknoloji-nin Azərbaycanda həyata keçirdiyi layihələr barədə Cənab Prezidentə məlumat vermək şərəfinə nail oldum. Səmimi və yüksək qonaqpərvərliyinə görə dərin təşəkkürümü bildirirəm. Can Azərbaycanla birliyimiz və qardaşlığımız əbədi olsun.”

🌐@GSSR44
  • ❤ 19
  • 👍 3
  • 🫡 1
Post #7661 1.87K
ABŞ İranın Buşehr regionuna zərbələr endirib:

🌐@GSSR44
  • ⚡ 11
  • ❤ 1
  • 👍 1
  • 🤬 1
Post #7660 1.63K

Forwarded from Ormilitarism

İran İordaniyaya balistik raket hücumu edir.
  • 🤬 7
  • ❤ 2
  • 👎 2
Post #7659 1.89K
ABŞ HHQ məxsus “Boeing E-3 Sentry” (AWACS) havadan erkən xəbərdarlıq və kəşfiyyat təyyarəsi İran istiqamətində fəaliyyət göstərir...

İrandan raket buraxılışları görə bilərik…

🌐@GSSR44
  • 👍 11
  • 🤬 1
Post #7658 2.3K
İran, Buşehr:

🌐@GSSR44
  • ❤ 10
  • ⚡ 1
  • 🤬 1
Post #7657 1.24K
ABŞ HHQ İrana zərbələr endirir…

🌐@GSSR44
  • ❤ 12
  • 🤬 3
  • ⚡ 1
  • 🤯 1
  • 🫡 1
Post #7656 1.34K
İranın cənubunda ABŞ tərəfindən gecə saatlarında həyata keçirilən hücumlar nəticəsində səkkiz İran hərbçisi həlak olub.

🌐@GSSR44
  • 👍 13
  • 👎 2
  • 🔥 1
Post #7655 1.35K
Tramp:

“Böyük ehtimalla, bu axşam İrana güclü zərbələr endirəcəyik.”

🌐@GSSR44
  • 🔥 19
  • 🤬 1
Post #7654 1.18K
Quru Qoşunlarında əməliyyat təlimi keçirilir

2026-cı ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının rəhbərliyi altında Quru Qoşunlarının hərbi hissələrinin iştirakı ilə irimiqyaslı əməliyyat təlimi keçirilir.

🌐@GSSR44
  • 👍 21
  • ❤ 7
Post #7653 953
Trump:

“Mən Ərdoğanı sevirəm, o böyük biridir. Bibi(Netanyahu) dünən Türkiyə haqqında pis sözlər söylədi, lakin mənim sayəmdə Ərdoğan müharibəyə qoşulmadı.”

🌐@GSSR44
  • 😁 7
  • 😐 1
Older posts →

About this channel

How can I read @gssr44 without a Telegram account?
TGViewer shows the public web preview Telegram publishes for 44th Ranger Regiment: recent posts, photos, videos and the subscriber count, with no app, login or account.
How many subscribers does 44th Ranger Regiment have?
44th Ranger Regiment (@gssr44) has 2.51K subscribers on Telegram, refreshed roughly every 30 minutes.
Does 44th Ranger Regiment know I viewed it here?
No. Public channel previews carry no viewer identity, and TGViewer has no accounts or tracking of what you look up.
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →