TGViewer
44th Ranger Regiment 44th Ranger Regiment @gssr44 · 2.5K subscribers
Post #7665 698
Yeni reallığın ən mühüm xüsusiyyəti müharibələrin yalnız cəbhə xəttində aparılmamasıdır. Enerji marşrutları, dəniz kommunikasiyaları, pilotsuz uçuş aparatları, kritik infrastruktur, iqtisadi sanksiyalar, kiberməkan və informasiya mühiti artıq klassik hərbi güclə eyni strateji əhəmiyyət daşıyır.

Yaxın Şərq bunun ən aydın nümunəsidir.

ABŞ–İsrail və İran arasında fevraldan başlayan müharibənin nəticələri regionun digər aktorlarına da yayıldı. Hörmüz boğazı ətrafındakı təhlükəsizlik problemi ilə yanaşı, Yəməndə husilərin yeni hücumu Qırmızı dəniz və Babül-Məndəb boğazını yenidən qlobal təhlükəsizlik gündəminin mərkəzinə gətirdi. Sentyabr ayında husilər Yəmənin Qırmızı dəniz sahilində mühüm ərazilər ələ keçirərək Babül-Məndəbə nəzarət imkanlarını genişləndiriblər.

Bu isə yalnız Səudiyyə Ərəbistanı və Yəmən üçün deyil, Asiya–Avropa ticarət xətti və enerji daşımaları üçün də strateji problemdir.

Burada Türkiyənin mövqeyi xüsusi əhəmiyyət daşıyır.

Ankara, Səudiyyə Ərəbistanı və Pakistan arasında avqust ayında imzalanmış müdafiə razılaşması çərçivəsində Səudiyyənin müdafiə ehtiyaclarına dəstək verməyə hazır olduğunu açıqlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın texniki hərbi ehtiyacların qarşılanmasına kömək edə biləcəyini bildirib.

Yaxın Şərqdə yeni təhlükəsizlik koalisiyaları formalaşır və regional dövlətlər artıq təhlükəsizliyi yalnız ABŞ-ın hərbi təminatı üzərindən qurmaq istəmirlər…

Hörmətlə: 🌐@GSSR44
  • 👍 7
  • ❤ 1
More from @gssr44
  1. Sep 26, 2026Media və Yayım Şurası: Son günlər Türkiyənin media məkanında, xüsusilə sosial media seqmen…
  2. Sep 26, 2026Azərbaycanın “MİRAS Hərbi Sənaye Şirkəti” MMC Türkiyənin MKE (Makine ve Kimya Endüstrisi)…
  3. Sep 25, 2026Səudiyyə Ərəbistanı Türkiyədən hərbi dəstək istəyib Yəməndə husilərin hücumlarının intensi…
  4. Sep 24, 2026ABŞ məxsus transmilli aerokosmik, müdafiə, silah və qabaqcıl texnologiya şirkəti “Lockheed…
  5. Sep 24, 2026Səudiyyə Ərəbistanı Məkkəyə doğru uçan bir dronun qarşısının alındığını açıqladıqdan sonra…
  6. Sep 23, 2026Polşa Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya Silahlı Qüvvələrinə məxsus “Mi-8”heliko…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →