TGViewer
44th Ranger Regiment 44th Ranger Regiment @gssr44 · 2.5K subscribers
Post #7675 290
Media və Yayım Şurası:

Son günlər Türkiyənin media məkanında, xüsusilə sosial media seqmentində əsassız, hüquqi, diplomatik və etik çərçivələrlə bir araya sığmayan, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə xələl gətirməyə və ictimai rəydə bu münasibətlərə dair mənfi təsəvvür formalaşdırmağa yönəlmiş paylaşımların, əsassız və qərəzli iddiaların kütləvi hal alması ictimaiyyətimizdə təbii narahatlıq doğurur.

İki qardaş ölkənin münasibətlərinin yüksək səviyyəsi və qarşılıqlı etimad mühiti nəzərə alınmaqla, Azərbaycana qarşı qarayaxma kampaniyalarının müəyyən qısa fasilələrlə davamlı xarakter daşımasını, qərəzli iddiaların, dezinformasiyaların çox rahatlıqla yayılmasını və buna qarşı heç bir tədbir görülməməsini təəssüf doğuran və yolverilməz hal kimi qiymətləndiririk.

Azərbaycan tərəfi Türkiyə mediasında və sosial media seqmentində baş verən prosesləri diqqətlə izləyir, qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən qarayaxma kampaniyasının təşkilatçıları və icraçılarının ölkəmizə girişinin məhdudlaşdırılması imkanının nəzərdən keçirilməsi istisna edilmir.

🌐@GSSR44
  • 🫡 10
  • 👍 1
  • 😁 1
More from @gssr44
  1. Sep 26, 2026Azərbaycanın “MİRAS Hərbi Sənaye Şirkəti” MMC Türkiyənin MKE (Makine ve Kimya Endüstrisi)…
  2. Sep 25, 2026Səudiyyə Ərəbistanı Türkiyədən hərbi dəstək istəyib Yəməndə husilərin hücumlarının intensi…
  3. Sep 24, 2026ABŞ məxsus transmilli aerokosmik, müdafiə, silah və qabaqcıl texnologiya şirkəti “Lockheed…
  4. Sep 24, 2026Səudiyyə Ərəbistanı Məkkəyə doğru uçan bir dronun qarşısının alındığını açıqladıqdan sonra…
  5. Sep 23, 2026Polşa Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya Silahlı Qüvvələrinə məxsus “Mi-8”heliko…
  6. Sep 23, 2026Azərbaycanlı və erməni ekspertlərin İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salı…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →