Avropa istiqamətində isə vəziyyət tamam başqa xarakter alır:
Rusiya–Ukrayna müharibəsi artıq yalnız Ukrayna ərazisində gedən müharibə deyil. Son aylarda dronların NATO hava məkanına daxil olması, Baltik dənizində insidentlər, sabotaj və digər hibrid fəaliyyətlər Avropanın təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərir.
NATO son həftələrdə Rusiyanın hava məkanı pozuntuları, dron insidentləri və hibrid fəaliyyətlərinin müttəfiqlərin iradəsini sınağa çəkdiyini açıq şəkildə bildirib.
Burada əsas məsələ Rusiya ilə NATO arasında birbaşa müharibənin başlaması deyil. Əsas məsələ “boz zona”nın genişlənməsidir.
Sabotaj, kiberhücumlar, pilotsuz aparatların hava məkanına daxil olması, kritik infrastruktura təhdidlər, dəniz insidentləri və informasiya əməliyyatları klassik müharibə həddini keçmədən qarşı tərəfə strateji təzyiq göstərməyə imkan verir. Avropa ölkələrinin son həftələrdə bu məsələyə daha ciddi yanaşması da məhz bununla bağlıdır…
Baltikyanı ölkələr üçün problem daha həssasdır. Estoniya, Latviya və Litva coğrafi baxımdan Rusiya və Belarusla birbaşa təmas xəttində yerləşir və Ukrayna müharibəsinin mümkün regional nəticələrini ən ciddi şəkildə hiss edən NATO üzvlərindəndir.
Beləliklə, dünyanın müxtəlif regionlarında baş verən hadisələr bir-birindən tam ayrı deyil və bunların hamısı eyni prosesin müxtəlif təzahürləridir.
Əsas təhlükə yalnız yeni müharibələrin meydana çıxması deyil. Daha ciddi məsələ mövcud münaqişələrin bir-biri ilə əlaqələnərək enerji, iqtisadiyyat, logistika və təhlükəsizlik sistemlərinə zəncirvari təsir göstərməsidir…
Hörmətlə: 🌐@GSSR44
Post #7666
648
44th Ranger Regiment Yeni reallığın ən mühüm xüsusiyyəti müharibələrin yalnız cəbhə xəttində aparılmamasıdır. Enerji marşrutları, dəniz kommunikasiyaları, pilotsuz uçuş aparatları, kritik infrastruktur, iqtisadi sanksiyalar, kiberməkan və informasiya mühiti artıq klassik hərbi…

- 👍 7
- ❤ 2