TGViewer
Sionizmin Kölgəsində Sionizmin Kölgəsində @zionismaz · 366 subscribers
Post #650 274
Sionizmin Kölgəsində 🔯 AzTV-nin reportajı Hersoqun Bakıya gəlişi ilə bağlı şübhələri daha da artırdı Azərbaycan Dövlət Televiziyasının (AzTV) sionist rejim Prezidenti İsxak Hersoqun Bakıya səfəri ilə əlaqələndirilən təyyarə reysi barədə reportajı diqqət çəkir. Reportajda təqdim…
🔯 Sionist rejim Prezidentinin Azərbaycana səfəri ətrafında qalmaqal: AZTV-nun videosu niyə silindi?

Sionist rejim Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ətrafında qalmaqal böyüyür. Türkiyə mediasının iddiasına görə, İsxak Hersoq oktyabrın 14-də AZAL-a məxsus, “Şuşa” adlı təyyarə ilə Türkiyənin hava məkanından keçərək Bakıya gəlib.

Türkiyə 2025-ci ilin avqustunda Qəzzadakı müharibəyə görə hava məkanını sionist rejim üzünə bağlayıb. İsxak Hersoqun Bakıya bu formada uçmasının ardınca müzakirələrin intensivləşməsi Türkiyənin bu qərarı ilə bağlıdır.

Rəsmi Bakı məsələ ilə bağlı açıqlama verməsə də, dövlət televiziyası AZTV hazırladığı süjetdə iddianı dolayısı yolla təsdiqləyib. AZTV-nin süjetində sionist rejim Prezidentinin məhz AZAL-a məxsus, “Şuşa” adını daşıyan təyyarə ilə gəldiyi inkar edilmir. Oktyabrın 16-da səhər saatlarında hökumətyönümlü media videonu dövlət kanalına istinadən yaysa da, qısa müddət sonra material bütün platformalardan silinib.

Daha sonra APA bu iddiaları təkzib edən məlumat dərc edib. Məlumatda qeyd olunur ki, sionist rejim Prezidenti, onun köməkçisi və kiçik nümayəndə heyəti Bakı - Təl-Əviv - Bakı istiqamətində həyata keçirilən kommersiya reysi ilə Azərbaycana səfər edib. Onlar digər sərnişinlər kimi bilet alaraq təyyarə ilə uçublar.

“Yəni sionist rejim Prezidentinin Azərbaycana səfəri üçün xüsusi təyyarə və ya qeyri-adi uçuş təşkil edilməyib. O, kommersiya reysi ilə sərnişin kimi Azərbaycana gəlib”, – deyə APA yazır.

Daha sonra agentlik bu məlumatı yayan Türkiyə mediasını manipulyasiyada ittiham edib.

“Hər dəfə Azərbaycanla bağlı bir bəhanə axtarıb, “təftiş” edənlər bunu da manipulyasiya mövzusuna çeviriblər. Halbuki, kommersiya reysləri ilə səfər edən şəxslərlə bağlı eyni yanaşma tətbiq edilərsə, Türkiyə Hava Yolları, “Pegasus Airlines”, “AJet” və digər aviaşirkətlərin reyslərindən istifadə edən sərnişinlərin də araşdırılması zərurəti yaranar. Sionist rejim Prezidentinin kommersiya reysi ilə bilet alaraq Azərbaycana səfər etməsi adi sərnişin uçuşudur. Onun hansı reyslə və hansı qaydada Bakıya gəldiyi barədə əsassız çağırışların irəli sürülməsinin məntiqi əsası yoxdur”, – deyə məqalədə deyilir.

✡️ Abunə olun
  • 🤬 8
More from @zionismaz
  1. Oct 17, 2026🔯 Azərbaycanın açıq mənbələrdə sənədləşdirilmiş pilotsuz uçuş aparatları (PUA) və kamikad…
  2. Oct 16, 2026🔯 Əli Əkbər Vilayəti: Hicablı şagirdlərin məktəbə buraxılmadığı Azərbaycan İslam Əməkdaşl…
  3. Oct 16, 2026🔯 Kamboca və sionist rejim yeni imkanlardan yararlanmaq üçün məsləhətləşmə mexanizmlərini…
  4. Oct 16, 2026🔯 “Azərbaycan kimi ölkələr sionist rejim, İran, Türkiyə, Qətər və digər dövlətlərin lider…
  5. Oct 16, 2026🔯 Sionist rejimin Prezidentinin Azərbaycana səfəri ilə bağlı Türkiyədə yayılan iddialara…
  6. Oct 16, 2026🔯 Azərbaycan və sionist rejimin adı qanunsuz orqan transplantasiyası ilə bağlı cinayət iş…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →