🔯 Azərbaycan Prezidenti İlham Əliyev sionist rejim Prezidenti ilə görüşüb
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə sionist rejim Prezidenti İsxak Hersoq arasında görüş keçirilib.
Görüş zamanı sionist rejim Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik edib. Prezident İsxak Hersoq Azərbaycanın 2026–2028-ci illərdə də bu quruma sədrliyini davam etdirməsini ölkəmizə göstərilən yüksək etimadın təzahürü kimi qiymətləndirib və bundan məmnunluğunu ifadə edib.
Sionist rejim Prezidenti Azərbaycanın sədrliyi dövründə AQEM çərçivəsində praktiki əməkdaşlığın genişləndirilməsi və etimad quruculuğu tədbirlərinin gücləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Dövlət başçısı Azərbaycanın sədrliyinə verilən yüksək qiymətə görə təşəkkür edib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan sədr ölkə kimi AQEM-ə üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və praktiki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini davam etdirir.
Görüşdə Azərbaycanla sionist rejim arasında ikitərəfli münasibətlər, həmçinin beynəlxalq və regional gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
✡️ Abunə olun
Post #615
113

- 🤬 3
- 👎 2