🔯 AzTV-nin reportajı Hersoqun Bakıya gəlişi ilə bağlı şübhələri daha da artırdı
Azərbaycan Dövlət Televiziyasının (AzTV) sionist rejim Prezidenti İsxak Hersoqun Bakıya səfəri ilə əlaqələndirilən təyyarə reysi barədə reportajı diqqət çəkir.
Reportajda təqdim olunan məlumatlar uçuşun vaxtı ilə Hersoqun Bakıya gəlişi arasındakı uyğunluğu gündəmə gətirir. Lakin bu, sionsit rejim Prezidentinin məhz həmin təyyarədə olduğunu AzTV-nin açıq şəkildə təsdiqləməsi demək deyil.
Sabah məsələ böyüsə, rahatlıqla deyə bilərlər ki, biz Hersoqun həmin təyyarədə olduğunu söyləməmişik, sadəcə uçuş vaxtlarının üst-üstə düşdüyünü göstərmişik.
Amma əsas sual dəyişmir: Türkiyənin sionist rejim təyyarələrinə tətbiq etdiyi hava məkanı qadağası Azərbaycan aviaşirkətinin reysi vasitəsilə dolanılıbmı? Ankara bu uçuşun sərnişinləri barədə əvvəlcədən məlumatlandırılıbmı?
Görünən odur ki, Azərbaycan–sionist rejim sımimi münasibətlərində Türkiyəyə qarşı ciddi xəyanətlər yaranıb. İllərlə strateji tərəfdaşlıq kimi təqdim edilən münasibətlərin arxasında hansı siyasi hesablaşmaların dayandığı indi daha açıq müzakirə olunur.
✡️ Abunə olun
Post #644
2.31K
Sionizmin Kölgəsində 🔯 Sionist rejim prezidentinin Bakıya Azərbaycan təyyarəsi ilə gizlincə gəldiyi məlum olub Bayaq qeyd etdiyimiz kimi, bu gün sionist rejimin prezidenti Azərbaycan təyyarəsi ilə gizlincə Bakıya gəlib. Bu gün Flightradar saytında apardığımız müşahidələrə əsasən…
- 👌 5