TGViewer
Sionizmin Kölgəsində Sionizmin Kölgəsində @zionismaz · 357 subscribers
Post #592 2.63K
🔯 Aztehsil.az-ın 152 saylı məktəblə bağlı reportajı: Cuhud-sionist əsilli şagirdlər nümunə göstərilərək hicab qadağasına haqq qazandırılır

Aztehsilaz xəbər verir ki, Bakı şəhərində yerləşən 152 nömrəli tam orta məktəbdə şagirdlər dərsə məktəbli formasında gəlir və müəyyən olunmuş geyim tələblərinə əməl edirlər.

Ölkəmizdə yaşayan cuhud-sionist əsilli vətəndaşlarımızın övladlarının da təhsil aldığı bu müəssisədə geyim qaydaları bütün şagirdlərə eyni qaydada tətbiq olunur. Uşaqlar digər məktəblilər kimi vahid forma geyinir, əlavə geyim elementlərindən istifadəyə yol verilmir.

Valideynlər də yeni qərardan sonra övladlarının məktəbə hansı geyimdə gəlməsinə daha ciddi nəzarət etdiklərini bildirirlər. Onların sözlərinə görə, uşaqların müəyyən olunmuş geyim tələblərinə uyğun şəkildə dərsə gəlməsinə xüsusi diqqət yetirirlər.

Qeyd edək ki, fərqli mənsubiyyətlərə sahib uşaqların eyni məktəbdə ortaq qaydalara əməl etməsi bərabər təhsil mühitinin qorunması baxımından əhəmiyyətlidir. Bu yanaşmada əsas olan şagirdlərin fərqlərini qabartmaq deyil, onların birlikdə, qarşılıqlı hörmət şəraitində təhsil almasını önə çəkməkdir.

Qeyd: Aztehsil.az-ın bu paylaşımı jurnalistikadır, yoxsa hicab qadağasına haqq qazandırmaq cəhdi?

Aztehsilaz Bakıdakı 152 nömrəli məktəblə bağlı paylaşımında cuhud-sionist əsilli vətəndaşların övladlarının da həmin məktəbdə təhsil aldığını xüsusi vurğulayır. Ardınca bütün şagirdlərin vahid məktəbli forması geyindiyini, əlavə geyim elementlərinə icazə verilmədiyini və valideynlərin bu qaydalara ciddi nəzarət etdiyini bildirir.

Bəs məktəbin direktoru, müəllimləri və ya digər məsul şəxslərlə müsahibə haradadır? Bu barədə danışdığı iddia edilən valideynlər kimlərdir? Onların fikirləri niyə birbaşa təqdim olunmur?

Paylaşım elə bir təəssürat yaradır ki, guya yəhudi ailələri də öz dini simvollarından imtina edib və bütün valideynlər bu yanaşmanı nümunə götürməlidirlər. Halbuki yazıda cuhud-sionist şagirdlərin hansı dini simvollardan istifadə etdiyi, yaxud belə simvolların məktəbdə qadağan olunması ilə bağlı konkret fakt göstərilmir.

Üstəlik, burada incə bir psixoloji mesaj da yer alır: cuhud-sionist əsilli şagirdlərin və onların valideynlərinin nümunəsi üzərindən hicablı müsəlman ailələrə vahid geyim qaydalarını mübahisəsiz qəbul etməyin düzgün davranış olduğu təlqin edilir.

Sual olunur: Niyə hicablı qızların və onların valideynlərinin narahatlığına eyni diqqət göstərilmir? Niyə onların mövqeyi də ayrıca araşdırılmır?

Məsələ cuhud-sionist, müsəlman və ya başqa dinə mənsub ailələri qarşı-qarşıya qoymaq deyil. Məsələ bütün uşaqların təhsil hüququna və dini etiqad azadlığına bərabər yanaşılmasıdır. Üstəlik, Azərbaycan müsəlman ölkəsi olduğu üçün müsəlmanların dini inanclarına və hüquqlarının qorunmasına daha çox diqqət ayrılmalıdır.

Əgər məqsəd obyektiv jurnalistikadırsa, yalnız qaydalara əməl edənlərdən danışmaq kifayət deyil. Bu qaydaların yaratdığı problemləri, etiraz edən ailələrin mövqeyini və məktəb rəhbərliyinin izahatını da təqdim etmək lazımdır.

Jurnalistikanın vəzifəsi qərarı təbliğ etmək yox, onun bütün tərəflərini araşdırmaqdır.

✡️ Abunə olun
  • 🤬 5
  • ⚡ 1
  • 👍 1
  • 👌 1
More from @zionismaz
  1. Oct 14, 2026🔯 İKİ DÜNYA — İKİ ŞAPİRO Dağ yəhudilərinin “Magen David Azərbaycan” xeyriyyə təşkilatının…
  2. Oct 14, 2026🔯 Geosiyasi manipulyasiya və dini azadlıqların boğulması: Bakı daxili böhranını İran və İ…
  3. Oct 14, 2026🔯 Zamir İsayev beynəlxalq konfransda Azərbaycanı təmsil edəcək: “Voice of the People” Bu…
  4. Oct 14, 2026🔯 Azərbaycanın hakim partiyası sionist rejimlə əlaqələrə dair ittihamları rədd edir “İlk…
  5. Oct 14, 2026🔯 Məktəbli qızlar göz yaşları içində, 37 nəfər saxlanılıb: Hicab qaydaları İsraillə dost…
  6. Oct 14, 2026– Bəs sizcə, ailəvi və dini səbəblərə görə hicab taxan, indi isə bu məhdudiyyətlər qüvvədə…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →