TGViewer
Sionizmin Kölgəsində Sionizmin Kölgəsində @zionismaz · 363 subscribers
Post #591 284
– Bəs sizcə, ailəvi və dini səbəblərə görə hicab taxan, indi isə bu məhdudiyyətlər qüvvədə qalacağı təqdirdə məktəbə getməyəcəklərini bildirən şagird qızlarla bağlı vəziyyətdə hər hansı dəyişiklik olacaqmı?

– Xeyr, düşünmürəm ki, yeni qəbul edilmiş qaydalarda hər hansı dəyişiklik ediləcək.

İlk növbədə ona görə ki, bu qaydalar əhalinin əksəriyyəti tərəfindən dəstəklənir. Bu, xalqın iradəsinə zidd olan bir məsələ deyil. Azərbaycanda xeyli sayda insan bu dəyişiklikləri dəstəkləyir. Bu, birinci məqamdır.

İkincisi, şəxsi müşahidələrimə əsasən, hicab taxan bəzi insanlar, yəni müəllimlər və məktəbli uşaqlar artıq yeni qaydalara əməl etməyə başlayıblar.

Ümumilikdə vəziyyət kifayət qədər sabitdir.

Düşünmürəm ki, hökumətin qəbul edilmiş dəyişikliklərə yenidən baxması üçün hər hansı səbəb var.

– Doktor Vasif Hüseynov, məktəb geyimləri ilə bağlı son qaydalar fonunda Bakıda baş verənlər haqqında fikirlərinizi eşitmək maraqlı oldu. “i24NEWS” kanalına qoşulduğunuz üçün təşəkkür edirik.

– Təşəkkür edirəm.

Qeyd: Vasif Hüseynov, hicablı şagirdlərin, anaların və müəllimlərin narahatlığını niyə görməzdən gəlirsiniz?

Neçə gündür hicablı şagird qızlar, onların anaları və müəllimlər məktəblərdə hicabla bağlı məhdudiyyətlərə görə narahatlıq keçirir, etirazlarını bildirirlər. Bəzi ailələr övladlarının təhsilinin yarımçıq qalacağından qorxurlar.

Amma Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nümayəndəsi Vasif Hüseynov sionist rejimin i24NEWS telekanalına çıxaraq etirazçıların sayının çox az olduğunu, əhalinin əksəriyyətinin bu qərarı dəstəklədiyini və bəzi etirazçıların xarici qüvvələr tərəfindən dəstəkləndiyini iddia edir.

Vasif Hüseynov, bu iddialarınızı hansı müstəqil araşdırmaya və hansı statistikaya əsaslandırırsınız?

Hicablı qızların təhsil hüququ ilə bağlı narahatlığına cavab vermək əvəzinə, niyə etirazları xarici təsirlərlə əlaqələndirirsiniz? Türkiyədə səslənən etirazları radikal dini qruplarla bağlamağınız Azərbaycandakı valideynlərin və şagirdlərin suallarını necə cavablandırır?

Hicablı şagirdlərin, anaların və müəllimlərin səsini eşitmək, onların problemlərini araşdırmaq lazımdır. Narahat olan insanları görməzdən gəlməklə problem həll olunmur.

Əsas sual budur: Hicablı qızların təhsil hüququ necə qorunacaq? Bu suala konkret cavab verin!

✡️ Abunə olun
  • 🤬 7
  • 👍 1
  • 👎 1
More from @zionismaz
  1. Oct 14, 2026🔯 Sionist rejim Prezidenti İshaq Hersoq Bakıda Bəhreynin xarici işlər naziri ilə görüşüb…
  2. Oct 14, 2026🔯 Cuhud-sionist məktəblərində vahid geyim qaydalarına əməl olunur – cuhud-sionist icmalar…
  3. Oct 14, 2026🔯 Sionist rejim prezidentinin Bakıya Azərbaycan təyyarəsi ilə gizlincə gəldiyi məlum olub…
  4. Oct 14, 2026🔯 Sionist rejimin Prezidenti İshaq Hersoq İlham Əliyevlə görüşündən sonra paylaşım edib “…
  5. Oct 14, 2026🔯 Sionist rejimin Bakıdakı cəsus yuvasının rəsmi sosial hesbanın "7 Oktyabr Mərasiminin r…
  6. Oct 14, 2026🔯 Sionist rejim Prezidenti İshaq Hersoq Azərbaycana səfəri ilə bağlı paylaşım edib Sionis…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →