TGViewer
Sionizmin Kölgəsində Sionizmin Kölgəsində @zionismaz · 300 subscribers
Post #564 162
🔯 “Birliyin Gücü – 2026” təlimində ilk dəfə nümayiş etdirilən ELM-2311 C-MMR radarı: Azərbaycan Ordusunun artilleriya kəşfiyyatı və hava müşahidəsində yeni mərhələ

Azərbaycan, Özbəkistan və Türkiyənin hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” oktyabrın 1-də təşkil olunub. Üç qardaş ölkənin silahlı qüvvələrinin qarşılıqlı uyğunluğunun artırılması, birgə əməliyyat planlaşdırılması və idarəetmə təcrübəsinin möhkəmləndirilməsi məqsədi daşıyan təlimin yekun mərhələsi yüksək səviyyəli müşahidəçilərin iştirakı ilə izlənilib.

MN-in yaydığı videogörüntülərdə Azərbaycan Silahlı Qüvvələrinin arsenalına yeni daxil edilmiş ELM-2311 C-MMR kompakt çoxməqsədli AESA artilleriya radarı da əks olunub. Bu, həmin sistemin Azərbaycanda ilk dəfə açıq nümayişidir və onun artıq döyüş hazırlığı sisteminə inteqrasiya edildiyini göstərir.

ELM-2311 C-MMR sionist rejimin IAI konsernin tərkibində fəaliyyət göstərən “ELTA Systems” şirkətinin məhsuludur və “Dəmir Günbəz” hava hücumundan müdafiə sisteminin əsas radarı olan ELM-2084 MMR-in kompakt, yüksək mobilliyə malik variantı hesab edilir. Sistem tam rəqəmsal aktiv fazalı antena şəbəkəsi (AESA) texnologiyası əsasında qurulub və bir platformada bir neçə funksiyanı eyni vaxtda yerinə yetirmək üçün nəzərdə tutulub. Radarın əsas təyinatı düşmən artilleriyasının, reaktiv yaylım atəş sistemlərinin və minaatanların atəş mövqelərinin dəqiq müəyyən edilməsidir. Sistem havada uçan mərmilərin trayektoriyasını izləyərək atəş nöqtəsini saniyələr ərzində hesablayır və bu məlumatı öz artilleriyasına əks-atəş üçün ötürür. Eyni zamanda radar hava məkanının müşahidəsi, aşağı hündürlükdə uçan hədəflərin, o cümlədən pilotsuz uçuş aparatlarının aşkarlanması və hava hücumundan müdafiə sistemlərinə hədəf göstərilməsi funksiyalarını da yerinə yetirə bilir.

Sistemin kompakt ölçüləri onu bir avtomobil şassisində daşımağa, qısa müddətdə mövqeyə yerləşdirməyə və yerdəyişməyə imkan verir ki, bu da müasir döyüş şəraitində əks-batareya mübarizəsinin əsas tələblərindən biridir. Vətən müharibəsi və sonrakı dövrün təcrübəsi göstərib ki, düşmən artilleriyasının mövqelərinin operativ müəyyənləşdirilməsi və dərhal məhv edilməsi həm öz qoşunlarının, həm də mülki əhalinin qorunması baxımından həlledici əhəmiyyət daşıyır. ELM-2311 C-MMR-in Azərbaycan Ordusunun arsenalına daxil edilməsi məhz bu istiqamətdə kəşfiyyat-atəş konturunun sürətini və dəqiqliyini artırmağa xidmət edir.

Qeyd edək ki, Azərbaycan sionist rejim istehsalı olan radar və hava hücumundan müdafiə sistemlərindən, o cümlədən “Barak MX” kompleksindən artıq istifadə edir və yeni radar mövcud sistemlərlə uyğunluq baxımından vahid şəbəkəyə inteqrasiya oluna bilər. Bu, ölkənin hava məkanının və artilleriya kəşfiyyatının çoxtəbəqəli, rəqəmsal əsaslı sistemə keçirilməsi prosesinin növbəti addımıdır.

Yeni radarın məhz üçtərəfli təlimin yüksək səviyyəli müşahidəçilərin iştirak etdiyi mərhələsində nümayiş etdirilməsi təsadüfi deyil. “Birliyin Gücü – 2026” Azərbaycan, Türkiyə və Özbəkistan arasında hərbi əməkdaşlığın artıq praktiki, birgə döyüş fəaliyyəti səviyyəsinə yüksəldiyini göstərir və tərəfdaş ölkələrin zabitlərinə Azərbaycan Ordusunun müasir texniki imkanları ilə yerində tanış olmaq fürsəti yaradır. Son illər Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi məhz bu məntiqlə – döyüş təcrübəsinə əsaslanan, kəşfiyyat, idarəetmə və atəş vasitələrinin vahid rəqəmsal sistemdə birləşdirilməsi istiqamətində aparılır və ELM-2311 C-MMR bu sistemin görünən yeni elementlərindən biridir.

✡️ Abunə olun
  • 🤬 3
More from @zionismaz
  1. Oct 10, 2026Bütün bu mühüm məlumatlar fonunda indi belə bir sual vermək lazımdır: Azərbaycanda İsraili…
  2. Oct 10, 2026🔯 Şəhid Rəisinin helikopterinin və Türkiyəyə məxsus C-130 hərbi təyyarəsinin qəzaya uğram…
  3. Oct 10, 2026🔯 Azərbaycan hicab qalmaqalının dərinləşdiyi bir vaxtda sionist rejimlə birgə silah isteh…
  4. Oct 9, 2026🔯 Bakıda sionist rejim mətbəx konseptli “Bereshit” restoranının açılışı olub Oktyabrın 6-…
  5. Oct 9, 2026🔯 Eldar Məmmədov Azərbaycan və sionist rejimin birgə silah zavodu haqqında fikirlərini bö…
  6. Oct 9, 2026🔯 Sionist rejimin Azərbaycandakı səfirliyi 7 oktyabr "qurbanlarının" xatirəsini anıb Sion…
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →