TGViewer
Turan Ekspress Turan Ekspress @turan_ekspressi · 1.96K subscribers
Post #55363 46
Kanada ABŞ-ın ən böyük ticarət tərəfdaşıdır. 2025-ci ilə qədər Kanada ixracında ABŞ-ın payı 76%, idxalında – 62% təşkil edirdi. Trampın tarif hoqqabazlığından sonra bu göstəricilər azalmağa başlayıb. Lakin Tramp Kanadaya qarşı təzyiqlərini daha da artırmaqda davam edirdi. Əmin idi, Kanada onsuz da məhsullarını başqasına sata bilməyəcək və nəticədə onun alçaldıcı şərtlərini qəbul edəcək (ABŞ Kanada mallarına tarif tətbiq edəcək, lakin Kanada ABŞ mallarına tarif tətbiq etməyəcək).

Xatırladıram ki, ABŞ-ın neft idxalının 60-64%-ni Kanada təmin edir – özü də bazar qiymətindən aşağı qiymətə.

Trampın ağıllanacağına ümidini üzəndən sonra Kanada Çinlə ticarət münasibətlərini dərinləşdirməyə başladı. Hazırda Kanada Çinə sutkada 350-450 min barrel neft satır. Düzdür, ABŞ-a satdığı sutkada ~4 milyon barrel ilə müqayisə bu çox azdır, lakin əvvəllər heç nə satmırdı. Kənara daha çox satmasına dəniz neft terminalının gücü imkan vermir. Buna görə də Kanada terminalın və ona gələn neft kəmərinin gücünü artırmaq üzrə işlərə başlayıb. ABŞ ən etibarlı və sadiq təchizatçısını itirir...

ABŞ-Kanada ticarət sazişi üzrə avqust qalmaqalından sonra isə Kanada ABŞ-ın nəinki iqtisadi, həm də siyasi təsir dairəsindən çıxmaq üzrə addımlar atır. O artıq Avropa İttifaqının assosiativ üzvü olmaq istəyir və Aİ onu məmnuniyyətlə qəbul etməyə hazırdır. Niyə də istəməsin? Neftin və qazın defisit olduğu bir zamanda Kanada kimi zəngin ölkə Aİ üçün tapıntıdır. Üstəgəl bu ölkə Arktika ilə ən çox sahili olan ikinci ölkədir.

Kanadanın belə kurs dəyişməsi Trampı bərk qəzəbləndirib. Yəqin ki, 10-15 gün TruthSocial-da Trampın bu hadisəyə həsr olunmuş qəzəbli yazılarını və animasiyalarını görəcəyik. Nümunə üçün bu düşüklərin əvvəlki postlarından ikisinə baxa bilərsiniz: https://www.facebook.com/asif.shafaggatov.3/posts/4283769225272489

Tramp Yaxın Şərqi əldən vermək istəmirdi, amma böyründəki Kanadanı itirir. 🙂

Deyəsən, Trampın növbəti müharibəsi Aİ ilə Kanada uğrunda olacaq. 😄

Asifshafaggatov

#AvrasiyaHərəkatı
@Turan_ekspressi
Facebook Asif Şəfəqqətov İtaliyada keçirilən Qış Olimpiadasında 22 fevralda kişilər arasında hokkey üzrə final oyunu oldu. Finalda Kanada və ABŞ milli komandaları görüşdü. Dramatik keçən oyun qeyri-hokkey hesabı ilə başa...
  • 👏 1
More from @turan_ekspressi
  1. Sep 20, 2026ABŞ-da gözlədiyimiz günlər gəlir (https://www.facebook.com/asif.shafaggatov.3/posts/446007…
  2. Sep 20, 2026❗️Səudiyyə Ərəbistanı hazırda Ənsarullah qarşısında tamamilə açıq hədəfə çevrilib. Hiperso…
  3. Sep 20, 2026Rusiyada Dövlət Dümasına keçirilən seçkilərdə ən qocaman, 121 yaşlı seçici iştrak edib. Çe…
  4. Sep 20, 2026Tramp: "Mən İran prezidenti Məsud Pezeşkianla BMT Baş assambleyası çərçivəsində görüşməyə…
  5. Sep 20, 2026Yalnız 19 sentyabr günü ərzində Avropada gözlənilən müharibə və böhran təbliğatı barədə: �…
  6. Sep 20, 2026photo post
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →