TGViewer
Channel Public Channel
OrtaYol Telegram

OrtaYol Telegram

@ortayoltelegram

Kanala Mədinə İslam Universitetinin doktorantura tələbəsi Fərman İsayev rəhbərlik edir.
Subscribers
479
Photos
326
Videos
181
Links
1.2K
Recent Posts 20 shown
Post #2099 1.36K
📚 MƏDİNƏ TƏDRİS AKADEMİYASI

TƏLƏBƏ QƏBULU ELAN EDİR

Fərman İsayevin nəzarəti altında

Mədinə Tədris Akademiyası ərəb dilinin ibtidai mərhələsini bitirmiş və İslam elmlərini sistemli şəkildə öyrənmək istəyən ciddi tələbələrin qəbulunu elan edir.

Tədris proqramı

📖 Qurani-Kərim və onun elmləri
📚 Hədis və onun elmləri
🕌 Əqidə və onun elmləri
⚖️ Fiqh və onun elmləri
📝 Ərəb dili (lüğət) və onun elmləri

Təhsil haqqında

- Təhsil forması: Onlayn
- Təhsil müddəti: 2 il (4 semestr)
- Təhsil haqqı: Ödənişsiz
- Dərslər: Həftədə 4 gün, hər dərs fəndən asılı olaraq 3–4 saat davam edəcək.

Qəbul şərtləri

- Ərəb dilinin ibtidai mərhələsini bitirmiş olmaq.
- Elm öyrənməyə ciddi yanaşmaq.
- Dərslərdə müntəzəm və məsuliyyətli iştirak etmək.

Tələb olunan sənədlər

- Tanınmış elm tələbələri və ya dəvətçilər tərəfindən verilmiş 2 ədəd xasiyyətnamə (tövsiyə məktubu).

📝 Qeydiyyat üçün

https://forms.gle/ZMNfpm8cVRE2zYsa8

Qeyd: Sənədlərin təqdim edilməsi akademiyaya qəbul olunmaq demək deyil. Sənədlər nəzərdən keçirildikdən sonra qəbul prosesi şifahi müsahibə yolu ilə tamamlanacaq.
  • 👍 3
Post #2097 3.8K
🚫*“Biz Yeni ili sadəcə uşaqları sevindirmək üçün qeyd edirik” deyənlərə*

🔴“Biz bilirik ki, Yeni il müsəlmanların bayramı deyil. Amma bu bayramı etiqadla yox, sadəcə uşaqları sevindirmək üçün keçiririk. Burada nə var ki? Əsas odur uşaqlar sevinsin, xoşbəxt olsun” deyənlərə bir sualım var.
⁉️Niyə əksər hallarda qazlı içkiləri, çips və bu kimi zərərli qidaları uşaqlarınıza qadağan edirsiniz? Axı uşaq onlardan da sevinir. Niyə saatlarla telefon, planşet və oyunlarda vaxt keçirməsinə icazə vermirsiniz? Axı bunlar da onu xoşbəxt edir. Dərs oxumaq istəməyəndə niyə “eybi yox, oxumasın, oynasın, əylənsin, əsas odur sevinsin” demirsiniz?

Çünki bilirsiniz ki, uşağın sevindiyi hər şey onun üçün xeyirli deyil. Bəzən məsləhət naminə uşağın anlıq sevincinin qurban verilməli olduğunu çox yaxşı anlayırsınız. Dünyəvi məsələlərdə uşağın sevincini ikinci plana atırsınız ki, sağlamlığına və gələcəyinə ziyan dəyməsin. Amma onun əbədi həyatına təsir edəcək din və etiqad məsələsində bu həssaslıq itib gedir, birdən-birə “uşaq sevinsin” yada düşür.

👉 Uşaq bəhanəsi ilə haram olan bir bayramı keçirməklə əvvəlcə özünüz harama düşürsünüz, sonra övladınızı da bu harama şərik edirsiniz. Üstəlik, yavaş-yavaş onun etiqadını zədələyirsiniz. Uşağın zehnində “bu normaldır” anlayışını formalaşdırmaq onun etiqadını alt-üst edir. Bilin ki, bu etdiyiniz uşaq üçün sadəcə əyləncə deyil, etiqadının qurulmasıdır, dəyərlərin ötürülməsidir. Çünki uşaq çox vaxt oynayaraq və əylənərək öyrənir. Sizə oyun, əyləncə kimi görünən bir şey, uşağın dininin və şəxsiyyətinin formalaşmasıdır.
Necə ki, dünyəvi məsələlərdə övladınızın bədəninin sağlam formalaşmasını istəyir və ona ən sağlam qidaları yedizdirirsiniz, eləcə də onun inancının və etiqadının sağlam, möhkəm qurulması üçün uyğun olanları ona aşılamalısınız. Valideynlik uşağı hər istədiyi ilə sevindirmək yox, onu doğru üzərində böyütməkdir.
Sevinc heç nəyə bəhanə ola bilməz!

*⚖الوسطية (Orta yol)⚖*     

*PAYLAŞIN XEYRƏ SƏBƏBKAR OLUN!*

https://telegram.me/ortayoltelegram
Telegram OrtaYol Telegram Kanala Mədinə İslam Universitetinin doktorantura tələbəsi Fərman İsayev rəhbərlik edir.
  • ❤ 7
  • 👍 2
  • 👏 2
  • 💯 2
Post #2096 524
Yeni kitab
  • 👍 2
Post #2093 535
📌Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) demişdir:

_«Allaha and içirəm və Allahı Şahid tuturam ki, əgər biz namazı layiqincə yerinə yetirsəydik, hər dəfə namazdan çıxanda yeni və daha güclü imanla çıxardıq. Çünki, Uca Allah buyurur;_

*“Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir.”*
📖(Ənkəbut/45)

_Səcdə etdiyimiz zaman gərək ki, qəlblərimiz bədənlərimizdən əvvəl səcdə etsin. Bu da insanın Allah qarşısında zəlilliyini, kiçikliyini və alçaqlığını hiss etməsi ilə olur ki, nəhayətində insan səcdənin ləzzətini və şirinliyini dərk edir və Allaha ən yaxın məqamda olduğunu anlayır._

📚 Əş-Şərhul Mumti (118/3)

*⚖الوسطية (Orta yol)⚖*

*PAYLAŞIN XEYRƏ SƏBƏBKAR OLUN!*

https://telegram.me/ortayoltelegram
Telegram OrtaYol Telegram Kanala Mədinə İslam Universitetinin doktorantura tələbəsi Fərman İsayev rəhbərlik edir.
  • ❤ 3
Post #2092 1.91K
📌Uca Allah buyurur:
*“Kasıblıq qorxusuna görə övladlarınızı öldürməyin! ”*
✒️ _Əl-Ənam 151_

📌Bu ayə cahiliyyə dövrünün insanlarını kasıblıq qorxusundan övladlarını öldürməsindən cəkindirmək üçün nazil olmuşdur.
Lakin ayənin başqa daha dərin mənası da var!👉
🥀Bizdən bəziləri övladlarını başqa bir yolla öldürür!
_💔Nə zaman ki, biz onları şəfqətdən, gözəl sözdən, sevgi dolu qucaqdan məhrum edirik, bu onların qəlbində silinməyən izlər buraxan emosional quraqlıq yaradır._
_🍂Bədənləri diri olsa da, uşaqlıq sevincləri və ümidləri ölür, tükənir._

‼️Ey tərbiyəçi!
Övladlarımızın bizdən olan ehtiyacı yalnız çoxlu pul və ya bahalı hədiyyələr deyildir! Onların daha çox ehtiyacı olan;

_🫂isti, şəfqət və qayğı dolu bir qucaq,_

_🌴gözəl söz,_

_💙sevgi dolu bir baxış,_

_⏳onları tam səmimiyyət və sadiqliklə dinlədiyimiz bir vaxt_

*💦Onların qəlblərini susuzluqdan solmadan, sevgi ilə suvararaq doyuzduraq!*

💞Çünki, sevgidə həyat vardır!

*⚖الوسطية (Orta yol)⚖*     

*PAYLAŞIN XEYRƏ SƏBƏBKAR OLUN!*

https://www.facebook.com/groups/996572193774452/ ORTA-YOL QRUPU

https://telegram.me/ortayoltelegram
Facebook Log in or sign up to view See posts, photos and more on Facebook.
  • ❤ 1
Post #2090 416
✨ Elm tələbələrinə müjdə ✨

Allaha həmd olsun — “Elm öyrənənə dəstək” adlı dərs proqramı kanalı açıldı.
Proqram əzbər və şərhlə birlikdə dörd mərhələdən ibarətdir:

📚 Birinci mərhələ;

1. ثلاثة الأصول وأدلتها.
2. المفتاح في الفقه.
3. معاني الفاتحة وقِصار المفصل.
4. الأربعين النووية.
5. الزيادة الرجبية.
6. الآداب العشرة.
7. الخلاصة الحسناء.
8. الباقيات الصالحات.
—------------------—

📚 İkinci mərhələ;

9. بهجة الطلب في آداب الطلب.
10. فضل الإسلام.
11. المقدمة الفقهية الصُغرى.
12. خلاصة تعظيم العلم.
13. العقيدة الواسطية.
—------------------—

📚 Üçüncü mərhələ;

14. كتاب التوحيد.
15. القواعد الأربع.
16. كشف الشبهات.
—------------------—

📚 Dördüncü mərhələ;

17. منظومة القواعد الفقهية.
18. المقدمة الآجرامية.
19. خلاصة مقدمة في أصول التفسير.
20. نُخبة الفِكر.
21. الورقات في أصول الفقه.

💎 Proqramın xüsusiyyətləri:

🟡 Qulun Rəbbinə ibadətdə bəsirət üzərində olması.
🟡 Elmdə möhkəm bünövrə yaratmaq üçün üsul elmlərini və onların qaydalarını mənimsəmək.
🟡 Mətn və şərhləri müxtəsər və qaydalı olduğu üçün qısa vaxtda geniş fayda əldə etmək.
🟡 Elm yolunda rəqabət və elmi müzakirə aparmaq üçün elmi yoldaşlıq mühiti.
🟡 Dərslə bağlı yaranan suallara asanlıqla cavab tapmaq.
🟡 Təyin edilmiş vaxtdan daha tez irəliləmək istəyən çalışqan tələbələrə ayrıca diqqət.
🟡 Mətn və şərhin yekun imtahanında yüksək nəticə göstərən tələbələr üçün hədiyyələr.

💡 Qeydlər:

1️⃣ Proqram ərəb dilini öyrənən yeni və orta səviyyəli tələbələr üçün nəzərdə tutulub.
2️⃣ Kanal kişi və qadın olmaqla faydalanmaq istəyənlər üçün ümumidir.
3⃣ İmtahanda yüksək nəticələr göstərən tələbələrə hədiyyələr ilə yanaşı rəsmi proqramın idarə heyəti tərəfindən şəhadətnamə verilmə ehtimalı da var.
4⃣ Proqramın icrası barədə ətraflı məlumatı kanaldan əldə edə bilərsiniz.

🔷 Başlanğıc tarixi: 4 oktyabr 2025-ci il, şənbə günü.

Allahdan bizi bu işdə müvəffəq etməsini diləyirik!

📝 Mədinə İslam universitetinin tələbəsi: Ramil Abu AbdirRahman

════ ¤❁✿❁¤ ════

🔗 Kanalın linki: https://t.me/Abo_AbdurRrahman
Post #2081 1.01K
  • ❤ 9
  • 👍 6
Older posts →

About this channel

How can I read @ortayoltelegram without a Telegram account?
TGViewer shows the public web preview Telegram publishes for OrtaYol Telegram: recent posts, photos, videos and the subscriber count, with no app, login or account.
How many subscribers does OrtaYol Telegram have?
OrtaYol Telegram (@ortayoltelegram) has 479 subscribers on Telegram, refreshed roughly every 30 minutes.
Does OrtaYol Telegram know I viewed it here?
No. Public channel previews carry no viewer identity, and TGViewer has no accounts or tracking of what you look up.
Threads Profile ViewerView any public Threads profile without an account.Open ThreadLook →Writing with AI? Make it sound human.Metric37 rewrites AI drafts so they read naturally. Free AI detector, 1,500 words free.Try Metric37 →