🚫*“Biz Yeni ili sadəcə uşaqları sevindirmək üçün qeyd edirik” deyənlərə*
🔴“Biz bilirik ki, Yeni il müsəlmanların bayramı deyil. Amma bu bayramı etiqadla yox, sadəcə uşaqları sevindirmək üçün keçiririk. Burada nə var ki? Əsas odur uşaqlar sevinsin, xoşbəxt olsun” deyənlərə bir sualım var.
⁉️Niyə əksər hallarda qazlı içkiləri, çips və bu kimi zərərli qidaları uşaqlarınıza qadağan edirsiniz? Axı uşaq onlardan da sevinir. Niyə saatlarla telefon, planşet və oyunlarda vaxt keçirməsinə icazə vermirsiniz? Axı bunlar da onu xoşbəxt edir. Dərs oxumaq istəməyəndə niyə “eybi yox, oxumasın, oynasın, əylənsin, əsas odur sevinsin” demirsiniz?
Çünki bilirsiniz ki, uşağın sevindiyi hər şey onun üçün xeyirli deyil. Bəzən məsləhət naminə uşağın anlıq sevincinin qurban verilməli olduğunu çox yaxşı anlayırsınız. Dünyəvi məsələlərdə uşağın sevincini ikinci plana atırsınız ki, sağlamlığına və gələcəyinə ziyan dəyməsin. Amma onun əbədi həyatına təsir edəcək din və etiqad məsələsində bu həssaslıq itib gedir, birdən-birə “uşaq sevinsin” yada düşür.
👉 Uşaq bəhanəsi ilə haram olan bir bayramı keçirməklə əvvəlcə özünüz harama düşürsünüz, sonra övladınızı da bu harama şərik edirsiniz. Üstəlik, yavaş-yavaş onun etiqadını zədələyirsiniz. Uşağın zehnində “bu normaldır” anlayışını formalaşdırmaq onun etiqadını alt-üst edir. Bilin ki, bu etdiyiniz uşaq üçün sadəcə əyləncə deyil, etiqadının qurulmasıdır, dəyərlərin ötürülməsidir. Çünki uşaq çox vaxt oynayaraq və əylənərək öyrənir. Sizə oyun, əyləncə kimi görünən bir şey, uşağın dininin və şəxsiyyətinin formalaşmasıdır.
Necə ki, dünyəvi məsələlərdə övladınızın bədəninin sağlam formalaşmasını istəyir və ona ən sağlam qidaları yedizdirirsiniz, eləcə də onun inancının və etiqadının sağlam, möhkəm qurulması üçün uyğun olanları ona aşılamalısınız. Valideynlik uşağı hər istədiyi ilə sevindirmək yox, onu doğru üzərində böyütməkdir.
Sevinc heç nəyə bəhanə ola bilməz!
*⚖الوسطية (Orta yol)⚖*
*PAYLAŞIN XEYRƏ SƏBƏBKAR OLUN!*
https://telegram.me/ortayoltelegram
Post #2097
3.8K