Airbus Group-un Airbus Defence and Space bölməsi İspaniyanın Sevilya şəhərində yerləşən Airbus müəssisəsində Qazaxıstan Hərbi Hava Qüvvələri üçün ikinci yeni Airbus A400M Atlas hərbi-nəqliyyat təyyarəsini (22 qırmızı bort nömrəsi) təqdim edib.
Xatırladaq ki, sifariş ümumilikdə 2 təyyarədən ibarətdir. Airbus A400M-in tədarükü üzrə müqaviləyə personalın təlimi və texniki dəstəyin təşkili ilə bağlı xidmətlər paketi də daxildir.
Həmçinin Qazaxıstan Hərbi Hava Qüvvələri və Milli Təhlükəsizlik Komitəsinin Aviasiya Xidməti C-295 nəqliyyat təyyarələrindən də istifadə edir.
C-295 təyyarəsi şəxsi heyətin və yüklərin daşınması, paraşütlə və eniş üsulu ilə desantın həyata keçirilməsi, həmçinin tibbi təxliyə üçün nəzərdə tutulub. Təyyarə təyinat məntəqəsinə 9,2 tona qədər yük, 71 hərbçi və ya 48 paraşütçü, yaxud tibbi personalın müşayiəti ilə xərəkdə 24 yaralının çatdırılmasını təmin edə bilir.
Post #46554
1.04K





- ❤ 15
- 👍 2